Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə50/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   46   47   48   49   50   51   52   53   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
146 
 
Vikipediyanın yazı üslubu sadədir. Məqalələrin informativ, ensiklopedik, tərəfsiz və qərəzsiz olmasına diqqət 
yetirin. Bir neçə cümləlik məqalələr yaratmaqdan çəkinməyin. Vikipediyada istifadəçilər bir-birlərinin 
başlatdığı məqalələri zamanla zənginləşdirirlər. 
Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə 
səhifələrində soruşun. 
Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı 
əlavə edin. 
Yeni yaratdığınız məqalələrin Azərbaycan dilində olmasına xüsusilə diqqət edin. Tərcümə proqramları 
vasitəsilə etdiyiniz tərcümələri Azərbaycan dilinin qaydalarına uyğunlaşdırdıqdan sonra məqalələrə yerləşdirin. 
 
 
imzanı belə atmaq olar 
Ensiklopedik səhifələr və bunlara köməkçi səhifələrdə (məqalələr, kateqoriyalar, şablonlar və s.) imzanızı və 
adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 
tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni basaraq imzanızı atmağı unutmayın. 
Mövzu seçimində çətinlik çəkirsinizsə, bu məqalələr sizə kömək edəcək: 
Vikipediya:Məqalə istə 
Vikipediya:1000 məqalə 
Tələbat olan səhifələr 
Məqalələri redaktə etməzdən öncə redaktə qaydaları ilə tanış olun. 
Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın. 
 
 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
147 
 
 
 
 
 
 
 
 
 
 
 
Vikipediya kollektiv bilik mənbəyidir 
 
GiriĢ 
 
Vikipediya (ingiliscə, Wikipedia) – ümumi İnternet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın 
bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. 
―Wiki‖ havay dilində ―nə qədər mümkünsə daha tez‖ mənasını verir. Məhz yerli sakinlər Qonolulu 
aeroportundan şəhərə gedən avtobusları belə adlandırırlar. Viki texnologiyası əsasında qurulan virtual 
ensiklopediya bir axtarış sistemi kimi istifadəçilərin sorğuları əsasında tez bir zamanda informasiya xidməti 
göstərmək məqsədini daşıyır. Sistemdə verilən informasiyalar konkret olmaqla, yalnız hər hansı obyekt 
haqqında qısa informasiya verilir.  
 
Vikipediya virtual ensiklopediyası 15 yanvar 2001-ci ildə fəaliyyətə başlamışdır. Onun yaradıcıları Oqayo 
universitetinin fəlsəfə doktoru Larri Sanqer (Larry Sanger) və amerikalı sahibkar Cimmi Uelsdir (Jimmy 
Wales). Onlar əvvəlcə ―Nupedia‖ İnternet ensiklopediyasını yaratdılar. Bu virtual ensiklopediya öz sahəsinin 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
148 
 
mütəxəssisləri olan könüllü müəlliflər tərəfindən yazılırdı. Lakin iş uzanırdı, məqalələrin sayı isə yüzdən də az 
idi və Senqerlə Uels ikinci layihəni – Vikipediyanı buraxmaq qərarına gəldilər. Onlar fəlsəfəsi tamamilə fərqli 
olan, biliklərini paylaşan insanlar sayəsində meydana gələcək, dünyanın ən dolğun on-line ensiklopediyasını 
yaratmaq istəyirdilər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipediyanı dünyanın ən populyar 10 saytı sırasına 
daxil etmişdir.  
 
Viki proqramının köməyi ilə yaradılan ensiklopediya sayta daxil olan hər bir kəsə istənilən informasiyanı 
dəyişmək imkanı verməklə, bu dəyişikliyi digər İnternet istifadəçilərində görünməsini təmin edir.  
 
Vikipediya – ―Wikimedia Foundation‖ qeyri-hökumət təşkilatı tərəfindən yaradılan İnternet ensiklopediyasıdır.  
 
Vikipediyanın əhəmiyyəti 
 
Vikipediya dünyanın ən böyük ensiklopeditasıdır. Onu İnternet istifadəçilərinin stolüstü kitabı adlandırırlar. 
Vikipediya müraciətlərin sayına görə sorğu resurslardan sonra ikinci yeri tutur. ―Hitwise‖ sayğacının 
informasiyasını yayımlayan ClickZ (http://www.clickz.com/) saytının xəbər verdiyinə görə Vikipediya saytı 
İnternetdə yerləşmiş sorğu saytlarının bütün trafiklərinin 3,84 %-ni əhatə edir. Birinci yerdə 4,46 % trafiklə 
Dictionary.com (http://dictionary.reference.com/) saytı durur.  
 
Qeyd: Trafik dedikdə müəyyən vaxt ərzində (gün, ay və s.) veb-sayta və ya onun müəyyən səhifəsinə daxil olan 
istifadəçilərin sayı nəzərdə tutulur.  
 
Nəzərə alsaq ki, ―Wordsmith Merriam-Webster‖ lüğətinin on-line variantı (http://www.m-w.com/) 1,35 % 
trafikə malikdir, Hitwise mütəxəssislərinin bildirdiklərinə görə Vikipediyanın bazardakı payı son bir il ərzində 
618 % artmışdır. Bu saytdan ayda 7 mlrd. səhifə oxunur.  
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
149 
 
Vikipediyanın populyar olmasının əsas səbəbi onun dinamik olmasıdır. Yəni digər ensiklopediyalarda son 
hadisələr haqqında, məsələn, hər hansı idman növü üzrə son yarışda kimin qalib gəldiyini öyrənmək mümkün 
deyil. Vikipediyada isə yarışların nəticəsi artıq bir-neçə dəqiqədən sonra məlum olur. ABŞ-da isə bəzi cinayət 
hadisələri haqqında məlumat Vikipediyaya polislərin xəbər tutmasından qabaq yazılır.  
 
Müşahidələr göstərmişdir ki, Vikipediya saytına müraciət edənlərin 50 %-ni 18-24 yaşında gənclər təşkil edir. 
Vikipediya azad ensiklopediya olduğundan dövlət strukturları üçün işləmir. Lakin, artıq bir çox ölkələrdə dövlət 
strukturları Vikipediyadan istifadə edirlər. Məsələn, Amerika məhkəmələrində ondan məlumat kitabçası kimi 
istifadə olunduğu heç kəsə sirr deyil.  
 
Rusiyada Təhsil və Sənaye Nazirlikləri də Vikipediyadan istifadə edirlər. Almaniyanın Yeyinti Sənayesi, Kənd 
Təsərrüfatı Nazirliyi və bir çox nazirliklər Vikipediyanın Alman bölməsində informasiyanın keyfiyyətinin 
yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihəni maliyyələşdirməyə hazırlaşırlar. Vəsait müəyyən sahədə 
məqalələrin təkmilləşdirilməsində və yeni məqalələrin yaradılmasında iştirak edən mütəxəssislərin axtarışına və 
onların maaşlarının ödənilməsinə sərf ediləcəkdir. Layihənin rəhbəri olan Florian Qerlax bildirmişdir ki, 
Vikipediyanın populyarlığının artması məqalələrin yaradılmasında və dəyişdirilməsində iştirak edən 
müəlliflərinin sayının artırılmasını tələb edir.  
 
―Wikipedia Scanner‖ proqramının köməyi ilə təyin edilmişdir ki, ABŞ-nın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 
kompüterlərindən Vikipediyada bir çox məqalələrə düzəlişlər aparılmışdır. Buna misal olaraq, İranın prezidenti 
Mahmud Əhmədinicat haqqındakı məqaləni göstərmək olar. Vikipediyanın fəaliyyətinə nəzarət edən 
―Wikipedia Scanner‖ proqramı Vatikan kompüter istifadəçisi tərəfindən İrlandiya respublika ordusunun siyasi 
qanadı Şinn Feyn partiyasının lideri Jerri Adams haqqında məqalədən bir çox faktların silinməsi faktını da üzə 
çıxartdı. Düzəlişlər MKİ-nin eks başçısı Porter Qoss və bir çox tanınmış şəxslər haqqında məqalələrdə də 
edilmişdir. Vikipediya mütəxəssislərə məqalədəki dəyişikliklərin hansı serverdən edildiyini müəyyən etməyə 
kömək edir.  
 
Microsoft korporasiyası da şirkət və onun məhsulları haqqında məqalələrdə düzəlişlər aparmaq üçün xüsusi bu 
işə cəlb edilmiş mütəxəssislərə küllü miqdarda pul ödədiyini etiraf etmişdir. Hətta ABŞ konqresinin 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə