Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə52/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   48   49   50   51   52   53   54   55   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
153 
 
03.06.2008 tarixindəki məlumata əsasən Vikipediyanın Azərbaycan bölməsində istifadəçilərin sayı 4161 
nəfərdir. Vikipediyanın ingilis bölməsində istifadəçilərin sayı 7406111, rus bölməsində isə 141214 nəfərdir.  
 
Administrator – adi istifadəçilərə nisbətən daha çox hüquqa malikdir. Administrator səhifəni adi istifadəçilər 
tərəfindən aparılan dəyişikliklərdən qoruya bilər, səhifəni ləğv edə, istifadəçiləri blokada edə (loqinə və ya İP 
ünvana görə) və əksinə səhifələrin qorunmasını ləğv edə, silinmiş məqalələri bərpa edə və istifadəçilərə 
qoyulmuş blokadanı qaldıra bilər.  
 
Bundan başqa, administrator Vikipoediyanın ümumi interfeysini dəyişə bilər və sistem məlumatlarını idarə edə 
bilərlər.  
 
Bürokrat – digər istifadəçilərə administrator və bürokrat hüququnu vermək kimi texniki imkana malik olan 
istifadəçidir. Lakin bürokrat bu hüquqları ala bilməz. Bunu yalnız stüard və ya baş layihəçi edə bilər.  
 
Stüard – digər istifadəçilərin Vikipoediyaya istənilən müraciət hüquqlarını dəyişmək hüququna malik şəxsdir. 
Stüard da bürokrat kimi, digər istifadəçilərə administrator və bürokrat hüququnu vermək kimi texniki imkana 
malik olan istifadəçidir. Lakin bürokratdan fərqli olaraq, stüard bu hüquqları ləğv edə bilir.  
 
Baş layihəçi – Vikipediyanın baş layihəçisinin hüquqları stüardın hüquqları ilə eynidir. Lakin o, sistemi əsaslı 
dəyişmə hüququna malikdir. Bəzi layihəçilər Vikipediyanın işlədiyi serverlərə daxil olma hüququna da 
malikdirlər.  
 
Vikipediyanın bütün hüquqları isə ―Vikipediya‖ layihəsinin əsasını qoymuş Cimmi Uelsin əlində toplanmışdır. 
Vikipediyada yaranan istənilən problemin həlli və bütün mümkün hüquqlar bu yeganə şəxsdə olduğundan, onu 
Vikipediyanın allahı adlandırırlar. Cimmi Uelsin istifadəçilərə və təşkilatçılara müraciət edərək ―Biz İnterneti 
tutduq, sizin köməyinizlə dünyanı tutacağıq‖ cümləsi ilk baxışda lovğalıq kimi görünsə də, Vikipediyanın 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
154 
 
müəllifi haqlıdır: bu layihə kimi, milyonlarla istifadəçilərin müraciət etdiyi və hər kəsə pulsuz olaraq bilik bəxş 
edən digər layihə təsəvvür etmək çətindir.  
 
Vikimediya fondu  
 
Vikipediya ―Wikimedia Foundation‖ təşkilatının təşəbbüsü ilə qurulub. ―Wikimedia Foundation‖ qeyri-
kommersiya, qeyri-hökumət təşkilatıdır və bir sıra başqa azad məzmunlu layihələri idarə edir. Vikimediya, bir 
neçə sahədə fəaliyyət göstərən bir böyuk layıhədir. Vikimediya ―Wikimedia Foundation Inc‖ adında şirkət 
tərəfindən idarə olunur.  
 
İndiyə kimi Vikimediya fonduna istifadəçilər tərəfindən $1 mln. məbləğində pul bağışlanmışdır. İanələrin 
adətən, $5 – $20 arasında olmasına baxmayaraq, fonda daha böyük məbləğdə yardımların edilməsi faktlarına da 
rast gəlinir. Məsələn, 2007-ci ilin 27 dekabrında adını bildirmək istəməyən bir şəxs Vikimediya fonduna $286,8 
min ianə etmişdir.  
 
Vikipediya GNU Free Documentation License (GNU azad sənədlərin lisenziyası), və ya GNU FDL (GFDL) 
lisensiyası əsasında işləyir. Vikipediya yalnız müxtəlif mövzuda (elmi, mədəni, tarixi, siyasi və s.) 
informasiyaların yaradılması ilə deyil, eyni zamanda bu informasiyaların azad yayılmasına imkan yaradır. 
GFDL lisenziyası Vikipediya materiallarının istənilən şəxs tərəfindən və istənilən kimi istifadə etməyə icazə 
verir, bir şərtlə ki, ilkin müəllif göstərilir və materiallar bu lisenziyanın şərtləri üzrə yayılır. GFDL kopileft-
lisenziya olub, azad proqram təminatı fondu tərəfindən GNU GPL-ə əlavə kimi işlənmişdir. GNU GPL-in 
məqsədi istifadəçiyə proqramları köçürmək, şəklini dəyişdirmək və yaymaq hüququnun verilməsi (müəlliflik 
hüququ qanunlarına görə bunlar qadağan olunublar), eləcə də bütün törəmə proqramların istifadəçilərinin 
göstərilən hüquqlara malik olmasını təmin etməkdir.  
 
Qeyd: Hüquqların ―irsən keçməsi‖ prinsipi ―kopileft‖ (copyleft) adlanır və Riçard Stollmen tərəfindən 
düşünülmüşdür.  
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
155 
 
GFDL istifadəçi dərsliklər, dərs kitabları və kompüter proramlarının müşaət etdiyi digər sənədlər üçün nəzərdə 
tutulmuşdur. GNU Layihəsinin əsas təşkilatçı sponsoru Free Software Foundation (FSF) – azad proqram 
təminatı (PT) fondudur. FSF 1985-ci ildə yaradılmış qeyri-kommersiya təşkilatıdır. Riçard Stollmen tərəfindən 
yaradılan FSF azad proqram təminatı hərəkatını və GNU layihəsini dəstəkləmək məqsədi daşıyır.  
 
FSF, korporasiyalardan və qrant verən qurumlardan çox kiçik miqdarda ödənişlər alır. FSF kompüter 
programlarını azad şəkildə istifadə etmək, nüsxəsini çıxarmaq, dəyişdirmək, öyrənmək və paylaşdırmaq və azad 
PT istifadəçilərinin hüquqlarını qorumaq vəzifəsini yerinə yetirir. 2006-cı il FSF fond aktivlərinin 67%-i 
müxtəlif sponsorlar tərəfindən verilmişdir. Bu dəstək, FSF fəaliyyətini davam etdirməyə kömək edən əsas 
vasitələrdən biridir. FSF, İnternetdə danışıq, mətbuat və himayədarlıq azadlığını, şəxsi əlaqələr üçün şifrlənmiş 
proqramın istifadə hüququnu, və özəl inhisarçılar tərəfindən maneə qoyulmayan proqramların yazılma 
hüququnu dəstəkləyir.  
 
Vikimediya fondunun layihələrini dəstəkləmək məqsədi ilə Metaviki (http://meta.wikimedia.org/wiki/Meta) 
saytı yaradılmışdır. Vikimediya fondu Vikipediya azad ensiklopediyası və Mediaviki platforması əsasında 
işləyir.  
 
http://www.mail.wikipedia.org və ya http://www.meta.wikimedia.org/wiki/IRC_channels saytına müraciət 
etməklə Fondla və onun layihələri ilə bağlı sualları müzakirə etmək mümkündür. Vikimediya fondu virtual 
ensiklopediyanın ingilis dilindəki bölməsinin ən müvəffəqiyyətli məqalələri daxil edilmiş kompakt-disk 
buraxmaq fikrindədir.  
 
Vikilayihələr 
 
İnformasiya yalnız ensiklopedik məqalə şəklində daxil edilmir. Odur ki, digər Vikilayihələr də mövcuddur:  
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə