Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə37/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   33   34   35   36   37   38   39   40   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
106 
 
edənə istinad etməyi məqbul saymır. Bu, düzgün deyil, axı, tutalım, rus mənbəsi onu sizə Azərbaycan dilində, 
Azərbaycan oxucusunun marağına uyğun hazırlamamışdı. 
 
Belə hallardan qorunmaqçün kontent-redaktor bəzən üzərində çox əziyyət çəkdiyi materialda ilkin mənbəni 
göstərməmək məcburiyyətində qalır. Amma bunun özü də artıq etik normanın pozulması deməkdir. 
 
Fərqli hallar da olur. Səhər elektron poçta Diaspor Komitəsindən press-reliz gəlir, günorta isə «Turan» agentliyi 
eyni məlumatı «etibarlı, diplomatik mənbələrə istinadən» yayır. 
 
Azərbaycanda böyük kollektivi olan bir sıra informasiya agentliklərində, telekanallarda əməkdaşların yerli 
informasiya saytlarına girişinə məhdudiyyət qoyulub. KİV rəhbərləri bu yolla müxbirlərin başqa mənbələrin 
xəbərini mənimsəməsinin qarşısını almağa çalışdıqlarını deyirlər. Belə redaksiyalarda informasiyaya çıxış 
yalnız kontent-redaktorda, rəhbər işçidə olur. Bunun həm yaxşı, həm də pis tərəfi var. Mənimsəmək imkanından 
məhrum olan jurnalist yalnız özü informasiya istehsal edir, amma o, müəyyən qədər informasiya mühitindən də 
məhrum olur, günün nəbzini redaktorun tapşırıqları əsasında tuta bilir. Kontent-redaktorsa istənilən məlumatı 
mənimsəyə bilər. O bütün günü müxtəlif mənbələrə baş vurur, maraqlı informasiyaya rast gələndə müxbirə 
xəbəri yoxlamağı tapşırır. Vaxt varsa, müxbir özü nəsə yazır, yoxdusa onda redaktor hazır məlumatı bir az 
dəyişdirib saytda yerləşdirir.  
Başqa mənbənin yaydığı məlumatı yoxlayıb sonra öz saytında öz məlumatın kimi yerləşdirmək də onu 
mənimsəməkdi. 
 
Başlığı qısa vermək ehtiyacından da bəzi qüsurlar yaranır. «Media forum»da «Səfir ölkədən qovuldu» kimi 
başlığa rast gəlmək olar. Əslində isə bu, faktiki mümkün deyil, səfir nazirliyə dəvət olunur, ona «persona non 
qrata» elan edildiyi bildirilir, ölkəni tərk etmək üçün vaxt verilir. Bu bildiriş elə səfirin mədəni şəkildə 
qovulmasıdı, amma «qovulmaq» ifadəsi işlənməsə yaxşıdı.  
 
«İşçi tələb olunur: kontent-redaktor» 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
107 
 
 
Kontent-redaktor informasiya müharibəsinin önündədi, «arxa cəbhə»də hazırlanan məhsul bircə düyməni 
basmaqla onun ixtiyarından çıxıb ictimailəşir. Qalmaqallar, ictimai təzyiq, forumlardakı müzakirələr, mümkün 
məhkəmə çəkişmələri bu müharibənin fəsadları sırasındadı. 
 
Hazırda Azərbaycanda jurnalistikanın tədrisi sistemində internet jurnalistikasına, kontent-redaktorluğun 
tədrisinə xüsusi yer yoxdu. Ancaq internet sürətlə öz şərtlərini diqtə etməkdədi, artıq mətbuat, agentliklər, 
televiziya və radiolar saytsız ötüşə bilmir. Lap yaxın vaxtda «İşçi tələb olunur: kontent-redaktor» tipli elanlara 
rast gələcəyik. Əslində kontent-redaktor axtarışı başlayıb, sadəcə, saytlara yaxşı redaktor axtaranlar bəzən özləri 
də bilmirlər ki, əslində kontent-redaktor axtarırlar. 
E-mənbə: http://mediaforum.az/articles.php?lang=az&page=05&article_id=20081127065121591 
 
 
 
Ramin DEKO 
 
"Bizim milli bloqlarımız" 
 
Pulsuz yaradılan saytlardan kim necə və nə cür istifadə edir 
Kimi intellektuala, kimi erotikaya, kimi də şou-biznesə üstünlük verir - lider erotikadır 
Google.com, blogspot.com, tk və bir neçə gəliri milyon dollarla, hətta milyardla ölçülən saytlar var ki, onların 
nəzdində pulsuz saytlar və yükləmələr var. Kompüterdən başı çıxan hər bir kəs bu saytlarda özlərinə veb səhifə 
aça bilər. Bütün bunlar rus, ingilis və başqa dillərdə olduğundan bəzi (demək olar ki, hamısı) vətəndaşlar burada 
özlərinə sayt aça bilmirlər (insafən bloq açmaq çox çətindir). Nəhayət, Azərbaycan dilində də azeriblog.com 
adlı pulsuz domion-veb saytı Azəri ziyarətçilərinin ixtiyarına verilib. Indi hər kəs çox sadə, tez bir zamanda 
özünə sayt yarada bilər. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
108 
 
 
1473 saytın ―fatihəsi‖ verildi 
 
Təxminən yarım ildir azeriblog.com pulsuz dominion fəaliyyətə başlamasına baxmayaraq (bloqların cəmi 995, 
fəal bloqçular 743) minlərlə bloqçu qeydiyyatdan keçərək azeribloq ailəsinin bir üzvü olublar. Amma tez bir 
zaman kəsiyində belə bir mini saytın yaranması reallıqda bəzi bloqçuların ürəyincədir. Hal-hazırda bloqda 
özünə sayt açmaq çox çətin məsələyə çevrilib. Bu çətinlik bloq rəhbərliyi ilə bağlı deyil. Sadəcə olaraq, loru 
dillə desək, hər yerindən duranın özünə bir yox, bir neçə sayt açması yeni, işlək bloqların yaranmasına mane 
olur. Bunun üçün kiçicik bir araşdırma apardıq. Belə ki, media, reportyor, ekonal, meyxana deyişmələri və 
onlarla sayt bir neçə aydır yaransa da, hələ də işlək vəziyyətdə deyillər. Təsadüfi deyil ki, azeribloq rəhbərliyi 
son üç ayda bloquna heç bir məlumat yerləşdirilməyən saytlara ―yaxşı yol‖ dedi. Beləcə, iki-üç gün bundan 
öncə 1473 saytın ―fatihəsi oxundu‖. 
 
Ən çox oxunan bloqların iş ―prinsipi‖ 
 
Deyirlər, ucuz ətin şorbası olmaz. Azeribloqun ―şorbası‖ ucuz olmasa da, bloqçuların bloqlarının ―şorbası‖ 
ucuzdur. Bütün bu dediklərimizi aydınlaşdırmaq amacıyla azeribloqun istifadəçiləri və ziyarətçiləri haqqında 
araşdırma apardıq. 
Ən çox oxunan bloq - http://monster.azeriblog.com-dur. Ziyarətçilərinin sayı 103335 nəfərdir. Bu qədər 
ziyarətçisi olan bloqun işləmə mexanizmi proqramlar, lətifələr, oyun yükləmələr, hollivud ulduzlarının 
şəkillərindən ibarətdir.  
Ikinci yerdə dayanan - http://podium.azeriblog.com bloqudur. Ziyarətçisi 102697 nəfərdir. Bir müddət bloqda 
hollivud ulduzlarının erotik şəkilləri yer alsa da, indi öz şou biznesmizin ulduzlarını reklam etməklə 
ziyarətçilərini salamlayacaq. 
http://some.azeriblog.com-un ziyarətçisi 71010 nəfərlə ölçülür. Bloqa yazı qoyularkən hiss olunur ki, bloqçu 
şriftdə dəyişilik etdiyindən yazıları oxumaq olmur. Dizayn bərbaddır, səhifədə şou-biznes nümayəndələri, 
tanınmışların karikaturaları olsa da, ―bloq haqqında‖ bölməsində Ramil Səfərovun şəklinin qoyulması saytın 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə