Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə51/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   47   48   49   50   51   52   53   54   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
150 
 
əməkdaşlarının siyasi mövzularda məqalələrə düzəlişlər edildiyi məlum olmuşdur. Göründüyü kimi 
Vikipediyada yaradılan informasiyaların qeyri rəsmi olmasına baxmayaraq onların məzmunu çoxlarını 
düşündürür və narahat edir.  
 
Vikipediya beynəlxalq layihəsinin informasiya bazaları saxlanılan serverlər ABŞ-nin Florida Ştatının Tamp 
şəhərində, Parisdə, Amsterdamda və Seul şəhərlərində yerləşirlər. 2005-ci ilin məlumatına görə ABŞ-da 
Vikipediya serverlərinə cəmi 5 əməkdaş xidmət edir və onlara 400 könüllü kömək göstərir.  
 
Vikipediya artıq praktiki olaraq bütün vacib sahələr haqqında müəyyən dərəcədə informasiyaya malikdir. 
03.06.2008 tarixində 10743902 Vikipediya on-line eksiklopediyasında məqalələrin sayı artıq 9073413 
olmuşdur. Nəzərə alsaq ki, ―Britannika‖ eksiklopediyasında məqalələrin sayı – 120000, Böyük Sovet 
Ensiklopediyasında məqalələrin sayı – 95279, Brokqauz və Efron ensiklopedik lüğətdə məqalələrin sayı – 
121240-dır, o halda Vikipediyanın necə nəhəng sistem olduğunu təsəvvür etmək olar.  
 
Vikipediyada məqalələrin sayının digər ensiklopediyalarla müqayisədə həddən artıq çox olmasına baxmayaraq, 
bütün məqalələri düzgün və dolğun hesab etmək olmaz. Baxmayaraq ki, qaydalar çox sərtdir və bir çox 
ölkələrdə onları daha da sətləşdirmək lazım gəlir. Məsələn, ingilis Vikipediyasında anonim istifadəçilərə yeni 
məqalələr yaratmaq qadağan olunmuşdur. Bir çox hallarda bir və ya bir neçə sözdən ibarət məqalələrə də rast 
gəlinir. Bu cür məqalələrin aşağı hissəsində ―məqalə tam deyil, işlənməyə ehtiyacı var və s.‖ sözlər yazılır. Bu 
səhifələri məqalə adlandırmaq düzgün olmasa da, onlar məqalə kimi statistik informasiyaya daxil edilirlər.  
 
Lakin, digər tərəfdən bu cür yalançı məqalələrin də yaradılmasının üstün cəhətləri vardır. Birinci, bu məqalələr 
istər-istəməz istifadəçinin diqqətini cəlb edir və oraya yeni informasiyanın daxil edilməsinə sövq edir. Digər 
tərəfdən istifadəçidə məqalədəki mövzu ilə bağlı maraq oyadır. Üçüncü, məqalənin yaradılmasını sürətləndirir. 
Müşahidələr göstərir ki, bu cür məqalələrin çoxu tez zamanda doldurulur. Vikipediya əhalisi artdıqca bu cür 
məqalələrin də sayı azalmaqdadır.  
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
151 
 
Vikipediyanın yaradıcılarından biri olan Cimmi Uels deyir: ―Mən Vikipediyada çoxlu sayda ―ağ ləkələrin‖ 
olduğu vaxtı xatırlayıram və o zamanlar istifadəçilər bir çox vacib mövzular haqqında hər-hansı informasiyanı 
tapa bilmirdilər. İndi isə bizdə 2,4 mln.-dan artıq (ingilis dili bölməsində) müxtəlif mövzulara aid materiallar 
vardır, lakin görüləsi işlər hələ çoxdur: çoxlu sayda məqalələri redaktə etmək lazımdır və məhdud 
informasiyaya malik mövzuları yaddan çıxarmaq olmaz‖. Vikipediyanın əhəmiyyətində danışarkən ilk növbədə 
nəzərə alınmalıdır ki:  
 
1. 
Vikipediya müxtəlif dillərə malik olduğundan, məqalələrə hipermətnlər daxil edildiyindən, hər kəs 
virtual ensiklopediyanın təşkilində iştirak edə bilər. Hər bir məqalə digər dillərdə analoqa malik olduğundan 
beynəlxalq istinadlardan istifadə etməklə onlara əsaslanmaq mümkündür.  
2. 
Vikipediyada məqalələr azad istifadəyə və düzəlişə malikdirlər. Məqalələr GNU FDL 
(http://www.gnu.org/licenses/fdl.html) lisenziyası altında nəşr olunduqlarından, bu məqalələrdən götürülmüş 
hər-hansı mətn də həmin lisenziyaya malik olmalıdır.  
3. 
Vikipediyada müəyyən edilmiş «neytral mövqe» qaydası hadisələrin və fikirlərin plüralizmə uyğun və 
qərəzsiz işıqlandırılmasına nail olmaq imkanı verir.  
4. 
Vikipediyaya daxil edilmiş informasiya tədricən dəyişilmək tendensiyasına malikdir.  
5. 
Xüsusiləşdirilmiş informasiyanı Vikipediyada çəkinmədən saxlamaq olar.  
6. 
Mübahisəli məqalələr və konflikt yaradacaq informasiyalar Vikipediyada çox azdır və müraciət 
olunduqda onların fəaliyyətini dayandırmaq mümkündür. Vikipediyada neytral məqalələr daha davamlıdırlar.  
 
Vikipediya könüllü istifadəçilər tərəfindən daxil edilən məqalələr hesabına zənginləşir. Vikipediyada yerinə 
yetirilməsinə icazə verilən əməliyyatların siyahısı:  
 
1. 
İstənilən mövzuda məqalələr yaratmaq;  
2. 
Mövcud olan məqalələrə əlavə mətn daxil etmək;  
3. 
İnformasiyanı tam dəyişdirmək;  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
152 
 
4. 
Orfoqrafik səhvləri düzəlmək;  
5. 
Mövcud olan məqalələrə şəkillər əlavələr etmək;  
6. 
Faktiki informasiyanı pozmaq;  
7. 
Mövcud olan məqalələri başqa dillərə tərcümə etmək. Belə ki, ingilis və rus dillərində olan məqalələr 
Azərbaycan bölməsindəki məqalələrin sayından bir-neçə dəfə çoxdur;  
8. 
Yeni məqalə yazarkən, həmin mövzuda digər dillərdə yazılmış məqalələrlə tanış olmaq mümkündür.  
 
Vikipediya əhalisi 
 
Vikipediyada iştirak edənləri bir-neçə qrupa bölmək olar: anonim istifadəçilər, qeydiyyata alınmış istifadəçilər, 
administratorlar, bürokratlar, stüardlar. Eləcə də ayrıca psevdoistifadəçilər – botlar mövcuddurlar. Botlar 
avtomatik proqramlar olub məqalələrdə texniki səhvlərin düzəlişini aparırlar.  
 
Anonim istifadəçi (Ananimous) – Vikipoediyada qeydiyyata alınmadan fəaliyyət göstərən istənilən şəxs anonim 
istifadəçi adlanır. O, istənilən məqaləni dəyişə bilər (o halda ki, bu məqalə administrator tərəfindən xüsusi 
müdafiə olunmur), yeni məqalə əlavə edə bilər. Lakin digər istifadəçilərdən fərqli olaraq Vikipediya bazasına 
şəkil, video və digər informasiya daxil edə bilməz.  
 
Qeydiyyata alınmış istifadəçi – anonim istifadəçi ilə müqayisədə daha çox hüquqa malikdir. Məsələn, o, 
Vikipoediyanın interfeysini şəxsən özü üçün quraraq, müzakirələrdə şəxsi imzası ilə çıxış edə bilər. Qeydiyyata 
alınmış istifadəçi öz şəxsi səhifəsini əldə edərək, bu səhifədə özü haqqında və öz şəxsi fikirləri haqqında söhbət 
aça bilər. Digər istifadəçilər isə ona müxtəlif məlumatlar yaza bilər. Əgər, qeydiyyat zamanı elektron ünvan 
göstərilmişdirsə, vacib xəbərlər birbaşa istifadəçinin e-ünvanına göndərilir. Qeydiyyata alınmış istifadəçi 
―müşahidələrin siyahısı‖ adı altında xüsusi bölmə yarada bilir ki, buraya onu maraqlandıran, üzərində dəyişiklik 
apardığı və dəyişikliklər barədə xəbər tutmaq istədiyi səhifələr daxil edilir.  
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə