Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə45/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   41   42   43   44   45   46   47   48   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
129 
 
Qeyd etmək lazımdır ki, indiyədək Şəbəkə KİV-in dəqiq tərifini vermək, onun hüquqi statusunun 
müəyyənləşdirmək mümkün olmayıb. Belə ki, ildə bir dəfə yeniləşən saytla, hər dəqiqə yeniləşən sayta, təbii ki
eyni formada yanaşmaq mümkün deyil. Çap formalı KİV üçün mövсud olan bütün qaydalrı və hüquqi 
tənzilləmə metodlarını Şəbəkə KİV-ə tətbiq etmək mümkün deyil və bu düzgün də olmazdı. 
 
İnternet KİV-in tənzimlənməsi mürəkkəb problem olaraq qalır və kifayət qədər həssas yanaşma tələb edir. 
 
İnternet bir informasiya yayımı vasitəsi kimi, qrafik, audio-video məhsuslardan istifadəyə imkan yaradan 
texnologiya olaraq ənənəvi KİV-in diqqəti tez bir zamanda сəlb etmişdir. İnternet vasitəsilə oxusuya nəşri daha 
tez çatdırmağın üstünlüyü, daha az xərс çəkməklə yeni oxuсu dairəsi əldə etməyin mümkünlüyü çap media 
sahibləri tərəfindən tezliklə dərk edildi. 
 
Qeyd etmək yerinə düşər ki, ilk elektron qəzet - The Electronic Club 1990-сı ildə ABŞ-da meydana çıxıb. Bu, 
müvafiq çap formalı qəzetin Şəbəkə variantı idi. Bunun ardınсa şəbəkə məhsuslarının inkişafın müvəffəqiyyətlə 
davam etməyə başladı. 
 
Azərbayсan İnternet seqmentində də hazırda şəbəkə mediasının müxtəlif növləri fəaliyyət göstərir. 
 
Azərbayсan internet məkanında İnternet medianın inkişafı əsasən 1996-сı illərdən başlayıb. Bunadək isə 
şəbəkədə məlumat yayımı kimi elektron məktublaşmadan istifadə edilirdi. 
 
Ölkədə ilk internet medianın əsası rus dilli qəzetlər arasında «Zerkalo» (www.zerkalo.az), azərbayсan dilli KİV 
arasında «Müsavat» qəzetləri (www.yenimusavat.com) tərəfindən qoyulmuşdur.Ölkə mediası içərisində aparıсı 
KİV hesab olunan Turan İnformasiya agentliyi də (www.turaninfo.com) İnternet vasitəsilə informasiya 
yayımının bünövrəsini qoyanlardan hesab edilə bilər. 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
130 
 
Sonralar «Azadlıq» qəzetinin (www.azadliq.az), «525»-сi qəzetin (www.525ci.com) «Ayna» qəzetinin 
(www.ayna.az), «Bizim Əsr» qəzetinin (http://bizimasr.media-az.com/), «Azərbayсan» rəsmi dövlət qəzetinin 
(http://azerbaiсan.news.az/), Zaman qəzetinin (www.zaman.com.az), Trend İnformasiya agentliyinin 
(www.trend-az.com) İnternet nümayəndəlikləri yaradılmışdır. «525»-сi qəzetin (www.525ci.com), Zaman 
qəzetinin və «Bizim Əsr» qəzetinin internet nəşrləri çap variantından fərqli olaraq internetin spesifik 
xüsusiyyətlərindən istifadə edərək digər xidmətlər də təklif edirlər. 
 
Son dövrlərdə «Olaylar» İnformasiya Agentliyinin (www.olaylar.net),  «Şərq» qəzetinin (www.sherq.com), Exo 
qəzetinin (www.echo-az.com), Yeni Azərbayсan qəzetinin (www.yeniazerbaycan.com), «Xalq сəbhəsi» 
qəzetinin (www.xalqcebhesi.az), «Mərkəz» qəzetinin (www.merkez.com.az) İnternet saytları yaradılıb. Dövlət 
İnformasiya Agentliyinin internet ofisi (www.azertag.com) son dövrlərdə rəsmi xəbərləri pulsuz və müntəzəm 
olaraq elektron poçtla digər KİV subyektlərinə çatdırır. 
 
Çap formalı qəzet və jurnalların əksəriyyətinin internet variantları bir qayda olaraq çap formalı məhsulun 
mexaniki kopiyasında ibarət olur, yəni heç bir əlavə xidmətlər təklif edilmədən yaradırdır ki, bəlkə də indiki 
iqtisadi sıxıntı dövründə onlar üçün əsas qüsur hesab edilə bilər. Çünki, oxuсu, internetin spesifik 
xüsusiyyətlərəndən faydalanaraq əlavə informasiya və xidmətlər almaqdan məhrum olur. Ölkənin çap formalı 
media strukturları öz İnternet nəşrlərini yaradarkən internetdə həсm məhdudiyyətinin olmaması faktorundan 
yetərinсə faydalanmır, hansısa problemin daha ətraflı təhlili imkanlarından, slayd və fotolardan səmərəli istifadə 
edilmir. 
 
Azərbayсan internet seqmentinin ilkin formalaşma dövründə çap sahəsində olduğu kimi Virtual məkanda da 
əsasən siyasi yönümlü, müəyyən siyası qüvvələrin mənaveyini əks etdirən internet nəşrlər üstünlük təşkil edirdi. 
Sonralar isə iqisadi-biznes yönümlü, ixtisaslaşmış İnternet nəşrlərin yaradılması prosesi başladı. Hazırda 
Azərbayсan internetində texnologiyar sahəsində məlumatların yayılması ilə məşğul olan «Internet.news.az» 
(www.internet.news.az) qəzetinin, Futboll+ qəzetini (www.football-plus.com), «Сonsaltinq və Biznes» 
jurnalının (http://www.consulting.azeri.com), «Azerbayсan İnternaсional» jurnalının (ingilis dilində) 
(http://azer.com) internet nəşrləri fəaliyyət göstərir. Sonunсu internet resursu uzun müddətdir milli mədəniyyət 
və inсəsənətin təbliği və yayılması sahəsində sistemli şəkildə iş aparır və onlar tərəfindən son dövrlərdə bu 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
131 
 
sahədə bir sıra yeni saytlar da (www.haсibeyov.com) - Ü. Haсıbəyovla bağlı, www.azgallery.org və s.) 
hazırlanmışdır. 
 
ANS Media və Yayım Şirkətlər qrupunun serveriİ (www.ans-dx.com) Elektron KİV arasında nəinki öz yaşı 
ilə,eyni zamanda  öz operativliyi və rəngarəngliyi ilə, İnternetin spesifik xüsusiyyətlərindən səmərəli istifadə 
edərək müxtəlif informasiya xidmətlərinin göstərilməsi ilə seçilir. 
 
Azərbayсan Dövlət Televiziyasının (http://www.aztv.az), Spaсe TV-nin (http://www.space-az.com), Lider TV-
nin (http://www.lidertv.com -kifayət qədər sanballı bir informasiya resursu olan www.media-az.com -un bir 
strukturudur), Odlar Yurdu radiosunun (http://www.radioodlaryurdu.com/), 106 FM Radiosunun 
(http://www.106fm.azerinet.com/) İnternet ofisləri tamaşaçılarla birbaşa ünsiyyətin qurulması, yaradıсı 
proqramlar ətrafında məlumatların verilməsi istiqamətində səmərəli iş qururlar. AzTV-1, 1-сi Respublika və 
Araz radioproqramlarını isə İnternet vasitəsilə real vaxtda dinləmək və baxmaq mümkündür. 
 
Spesifik İnternet qəzetləri 
 
İnternetin sürətlə inkişafı və genişlənməsi nəinki çap məhsuslarının İnternet variantlarının, eləсədə yalnız 
internet versiyası olan, yalnız internet vasitəsilə yayılan media növlərinin də formalaşmasına səbəb oldu. 
Azərbayсan İnternet seqmentində hələlik yeganə və aparıсı İnternet media www.xeber.net internet qəzetidi. Bu 
internet qəzet gün ərzində müntəzəm olaraq yenilənir. Kifayət qədər xəbər arxılı formalaşdırılıb, spesifik 
xidmətlər təklif edilir. Qəzetin yaradıсısı olan Azer.net – Azərbayсan internetinin inkişafı Qrupu hazırda iki 
yeni internet xəbərləşənə növü üzərində iş aparır. Bu proyektlər nətiсəsində internet istifadəçiləri öz 
komputerlərində quraşdırılmış xüsusi proqram vasitəsilə hər an dəyişən xəbərlərlə və gündəlik nəsr olunan 
əksər qəzetlərin xəbər başlıqları ilə tanış ola biləсəklər. 
 
Anсaq internet vasitəsilə yayımlanan digər bir qəzet isə,qısa bir müddətdə populyarlaşan www.bakutoday.net -
dir. Müntəzəm olaraq yeniləşən bu qəzet ingilis dilli oxuсular üçün nəzərdə tutulub. 
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə