Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə44/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   40   41   42   43   44   45   46   47   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
126 
 
kömək edir. Belə bir tədris zamanı müəllim iş yerini dəyişərsə, böyük boşluq yaranmır. Yəni müəllimin 
gedərsə, heç də hər şeyi özü ilə aparmır, əksinə, onun təcrübəsi qalır. İkinci bir məsələ isə modullar arasında 
əlaqədir. Bu əlaqə prerekvizit və korekvizit modul anlayışı ilə tənzimlənir. Prerekvizit modul hər hansı bir 
modulun keçilməsi üçün onda əvvəl tələbənin bitirməli olduğu moduldur. Misal üçün, tələbə telejurnalistikanı 
keçmək üçün mütləq foto və radio jurnalistika modullarını bitirməlidir. Korekvizit modul isə hər hansı modulla 
paralel keçilməsi vacib olan moduldur. Məsələn, TV jurnalistika modulu TV texnika ilə paralel keçilməlidir. 
Layihə çərçivəsində indi 10 modul hazırlanıb. Fotojurnalistika modulu isə amerikalı, britaniyalı, norveçli və 
yerli mütəxəssislərin iştirakı ilə sınaqdan keçib. Amma biz bilirik ki, modul özü də hələ hər şey demək deyil. 
Modulların tədrisi üç komponentin üstündə qurulur – müəllim, dərslik və avadanlıq. Başqa sözlə desək... 
Kim? Harada? Necə? 
İcazənizlə sonuncu sualdan başlayaq... 
Necə? 2008-ci ilin sorğusu gostərdi ki, tələbələr dərslik ehtiyacındadırlar. Dərsliklərin tələblərə cavab 
verməməsinin səbəbini bir daha açıqlamağa ehtiyac yoxdur. Dərslik tədris prosesinin məntiqi bir həlqəsidir. 
Əgər bu proses pozulubsa, demək, standartlara cavab verəcək dərslikdən danışmaq hələ tezdir...  
Harada? Jurnalistikanın tədrisi bu gün, ilk növbədə, canlı jurnalistika mühitində keçməldir. Tələbə üçün bu 
mühit fakültədən başlamalıdır. Müasir Xəbər otağı belə bir mühitin nüvəsi ola bilər. Multimedia mühitinin 
hökm sürdüyü, həm qəzet, həm foto, həm radio, həm də telejurnalistlərin bir studiyada cəmləşdiyi, materialların 
onlayn rejimdə hazırlandığı bir otaq. Belə bir studiya indi bir çox ali məktəb üçün utopik görünsə də, o, bizim 
layihənin ən yaxın hədəflərindəndir. Payız semestri üçün BSU-nun jurnalistika fakültəsinin öz Xəbər otağı da 
olacaq...  
Kim? Bu yazının əvvəlində lap nağılvari bir təhkiyə üsulu ilə 25 nəfərlik layihə heyətinin – komandanın 
yığıldığını yazmışdım. Amma, əslində, burada nağıllıq heç nə yox idi, layihənin ən çətin hissəsi elə komandanın 
yığılması idi. Biz beş istiqamət üzrə mütəxəssis axtarırdıq. Onlardan biri – fotojurnalistika, ümumiyyətlə, tədris 
olunmurdu, digəri – yeni media isə tamamilə yeni yanaşma tələb edirdi. Hər komanda 3 nəfərdən ibarət olmalı 
idi: lider, müavin və köməkçi. Bununla biz hər bir modulun yazılmasında müxtəlif fikirlərin dartışmasına rəvac 
verməklə yanaşı, həm də dayanıqlığa çalışırdıq. Kimsə komandanı tərk edərsə, o birisi işi yetirə bilməli idi. 
Başqa bir məsələ isə köməkçini müəllim kimi yetişdirmək idi. Müəllim tapmaq çətindir. Xüsusilə jurnalistika 
sahəsində. Müəllimlik etmək üçün magistratura pilləsini bitirmək zəruridir. Təəssüflə qeyd etməliyik ki, 
Azərbaycanda magistr pilləsini bitirən tələbələrin hazırlığı xaricdə, hətta qonşu Gürcüstanda İctimai Əlaqələr 
İnstitutunun nəzdində Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbini bitirənlərdən zəifdir. Uzaq xaricdə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
127 
 
magistratura təhsili alanları isə təhsilə cəlb etmək çox çətindir. Onlar üçün bu işdə maddi motivasiya yoxdur. 
Yeni təşəbbüslərsə heç də bütün universitetlərdə Slavyan Universitetində olduğu kimi alqışlanmır. Digər bir 
məsələ isə xaricdə təhsil alan mütəxəssislərin məlumat bankının olmamasıdır. Bizim resurslar haqqında ətraflı 
məlumatımız yoxdur... 
Bu işdə məsələyə müsbət umpuls verə biləcək tədbirlərdən biri təhsil yarmarkalarının keçirilməsi ola bilər. 
Abituriyentlər bu yarmarkalarda ən azından hansı universitetin onlara nə təklif etdiyini öyrənə, ixtisaslar 
haqqında daha geniş məlumat əldə edə bilərlər. Bu tip yarmarkalar həm də universitetlər arasında sağlam 
rəqabəti artırar. Belədə biz qəbul imtahanlarından uğurla keçdikdən sonra universitet seçimində çətinlik 
çəkməyəcəyik. Ən azından jurnalistika ixtisasını seçərkən, kimin nə təklif etdiyini diqqətlə öyrənəcəyik. 
Biləcəyik ki, dövlət standartı eyni olsa da, kurikulumlar, modullar müxtəlif ola bilər. Biləcəyik ki, jurnalistika 
ixtisası 10 universitetdə tədris olunsa da, onlar fərqli-fərqlidirlər. Çünki jurnalistika məktəbləri, dəsti-xəttlər 
fərqlidir...  
Belədə biz ən vacib həqiqəti biləcəyik: institutlar da, universitetlər də, akademiyalar da məktəblərin üzərində 
qurulur.  
P.S. Bu yazını burada bitirmək olardı. Amma o bitmir, çünki layihə hələ davam edir. Hətta bu layihə bir gün 
bitsə belə, o geniş mənada davam edəcək. Çünki onun fəlsəfəsini bölüşən insanlar var. Bu fəlsəfə isə istənilən 
xarici təcrübəni təcrübə naminə təkrarlamağa deyil, onun mahiyyətini anlayaraq yenidən qurmağa, yaşatmağa 
hesablanıb. Metronun ―İçərişəhər‖ stansiyasının yeni binası kimi...  
Siz bu bina haqqında nə düşünürsünüz? Bu müasir tikili xoşunuza gəlirmi? Şəxsən, mən Paris Luvrunun Bakı 
versiyasını xoşlayıram. Niyə? Çünki bu, sadəcə, təkrar deyil, tikili həm də memarın fəlsəfəsinin tərcümanıdır: 
müasirlik bizə keçmişi görməyə, duymağa və sevməyə mane olmamalıdır. O elə buna görə də şəffafdır...  
Bu yazını bizimlə eyni fəlsəfəni bölüşən insanlar – adlarını çəkmədiyim komanda üzvləri davam etdirəcəklər.  
 
 
http://525.az/view.php?lang=az&menu=7&id=18229
   
 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
128 
 
 
 
 
 
 
 
 
 
Osman Gündüz 
 
YENĠ MEDĠA 
Azərbayсan İnternet Forumunun prezidenti, «Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları 
Mərkəzinin direktoru 
www.aif.az, www.cit.az, info@cit.az 
 
İnformasiya texnologiyalarının, xüsusən İnternetin inkişafı çap formalı Kütləvi İnformasiya Vasitələrində – 
neсə deyərlər, ənənəvi KİV-də сiddi inqilab yaratdı. Yeni növ informasiya yayımı vasitələri – Şəbəkə KİV 
meydana çıxdı. Şəbəkə KİV bütün Qlobal Şəbəkədə, o сümlədən Azərbayсan İnternet seqmentində özünə 
məxsus yer tutur. 
 
İndiyədək müxtəlif növ Şəbəkə KİV qrupları formalaşıb: Ənənəvi KİV-in şəbəkə variantları; xüsusi şəbəkə 
media strukturları: elektron jurnallar, elektron qəzetlər, İnternet İnformasiya Aqentlikləri, portallar və s. 
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə