Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə38/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   34   35   36   37   38   39   40   41   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
109 
 
qeyri-ciddiliyini göstərir. Yəni bu vətənpərvər oğlanın şəklinə baxıban girdiyin bloqun şou-biznesə aid olmasını 
görəndə hər şey üzə çıxır. 
Ziyarətçilərinin sayı 72593 ölçülən - islam.azeriblog.com bloqa daxil olanları bu cür salamlayır: Burada Allahın 
izni ilə Allah xatirinə yazdığım islama aid məqalələrlə tanış olacaqsınız. Həmçinin inşallah bundan sonra 
çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər 
faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, siz də bu xeyir işdə mənə dəstək olasınız". 
Informasiya baxımından o qədər də kasad olmayan bloq yuxarıdakı prinspləri ilə fəaliyyətini davam etdirir. 
http:// ferhad.azeriblog.com bloqu şəxsi bloq olsa da proqramlar, ―bilirsinizmi‖ tipli yazılar və dizaynın 
bərbadlığı ilə ziyarətçilərini salamlayır. 62291 ziyarətçisi var. 
http:// deniz.azeriblog.com ilk onluqda duran yeganə bloqdur ki, bir prinsiplə işləyir. Bəzi bloq sahibləri dostlar 
bölməsində bunu xeyirxah bloq da adlandırırlar. Bloqun əsas məqsədi nəinki bloqların, həm də saytlara dizaynla 
bağlı kömək edir... Xeyirxah bloq həm də öz dizaynı ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, çox sadə üsulla 
qurulan bloqda ziyarətçilərin sayı 36983-dür. 
http:// islam.azeriblog.com-un bloqçusu http:// qubadli.azeriblog.com-un da rəhbəridir. Ziyarətçilərinin sayı 
32416 nəfərdir. Adından göründüyü kimi Qarabağ bölgəsinə aid informasiyalar yerləşdirilir. Dizaynı 
qənaətbəxş saymaq olar. 
http://menimblog.azeriblog.com bloqunda proqramlara, oyunlara, şou-biznes xəbərlərinə rast gəlmək olar. Bu 
günə kimi 27924 ziyarətçisi olub. 
 
Təxminən 65000-dən bir qədər çox ziyarətçisi olan http://xariciedebiyyat.azeriblog.com dizayn bərbaddır. Bloq 
dünya ədəbiyyatı kimi yaradılsa da, burada çox yersiz yazılara rast gəlmək olur. Məsələn bloqda Azərbaycan 
ədəbiyyatının nümayəndələrinə yer vermək xarici ədəbiyyat sayılmır (o başqa söhbətin mövzusudur ki, 
Azərbaycan yazıçıları dünya ədəbiyyatçıları ilə üzə gələ bilər, ya yox). 
Ana səhifədə yazıların çox olması ziyarətçiləri yorur. Lüğət, dünya klassiklərinin hekayələrinin elektron variantı 
və bu kimi digər maraqlı informasiyalar sadələşdirilmiş axtırış bloqunun müsbət keyfiyyətidir. 
 
Erotik bloqların ziyarətçiləri çoxluq təşkil edir 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
110 
 
Azeribloqda bloqların mövzu dairəsi aşağıdakı kimidir: Kompyüter və Internet (91), Cəmiyyət (82), Sevgi (62), 
Din (55), Foto bloq (55), Musiqi (47), Siyasət (46), Biznes və Iqtisadiyyat (44), Idman (42), Mədəniyyət və 
Incəsənət (29), Elm və Maarif (28), KIV və Xəbərlər (23), Gülməli (17), Oyun (14), Səhiyyə və Sağlamlıq (9), 
Kino-TV (8), Qadın (4). 
Göründüyü kimi gənclər (bloqçuların əksəriyyəti gənclərdir) əsasən kompyüter, şou tipli bloqlar yaradırlar. 
Düzdür informasiyalı, maarifləndirici bloqlar olsa da, bunlar azlıq təşkil edir. Elə cəmiyyət, elm və maarif kimi 
bloqlarda erotika, ulduzların şəkilləri, proqramlar, oyunlar mövcuddur. Bu, bir daha göstərir ki, Azərbaycan 
gənci intellektuala deyil, pornoqrafiyaya qaçır. Apardığımız araşdırmamızda bir daha bunun şahidi olduq. 
Məsələn on ən çox oxunan sayta nəzər salaq. Orada deniz.azeriblog.com, xariciedebiyyat.azeriblog.com, 
islam.azeriblog.com, qubadli.azeriblog.com-u çıxmaq şərti ilə demək olar ki, hamısı ziyarətçilərinin sayını 
erotik şəkillərlə, proqramlarla artırırlar. 
Olmazmı ki, ziyarətçilərinin sayı 60000 və 100000 arasında olan bloqçular öz bloqlarında intellektual, 
informasiyalı yazılar dərc etsinlər. Bu sualla onların e-maillərinə müraciət etsək də yazı çapa gedənə kimi cavab 
gəlmədi. Amma bu e-maillərə başqa bir qız niki ilə müraciət etdik. O dəqiqə cavab verdilər: ―sizlə tanış olmaq 
olar?‖ Harada və necə görüşək? Digər http:// chat1.azeriblog.com çatında ―salam, necəsiniz, tanış olmaq olar?‖ 
tipli mesajlar yer alır. Bax, budur Azərbaycan gəncliyinin günü-rüzgarı... 
 
Şərhlər bölümünə şərh yerinə 
 
Bildiyimiz kimi bloqlarda şərhlər bölməsi var. Amma ziyarətçilər demək olar ki, şərh bölməsinə heç nə 
yazmırlar. Yazılan ―şərh‖lərin əksəriyyəti də demək olar ki, öz bloquna dəvət mesajından, bəzən adi bir 
salamdan, bəzən onun bloquna öz bloqunda keçid vermək xahişindən, bəzən isə yazıya dəxli olmayan şərhdən 
ibarət olur. Elə bil bloqçular şərh verməyə ərinir və ya öz şərhlərinə inanmsızlıq sərgiləyirlər. Sanki hansısa 
utancaqlıq kompleksi bəri başdan bloqçuların əl-qolunu bağlayır. Nəticədə aktivlik bloqu ziyarət eləməkdən o 
yana keçmir. Erotik bloqlarda isə bir qayda olaraq fəallıq hiss olunur. Məsələn, Cenifer Lopezin şəklinin 
altındakı şərhlərin sayı nə az, nə çox - düz 103-dür! Intellektual bloqlarda isə bu rəqəm ən çoxu 10-15-dir. 
 
Intellektual saytlara maraq yoxdur 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
111 
 
Bütün bunlarla yanaşı intellektual, informasiyalı saytlar da var. Amma... amma ki, bu bloqların ziyarətçiləri çox 
azdır. Məsələn http://ichiche.azeriblog.com bloqu. Ziyarətçilərinin sayı 4386-dır. Dizaynı qənaətbəxş saymaq 
olar. Bloq gündəlik yenilənməsi, maraqlı yazıları ilə diqqəti çəkir.  http://artyazar.azeriblog.com, 
http://qeshemnecefzade.azeriblog.com,  http://eloglu.azeriblog.com  bu kimi digər bloqları misal göstərmək 
olar. 
 
Bir-birini təkzib edən bloqlar 
 
http://divane.azeriblog.com  bloqu dizayn baxmından korluq çəkir. Bloqun rəhbəri ―saytınızı dizayn edin‖ 
http://deniz.azeriblog.com-in bloqunun rəhbəridir. Saytları dizayn etmək üçün yaradılan bir bloq sahibinin 
özünün başqa bir bloqunda dizayn yox dərəcəsindədir. Ümumiyyətlə, bloqçunun bir neçə saytı varsa, onlar 
demək olar ki, eyni dizayndadır. Divanənin, yazıçı kulturoloq Aydın Xanın xariciedebiyyat, artyazar, islam və 
qubadlı saytları eyni dizayna mailkdir. 
 
Yazıya söz ardı 
 
Son söz olaraq onu demək olar ki, bloqların yaranması təqdirəlayiq olsa da, pornoqrafik, şou-biznes şəkillərdən 
ibarət bloqların həddən çox olması ürək bulandırıcıdır. Aydın Xan deyir ki, onun intellektual bloquna daxil olan 
ziyarətçilərinin cəmi 13 faizi Azərbaycandan, 87 faizi isə xaricdəndir. 
Məsələn, Ermənistanda google.com saytında yaradılan bloqların əksəriyyəti sosial mövzudadır. Intellektual, 
informasiyalı saytların bolluğu belə bloqlarda özünü biruzə verir. O, erməni gəncliyidir...  
 
E-mənbə: http://www.xariciedebiyyat.azeriblog.com/2008/01/13/ramin-deko-bizim-milli-bloqlarimiz 
 
 
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə