Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə41/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   37   38   39   40   41   42   43   44   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
119 
 
1992-1999-cu illərdə ―Dalğa‖, ―Günay‖, ―Yeni Azərbaycan‖ qəzetlərində müxbir, Prezident Aparatı üzrə xüsusi 
müxbir, baş redaktorun müavini vəzifələrində çalışıb.  
1996-cı ildən pedaqoji, 2002-ci ildən elmi faəliyyətlə məşguldur. ABŞ-ın İndiana Universitetində üzünmüddətli 
elmi məzuniyyətdə (2002, 2005) olub, media-siyasət əlaqələrini araşdırıb. 
―Prezident. Xronika. 1993-97‖kitabının tərtibçisi, ―Azad mətbuatın çərçivəsində. Nyu York Tayms 
Azərbaycandan. Nə? Nə zaman? Necə?‖ monoqrafiyasının, ―Xəbərçilik. Xəbərin toplanması və yazılması‖ 
dərsliyinin, ―Qızıl kitab‖dan etüdlər‖ kitabının müəllifidir.  
Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi (1995), Qadın Jurnalistlər Assosiasiyasının Media Ulduzu 
(2009) mükafatlarına layiq görülüb. 
2009-cü ildən AŞ-nin BSU-da həyata keçirdiyi ―Azərbaycanda jurnalistika tədrisinin inkifaşına dəstək‖ 
layihəsinin meneceridir. 
Bu yazı bir aydır ki, beynimdə dolansa da, hər dəfə onu qələmə almaq məqamı gələndə bir qədər gözləməyə 
qərar vermişəm. Fikirləşmişəm ki, bəlkə, layihənin bəzi vacib işlərini də başa vurandan sonra Milli Mətbuat 
günü üçün yazsam, daha çox yerinə düşər. Amma bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidenti 
yanında Təhsil üzrə Komissiyanın müşavirəsindən ―AzərTAc‖ın verdiyi xəbəri oxuyanda düşüncələrimi 
bölüşmək üçün vaxtın yetişdiyini duydum. Komissiyanın sədri, Azərbaycan Respublikası Prezident 
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin fikir və iradlarının bir qismi ali məktəblərdəki 
nöqsanlarla bağlı idi – Bolonya prosesinin işdə yox, sözdə həyata keçməsi, qocalmaqda olan kadr korpusu, 
Avropa standartlarını bərqərar edə biləcək gənc kadrların qıtlığı, köhnə proqramlar, ingilis dilində və 
informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verə bilməyən məzunlar, ictimai elmlərin 
tədrisində dönüşün olmaması...  
Bu yazı sadalan problemlərə, onların mümkün həlli yollarına Avropa Şurasının BBC Dünya Xidməti Trustla 
(İnam) birlikdə Bakı Slavyan Universitetində həyata keçirdiyi ―Azərbaycanda Jurnalistika Tədrisinin İnkişafına 
Dəstək‖ layihəsinin prizmasından baxmaq cəhdidir.  
Nədən başlamalı? 
Bu sualı ötən ilin yazında layihəyə başlayacağımız ərəfədə biz özümüzə tez-tez verirdik. Biz, yəni tərəfdaşlar – 
BBC Dünya Xidməti Trust (BBC DXT) və Bakı Slavyan Universiteti (BSU). Layihənin müəllifi, həm də 
icraçısı BBC DXT bənzər layihələri artıq Ukraynada və Bolqarıstanda gerçəkləşdirmişdi. MDB və Şərqi 
Avropa təcrübəsi BBC DXT-yə bu məkanda işə başlamazdan əvvəl tərəfdaş axtarışında bir qədər ehtiyatlı 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
120 
 
olmağı öyrətdiyindən təşkilat layihənin benefisiarını özü seçməyə qərar vermişdi. O zaman – 2008-ci ildə BSU 
jurnalistika ixtisası üzrə ilk məzunlarını buraxmağa hazırlaşırdı, hələ müstəqil jurnalistika kafedrası belə yox 
idi. Amma BBC DXT seçim edərkən başqa amillərə üstünlük vermişdi: universitetin yeniliklərə açıqlığı, təhsil 
siyasətində çevikliyi və layihə iştirakçılarının təkmilləşmək, öyrənmək və öyrətmək istəyi. BBC DXT-nin 
istəkləri öz yerində. BSU-nun rektoru professor Kamal Abdullayevin layihədən öz gözləntiləri vardı: ―Biz BSU-
da model jurnalistika məktəbi qurmaq istəyirik. Təkcə ölkə üçün deyil, həm də region üçün model olası bir 
məktəb. Bizim siyasi-intellektual hədəfimiz budur‖.  
Layihə bu arzuya cavab olaraq onun gerçəkləşməsi üçün ən vacib komponentləri, başqa sözlə desək, istənilən 
məktəbin təməli ola biləcək, onu ayaqda saxlayacaq dörd elementi irəli sürürdü: kurikulumu (tədris planını) 
təkmilləşdirmək; yeni modullar (tədris proqramları) yazmaq, müəllimlərin peşə vərdişlərini yüksəltmək və 
xəbər otağı qurmaq.  
BSU-da layihənin rəsmi icrasına 2009-cu ilin sentyabrında başlanıldı – BBC DXT-nin baş direktoru Keralayn 
Nörsey ilə BSU-nun rektoru Kamal Abdullayev arasında anlaşma memorandumu imzalandıqdan sonra. 
Memorandumun ilkin mətnindən fərqli olaraq, son variantda BSU-nun təklifləri də əks olunurdu.  
Layihə çərçivəsində müəllim və tələbələr arasında keçirilən sorğunun nəticələrinə əsasən, ilk növbədə, 
təkmilləşməyə ehtiyac duyulan beş sahə müəyyənləşdi – TV jurnalistika, radio jurnalistika, jurnalistikada etika 
və standartlar, fotojurnalistika və yeni media. Hər bir istiqamət üzrə üç nəfərlik komandalar yaradıldı. Hər bir 
komanda ilə işləyəcək bir ya iki beynəlxalq məsləhətçi seçildi. Beləcə 25 nəfərlik bir heyət yığıldı... 
Bu yerdə vurğulamaq istədiyim mühüm bir məqam var – motivasiya. 25 nəfərlik heyətdə yalnız beynəlxalq 
mütəxəssislər gördükləri iş üçün pul alırlar. Yerli müəllimlər layihənin benefisiarları olduqları üçün pulsuz 
işləyirlər. Onların bu işdə heç bir maddi motivasiyası yoxdur. BSU-nun layihənin sifarişçisi – Avropa Şurası ilə 
apardığı danışıqlar AŞ-nin qaydalarına dirəndi – benefisiara pul vermək qadağandır, biz donorlara – Norveç və 
Türkiyə hökumətlərinə bunu izah edə bilmərik. Belədə layihəni elə həyata keçirmək tələb olunurdu ki, onun 
mənəvi marağı maddi maraqları üstələsin. Bu isə o demək idi ki, hər bir addım, hər seminar öz-özlüyündə 
balaca bir yenilik, başqa sözlə, təzə xəbər olmalı idi. Jurnalist üçün bundan maraqlı nə ola bilər? Bunu jurnalist 
kimi öz təcrübəmdən bilirəm.  
... Bir neçə il əvvəl Bolonya prosesinə həsr olunmuş iclaslardan birində yeni qaydalar, onlara keçid müzakirə 
olunurdu. İclas iştirakçılarının özüm qarışıq, demək olar ki, hamısının yeni terminlərdən, dəyişikliklərin 
mahiyyətindən baş çıxara bilmədiyini görəndə təklif etdim ki, Bolonya prosesini anlamaq üçün bu işi bilən 
mütəxəssislər bizə seminar keçsinlər. Bu yerdə professorlardan biri təklifə münasibətini bildirdi: ―Seminara nə 
ehtiyac. Bizə nə Bolonya? Qərb Qərbdir, Şərq də Şərq. Onsuz da biz öz yolumuzla gedəcəyik‖...  


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə