Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə47/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   43   44   45   46   47   48   49   50   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
135 
 
Artıq XXI əsrin astanasında, informasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə nüfuz etdiyi bir dövrdə
milli təhlükəsizlik məsələsi daha çox informasiya təhlükəsizliyinin nə cür təmin olunmasından asılıdır. Tam 
yəqinliklə demək olar ki, XXI əsrdə cəmiyyətin və dövlətin, eləcə də hər bir şəxsin informasiya 
təhlükəsizliyinin təmin olunması ən ciddi problemə çevriləcək. Son dövrlərdə Azərbaycnın ictimai-siyasi və 
sosial-iqtisadi sahələrində baş verən proseslər ölkənin beynəlxalq telekommunikasiya şəbəkələrinə 
inteqrasiyasına səbəb olmuşdur. Beynəlxalq İnformasiya şəbəkəsi olan İnternet Azərbaycanda cəmiyyətin və 
idarəetmənin müxtəlif sahələrinə nüfuz etməkdədir. Artıq xeyli miqdarda dövlət təşkilatları, maliyyə-kredit 
strukturları, ölkədə yerləşən xarici qurumların böyük əksəriyyəti eləcə də fərdi şəxslər İnternet şəbəkəsinə 
qoşularaq informasiya mübadiləsi proseslərinin tərkib hissəsinə çevriliblər. Yeni telekommunikasiya 
şəbəkələrinə daxil olmaq Azərbaycan üçün yeni imkanlar açır, nəhəng elmi-texniki, ictimai-siyasi informasiya 
bazalarına giriş əldə olunur, yeni əlaqələr formalaşmasına səbəb olur. Və şəksizdir ki, Azərbaycanın bu cür 
dünya inteqrasiya proseslərində iştirakı tam sürətlə davam etməlidir. Ancaq bununla belə Azərbaycanın 
geopolitik vəziyyətini nəzərə alaraq demək olar ki, heç də hamı Azərbaycanın beynəlxalq inteqrasiya 
proseslərində yaxından iştirakını arzulamır, beynəlxalq aləmdə xeyli güclü qüvvələr var ki, onlar üçün zəif 
Azərbaycan lazımdır. Heç kimə sirr deyil ki, Qərb və Şərq arasında soyuq müharibə başa çatdıqdan sonra, 
ideoloji müharibə, şpionajlıq tam gücü ilə işləməkdədir. Sadəcə prioritet sahələr dəyişib, texnoloji sahədə
maliyyə-ticarət sahəsində, beynəlxalq münasibətlər sahəsində ölkələrarası "soyuq müharibə" davam etməkdədir. 
Qeyd olunan sahələrə ümumi vəziyyətə nəzarət etmək üçün, adi məlumatları analiz edərək konkret nəticəyə 
gəlmək üçün ən gözəl vasitə isə - İnternetdir. Өzünün geopolitik vəziyyətini nəzərə alan Azərbaycan da dünya 
ilə inteqrasiya əlaqələrinin qurulmasında əvəzsiz rolu olan İnternetdən səmərəli istifadə etməklə, onu inkişaf 
etdirməklə bərabər xarici texnoloji-informasiya hücumlarının da qarşısını almalı, informasiya təhlükəsizliyi 
problemini həll etməlidir. Lakin Azərbaycanın İnternet fəzasında baş verənləri araşdırdıqda hökumətin bu 
sahəni əslində başlı-başına buraxdıbının şahidi olursan. Ağlasığmaz faktlarla rastlaşırsan. 
 
Dövlət orqanları FSB-nin nəzarətində? 
 
Əgər desəm ki, Prezident Aparatınının, Daxili İşlər Nazirliyinin, bir sıra dövlət strukturlarının, 
ElmlərAkademiyası strukturlarının beynəlxalq şəbəkədə fəaliyyəti Rusiya xüsusi xidmət struktur (FSB)-nın 
nəzarətindədir, çoxları şübhə ilə yanaşar. Ancaq fakt faktlığında qalır. Prezident Aparatı İnternetə ADANET 
provayderi vasitəsilə qoşulmuşdur. (Ünvanı: www.president.gov.az) Xüsusi proqram vasitəsi ilə (Neo Trace) 
həmin ünvanla əlaqə saxlayanda məlum olur ki, həmin ünvandan daxil olan (və ya göndərilən) bütün 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
136 
 
informasiyalar Moskva üzərindən keçir. Çünki, ADANET Beynəlxalq Şəbəkəyə Rusiya kanalı vasitəsilə 
qoşulub.Arayış: ADANET-ə xidmət göstərən Qlasnet provayderi Rusiyada ən güclü telekommunikasiya 
strukturu olan Qolden Telekom Holdinqinin tərkibinə daxildir. Kanalın (ST2-DOM) sürəti 2,4 Qb/san-dir və 
Stokholma qədər uzanır. Qərargahı Moskva şəhərindədir. Sual oluna bilər. Tutaq ki, Prezident Aparatından 
ötürülən (və ya daxil olan) informsiya Moskva üzərindən keçirsə narahatçılığa nə əsas var?. Əsas isə ondan 
ibarətdir ki, Rusiyada "Operativ əməliyyat-axtarış tədbirləri haqqında" Qanun qəbul edildikdən sonra digər 
qurumlar konkret Rusiya Rabitə Nazirliyi tərəfindən bir sıra normativ aktlar qəbul olundu (Maraqlananlar üçün: 
Rusiya Rabitə Nazirliyi, əmr ¹9, 31.02.96; əmr ¹47, 27.03.99; əmr ¹25, 18.02.97; 20.08.98-ci il tarixli əmr və s.). 
Həmin normativ aktlara görə hər bir provayder hökmən FSB üçün ayrıca kanal ayırmalı, onu bütöv informasiya 
trafikinin (axınının) bütün parametrlərini aşkara çıxaran texnoloji-proqram avadanlığı ilə və üstəlik də ixtisaslı 
kadrlarla təmin etməlidir.Əks halda provayder lisenziyasını itirmək təhlükəsi ilə üzləşir. Rusiyanın demokratik 
ictimaiyyəti, eləcə də müxtəlif beynəlxalq qurumlar 1997-1999-cu illər ərzində cəmiyyət üzərində total nəzarət 
imkanı verən bu məsələyə kəskin etirazları bildirmiş və proses hələ də davam etməkdədir,(Maraqlananlar 
Rusiyanın İnternet axtarış proqramlarında (Rambler, Yandex, List.ru, Aport və s,) "COPM" (Sistema 
Operativno-Rozısknoy Meropriətii") sözünü yığmaqla külli miqdarda materiallar əldə edə bilərlər). Deməli, 
yuxarıda deyilənlərdən konkret belə nəticəyə gəlmək olar ki, FSB tam qanuni şəkildə (mən qeyri-qanuni tərəfini 
heç yada salmıram) Moskva üzərindən ötürülən bütün informasiya axınına nəzarət edir. Bunun isə nə demək 
olduğunu qoy oxucu özü müəyyənləşdirsin. Araşdırmaları davam etdirərək daha ciddi faktlarla rastlaşmaq 
olar.Өlkə başçısının ən yaxın ətrafında olan şəxslərin, nəhəng maliyyə-kredit təşkilatların da Beynəlxalq 
Şəbəkədə informasiya əməliyyatları tam FSB-nin nəzarətindədir. Sən demə Türkiyə Səfirliyindən də ötürülən 
və daxil olan informasiyalar tam FSB-nin nəzarətindədir (www.turkbe.org.az). Məmləkətin nəhəng informasiya 
bossları "ANS" (www.ans-dx.com) və "TURAN" (www.turaninfo.com), eləcə də müxalif siyasi partiyalardan 
AXCP (www.axcp.az) və "Müsavat" partiyasının orqanı (www.yenimusavat.com) isə Beynəlxalq şəbəkəyə 
yerli provayderlərdən istifadə etməklə Amerika kanalları ilə qoşulmağa üstünlük vermişlər. ABŞ səfirliyi isə 
daha ayıq tərpənərək heç bir aralıq mərhələdən istifadə etmədən birbaşa peyk vasitəsilə mərkəzi Amerikada 
yerləşən kanal vasitəsilə İnternetə qoşulmuşdur. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, əgər Xüsusi Xidmət 
Orqanının (konkret halda FSB-nin) lazımi texnoloji-proqram təminatı ilə və birbaşa kanalla provayderə çıxışı 
varsa bu o deməkdir ki, həmin provayder vasitəsilə İnternetə qoşulan hər bir kəs (məsələn hansısa dövlət 
məmuru) İnternetdə nə ilə məşğul olursa, hansı sorğuları verirsə, hansı web-səhifələrə baxırsa, onların hamısı 
qeyd olunur. İnternetdə isə dövlət məmurunu şantaj etmək üçün, onun haqqında kompramatlar toplamaq üçün 
kifayət qədər resurslar var (seks, erotika və s.). Ona görə də hesab edirəm ki, dövlət təşkilatları və dövlət 
məmurlarının İnternetə çıxışı ilə bağlı müəyyən bir qayda hazırlamaq məqsədəuyğun olardı. Azərbaycanın 
İnternet fəzası üçün xarakterik olan, bilavasitə informasiya təhlükəsizliyi ilə bağlı hər gün yeni-yeni hadisələr 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə