Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə54/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   50   51   52   53   54   55   56   57   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
159 
 
informasiyalara Vikipediyada rast gəlinməsi təəssüf ki, mümkündür, belə ki, məqalə yaratmağa və özgələrin 
məqalələrini redaktə etməyə kütləvi on-line ensiklopediyasında hər kəsə icazə verilir.  
 
Citizendium 
 
Sitizendium (Citizendium – citizens compendium of everything) – universal vətəndaş xəzinəsi.  
 
Vikipediyanın yaradıcılarından biri olan Larri Sanqer 2007-ci il martın 26-da virtual ensiklopediyaya alternativ 
olan Sitizendium on-line ensiklopediyasını yaratdığı barədə xəbər verdi. Senqer təkcə ingilis dilində 2,4 mln. 
məqaləyə malik olan Vikipediyanın müvəffəqiyyətini etiraf edir. Vikipediyada olduğu kimi Sitizendium da 
pulsuzdur və istifadəçilər tərəfindən doldurulur. Lakin burada müəllifin göstərilməsi vacibdir, məqalələr isə 
ekspertlər tərəfindən təsdiq olunmalıdırlar. Məqsəd isə Vikipediya olan problemin Sitizendiumda qarşısını 
almaqdır – çoxsaylı səhvlərdən və ziyankarlıqlardan ensiklopediyanın qorunması.  
 
Hal-hazırda mətnlərin düzəlişində iştirak üçün təqribən 900 müəllif və 200 redaktor cəlb edilmişdir. Saytda 
artıq 7000-dən çox məqalə yerləşdirilmişdir ki, onlardan çoxu ekspertlər tərəfindən təsdiqlənmış, diğərlərinin 
dəqiqlik dərəcələri yaşıl işarə ilə bildirilmişdir.  
 
Sitizendium layihəsi birinci növbədə Vikipediyada olan nöqsanların aradan qaldırılmasına istiqamətlənmişdir. 
Vikipediyanın bütün müsbət keyfiyyətlərini saxlamaqla əsas problem sayılan anonim istifadəçilərin səhv və 
ziyankarlıqlarından xilas olmaq Sitizendiumda öz həllini tapmışdır.  
 
―Əgər yeni pulsuz ensiklopediya buraxılırsa, o zaman o, hiss olunacaq qədər daha yaxşı olmalıdır. 
İstifadəçilərin bütün səlahiyyətlərə malik olduqları halda Vikiyə ziyan vurmaqları məni məyus etdi. Odur ki, 
mən onun inkişaf etdirilməsində bir növ mümkünlük görmürəm‖ – Senqer bildirmişdir.  
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
160 
 
Avtorizasiyanın mütləq olması Sitizendium ensiklopediyada qalmaqalların qarşısını alacaqdır. Necə ki, bu 
yaxınlarda Vikipediyada anonim ―ekspertlərin‖ yaratdıqları bəzi məqalələr üzündən məhkəmələrə müraciətlər 
olunmuşdur. Senqer hesab edir ki, Vikipediyanın ―normal‖ istifadəçiləri Sitizendiuma relevant kontentlər daxil 
etməklə, onu zənginləşdirilməsini təmin edəcəklər. Burada da hər kəs məqalədə düzəliş və əlavələr edə bilər ki, 
bu düzəlişlər sonradan redaktorlar tərəfindən nəzərdən keçiriləcəklər. Senqer əmindir ki, Sitizendiumun 
professional və əlyetərli olması Vikipediyadan fərqli olaraq daha çox auditoriya cəlb edəcəkdir.  
 
Vikipediya Azərbaycanda 
 
İngilis, rus, fransız və alman dilli ölkələrlə müqayisədə Azərbaycanda Vikipediya çox tanınmır. Buna da səbəb
İnternet istifadəçilərinin maraqlarının müxtəlif olmasıdır. Yəni, İnternet istifadəçilərinin əsas hissəsini gənclər 
təşkil etdiklərindən, onlar İnternetdən ən çox əyləncə, çatda söhbətləşmə və dərs hazırlamaq məqsədi ilə lazımı 
informasiyanın tapılmasında istifadə edirlər. İkinci, Azərbaycanın yeni informasiya texnologiyaları sahəsində 
dünyanın qabaqcıl ölkələrindən hələ də geri qalmasıdır, baxmayaraq ki, son zamanlar bu sahədə böyük 
irəliləyişlər vardır. Üçüncü, əhalidə Vikipediya haqqında məlumatın az olmasıdır.  
 
Azərbaycan dilində yaranan Vikipediya 2004-cü ildə www.az.wikipedia.org ünvanı altında fəaliyyətə 
başlamışdır. Vikipediyanın 2008-ci ilin iyul ayına olan məlumatına görə www.az.wikipedia.org saytı 18700-ə 
yaxın məqaləyə malikdir. Müqayisə üçün deyək ki, Vikipediyanın ingilis bölməsində 2438000 məqalə, rus 
bölməsində 295874 məqalə, türk bölməsində isə 110642 məqalə mövcuddur. Vikipediyanın statistik 
məlumatları ayda bir neçə dəfə təzələnir. Artıq Vikipediyanın Azərbaycan bölməsində dolğun məqalələrin 
çoxalması sevindirici haldır. Məqalələrin sayına görə Vikipediyanın Azərbaycan bölməsi təqribən 18 min 
məqalə ilə 253 yer içində 57-cü yerdədir və irəliləməkdə davam edirMilli Vikipediyanın inkişaf etdirilməsi
genişləndirilməsi, dolğun informasiya ilə təmin edilməsi hər bir Azəbaycan vətəndaşının vicdan borcudur. 
Nəzərə alsaq ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir və ermənilərin milli Vikipediyanın 
səhifələrində yalan informasiya daxil etmələri faktlarına rast gəlinir, o halda erməni vandalizminin qarşısının 
alınması və virtual ensiklopediyanın nəzarətinin güclənməsi görüləcək əsas işlərdən biridir. Azərbaycan və 
Azərbaycanın milli dəyərlərinin Vikipediyada müxtəlif dillərdə necə işıqlandırılması hər bir Azərbaycan 
vətəndaşının probleminə çevrilməlidir.  
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
161 
 
Yaddan çıxartmayaq ki, Azərbaycan tarixini saxtalaşdıran, tarixi abidələrini özünküləşdirən ermənilərə qarşı 
virtual şəkildə mübarizə aparmaq üçün Vikipediyada Azərbaycan haqqında informasiyanı biz xarici dillərdə də 
dərc etməliyik. Azərbaycan dilindəki Vikipediyanı zənginləşdirməklə yanaşı rus, ingilis, fransız, alman və s. 
dillərdə fəaliyyət göstərən Vikipediyalara nəzarət etmək, ermənilərin və ermənipərəst qüvvələrin virtual 
ensiklopediyaya daxil etdiyi dezinformasiyaların qarşısını alaraq oraya düzgün və obyektiv məqalələr əlavə 
etmək vacib məsələlərdəndir. Vikipediyanın rus bölməsində (www.ru.wikipedia.org) yerləşdirilmiş 
«Азербайджан», «Азербаджанцы», «Ходжалы», «Нагорный Карабах», «Шуша», «Нахчиван», «История 
Азербайджана», «Битва karabax» və onlarla hər bir azərbaycanlının qürur hissinə toxunan bu cür məqalələr 
vətənini sevən azərbaycanlını sakit buraxa bilməz.  
 
İnternetə dövlət dəstəyi 
 
Ölkəmizdə İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı və geniş tətbiqi, rəqəmsal 
bərabərsizliyin aradan qaldırılması, potensial investorların ölkənin İKT bazarına cəlb olunması nəticəsində 
Azərbaycan regionda aparıcı ölkə kimi İKT mərkəzinə çevrilməkdədir.  
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş 
―Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaların inkişafı üzrə 2005-2008-ci illər üçun 
Dövlət Proqramı‖ (―Elektron Azərbaycan‖) bir daha göstərir ki, ölkəmizdə İKT-nin inkişafı və informasiya 
cəmiyyətinin (İC) qurulması üzrə dövlət siyasəti həm iqtisadi, həm də siyasi sahələrin inkişafına, şəffaf dövlət 
və yerli özünüidarəetmənin formalaşmasına, rəqəmsal bərabərsizliyin ləğvinə, güclü iqtisadiyyatın 
yaradılmasına, cəmiyyətin demokratik inkişafına, insanların yaşayış səviyyələrinin yüksəlməsinə yönəlmişdir. 
Bu proqramda bir çox tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. İlk növbədə informasiya məhsullarının 
və texnologiyalarının istehsalı, yayılması və effektiv istifadəsi sahələrində Azərbaycanla digər inkişaf etmiş 
dövlətlər arasındakı fərqin azaldılmasına yönəlmiş məsələlərin həll edilməsinin vacibliyi göstərilmişdir. Bütün 
bunları nəzərə alsaq, əminliklə deyə bilərik ki, Vikipediya layihəsində də Azərbaycan öz sözünü qətiyyətlə 
deməkdədir.  
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə