Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə53/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   49   50   51   52   53   54   55   56   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
156 
 
VikiLüğət (http://www.wikiionary.org/wiki/) – izahedici məqalələr, tezaurus və tərcümələrin saxlandığı 
müxtəlif dillərdə hazırlanan qrammatik lüğətdir. Layihə çavan olduğundan məqalələrin ümumi sayı hələlik 
azdır: 11 min. Hal-hazırda VikiLüğətin Azərbaycan bölməsində 678 məqalə vardır.  
 
VikiKitab (http://www.wikibooks.org/wiki/) – elektron kitabların birgə hazırlanması layihəsidir. İdeyaya görə 
azad tərtib edilən kitabların xüsusi yeri olmalıdır. Hal-hazırda bunlar çox da böyük olmayan məqalələrin 
yığımıdırlar, lakin gələcəkdə informasiya çoxaldıqca onların bir yerə yığılaraq kitab halında təqdim olunması 
gözlənilir. Hal-hazırda VikiKitabın Azərbaycan bölməsində 36 məqalə vardır.  
 
VikiVersitet (http://en.wikiversity.org/wiki/Wikiversity:Main_Page) – Viki universitetdir. Vikilayihələrdən ən 
cavanıdır. Pulsuz dərs vəsaitləri və kursları təqdim edən on-layn cəmiyyətdir. Layihə aktiv inkişaf edir və yaxın 
zamanda onun populyarlığının artması gözlənilir. Layihənin koordinatorlarının dediyinə görə, hal-hazırda 
VikiVersitet layihəsinin təklif etdiyi xidmətlərdən ən çox müraciət olunanı kinofilmlərin istehsalı üzrə kursdur. 
VikiVersitetin əsəs məqsədi sadəcə olaraq informasiya təqdim etmək deyil, eyni zamanda təhsilin müxtəlif 
nəzəriyyələrini yoxlamaqdır. Layihənin Azərbaycan bölməsi hələ ki, mövcud deyildir.  
 
VikiXəbər (http://www.wikinews.org/wiki/) – ensiklopediya kontekstində cari hadisələr daxil edilir. VikiXəbər 
layihəsinin Azərbaycan bölməsi hələ ki, mövcud deyildir.  
 
VikiNövlər (http://www.wikispecies.wikimedia.org/wiki/) – bioloqlara aiddir. Hər bir canlı təbii ki, öz 
səhifəsinə malik olmalıdır. VikiNövlər layihəsinin Azərbaycan bölməsi hələ ki, mövcud deyildir. Bu layihədə 
saxlanılan məqalələrin ümumi sayı 140 mindir.  
 
VikiAnbar (http://commons.wikimedia.org/wiki/) – şəkillərin, səslərin, videonun və s. bu kimi informasiyaların 
saxlandığı qlobal xəzinədir. Xəzinə qlobal olduğundan onun dil prinsipinə əsasən bölünməsi vacib deyildir. 
VikiAnbar azad istifadə üçün media-filmlər anbarı kimi tanınır. Burada saxlanılan faylların ümumi sayı təqribən 
3 mln.-dur.  
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
157 
 
VikiSitat (http://www.wikiquote.org/wiki/) – aforizmlər, qanadlı ifadələr, məşhur adamların söylədikləri. 
Mənbəsi göstərilmiş sitatları müəllifin icazəsi olmadan istifadə etmək mümkündür. Azərbaycan bölməsində 
cəmi 32 məqalə vardır.  
 
VikiMənbə (http://wikisource.org/wiki/) – müəllif hüquqlarının qorunması haqqında qanunların aid edilmədiyi 
mətnlərin şəbəkə kitabxanasıdır. Bir çox məqalələrin dəyişdirilməsinə ehtiyac yoxdur. Məsələn, tarixi məqalələr 
analizə məruz qala bilərlər, lakin, onların dəyişdirilməsi vacib deyildirsə, həmin məqalələr VikiMənbədə 
saxlanılır. Azərbaycan bölməsində 368 məqalə vardır. 
 
Meta-Wiki (http://meta.wikimedia.org) – viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Səhifələrin ümumi 
sayı 12347-dir.  
 
27.07.2007 tarixində Cimmi Uels bəyan etdi ki, ―Wikia LookSmart‖ kompaniyasından ―Grub‖ axtarış sistemi 
əldə etmişdir. ―Reuters‖-in xəbər verdiyinə görə yeni axtarış servisi olan ―Wikia‖ rəsmi olaraq 2007-ci ilin 
sonlarında ümumi istifadəyə veriləcəkdir. Razılaşmanın məbləği açıqlanmır. Cimmi Uels bildirir: ‖Əgər biz 
axtarış sorğularında keyfiyyətli nəticələr əldə edə bilsək, mən fikirləşirəm ki, bu axtarış servisləri bazarında 
güclərin yerləşdirilməsini əhəmiyyətli dərəcədə dəyişəcəkdir. Açıq axtarış platformasının köməyi ilə biz bu 
bazarın liderləri olan Google, Yahoo və Microsoft-a qarşı dura bilərik‖.  
 
Virtual vandalizm 
 
Vikipediyada məqalələr könüllülər tərəfindən yazılır və o, azad ensiklopediya olduğundan istənilən məqaləni (o 
məqaləyə qadağa qoyulmayıbsa) hər kəs dəyişdirə bilər. Məsələn, dolğun olmayam məqalələrə əlavələr edə, 
səhvləri düzəldə bilər və s. Lakin, digər tərəfdən hər kəs istənilən məqaləyə bilərəkdən və ya bilmədən səhv 
informasiya da əlavə edə bilər. Məqalələr istifadəçilərin özləri tərəfindən nəzarətdə saxlandıqlarına 
baxmayaraq, bir çox hallarda Vikipediyada düzgün olmayan informasiyaya rast gəlmək təəssüf ki, mümkündür. 
Vikipediyada məqalə əsasən iki hissədən ibarət olur: məqalə özü və onun məzmunu haqqında müzakirə. 
Müzakirə səhifəsində istifadəçi mövzu ilə bağlı öz fikrini bildirir, lazım gəldikdə hətta məqaləni tənqid edir


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
158 
 
əgər məqalədə düzəliş aparmaq istəmirsə iradlarını bildirir. Müzakirələr əsasında mübahisəli məqalələrdə çox 
zaman düzgün qərar əldə edilir.  
 
İnternet istifadəçilərinin fikrinə görə Vikipoediyanın ən böyük problemi şəbəkə vandallarıdırlar. 
Ensiklopediyanın üzərində düzəlişə icazə verilirsə, kimlərinsə başqalarının əməyini korlamaq istəyində olması 
qaçılmazdır. Bu cür informasiya anarxiyası informasiyaların doğruluq dərəcələrinin aşağı düşməsinə səbəb olur. 
Skeptiklər Vikipoediyada təqdim olunan informasiyaların qeyri-düzgün olmalarını sübut etməyə çalışarkən, 
məhs bu arqumentləri göstərirlər.  
 
Britaniyanın ―Nature‖ elmi jurnalının əməkdaşları Vikipediyada və ―Britannika‖ məşhur ensiklopediyasında 
yerləşdirilmiş elmi məqalələrin düzgünlüyünü qiymətləndirmək üçün ekspertlər dəvət etmək qərarına gəldilər. 
Alimlər hər iki ensiklopediyadakı məqalələri, bu və ya digər məqalənin hansı ensiklopediyadan götürüldüyünü 
bilmədən təhlil edərək, onlar haqqında resenziya yazdılar. Nəticədə, hər iki ensiklopediyada hərəsində ümumi 
xarakterli dörd ciddi səhv olduğu müəyyən edilmişdir. Beləliklə, Vikipoediya dəqiqlik və doğruluq üzrə 
kompetent yoxlamaya davam gətirdi.  
 
Ensiklopedik məqalələrin məzmunları minlərlə könüllülər tərəfindən diqqətlə yoxlanılır ki, lazım gəldikdə onlar 
o andaca və səliqə ilə daxil edilmiş məqalələrdəki kobud səhvləri aradan qaldırırlar. Vikipoediyada 
yerləşdirilmiş məqalələrin bir-neçəsi "New York Times‖ əməkdaşları tərəfindən qəsdən dəyişdirilmiş, bəziləri 
tamamilə silinmiş, bəziləri isə hiss olunmayacan dəyişikliklərə məruz qalmışlar. Çox qısa zamanda məqalələrin 
ilkin vəziyyəti bərpa olunmuşdur.  
 
Vikipediyada periodik olaraq bu və ya digər məqalənin götürülməsi haqqında tələblər təqdim olunurlar. 
Vikipediyanın redaktorları dərc olunan informasiyaları izləyirlər və bəzi hallarda mübahisəyə səbəb olan 
məqalələrdə müvəqqəti olaraq azad redaktəyə qadağa qoyur, bəzən isə məqaləni tamamilə bağlayırlar. Məsələr, 
Vikipediyanın rus bölməsində ―Нагорный Карабах‖ məqaləsində olduğu kimi. Baş adminstrator (stüard) 
Maksim Semyonnikin dediyi kimi, istifadəçilərin uzun müddətli müzakirələrdə ortaq məxrəcə gələ 
bilmədiklərini nəzərə alaraq məqalənin dəyişdirilməsinə qadağa qoyulmuşdur. ―Нагорный Карабах‖, 
―Азербайджанцы‖ və bir çox məqalələri nəzərdən keçirdikdə, məlum olur ki, təsdiq olunmamış 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə