Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə43/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   39   40   41   42   43   44   45   46   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
124 
 
avropalı tərəfdaşımız Dublin Texnologiya İnstitutu isə fərqli yanaşma tətbiq edir. Professor Foley sabit bir 
düzümün tərəfdarıdır. Onun fikrincə, biz tələbəyə məqsədə çatmaq üçün optimal bir yol göstərməliyik. 
Professor fikrini əsaslandırmaq üçün təcrübəsindən maraqlı bir misal gətirdi. Onun tələbələrindən biri ilk ali 
təhsilini ABŞ-da öz vətənində alsa da, ikinci təhsilini Dublində almalı olmuşdu. Səbəb amerikalının vətənində 
öz istəyi ilə fənlər seçməsi idi. Belə bir seçimin sonunda cavan oğlan dünya görüşünü xeyli genişləndirsə də, 
son nəticədə heç bir peşəyə əməlli-başlı yiyələnə bilməmişdi. Onun anası oğlunun ixtisasının zarafatla ―məclis 
adamı‖ olduğunu deyirdi, yəni nədən istəyirsən danışır, məclisi ələ alır, vəssəlam... Sonralar bu oğlan DİT-ni 
bəlli bir kurikulum üzrə bitirərək ixtisas qazana bildi...  
Biz ikinci versiyaya üstünlük verdik. Tələbəyə bələdçilik edərək məqsədə doğru addım-addım irəliləməyə 
kömək edəcək kurrikulum düzümünə. Bu məqama qədər dövlət standartının çərçivəsi bizə istədiyimiz dizaynı 
seçməyə kifayət edirdi. Biz fənləri bloklar şəklində keçməyi təklif edirdik. Bu bloklarda bir fənn o birini 
tamamlayırdı. Məsələn, tələbə çap jurnalistikasını öyrənəndə eyni zamanda çap texnikasını, qəzet tərtibatı 
proqramlarını da paralel keçirdi. TV jurnalistika teletexnika və montaj, radio jurnalistika isə radio texnika və 
montaj proqramları ilə qoşa keçilirdi.  
Amma dövlət standartının çərçivəsi seçmə fənlərə çatanda daraldı. Məlum oldu ki, bizim böyük ümid və 
həvəslə tədris planına daxil etdiyimiz 6 seçmə fənnin heç də hamısı tədris oluna bilməz. Belədə maraqlı bir sual 
doğurdu: Seçmə, doğrudandamı, seçmədirmi?  
Seçmə seçmədirmi?  
Bəlkə, heç seçməyək... 
Biz seçmə fənlərin böyük bir qismini sonuncu ilə saxlamışdıq. Bu bloka 6 ixtisas fənni daxildir. Bu isə o 
deməkdir ki, tələbə 3 il ərzində qəzet, fotojurnalistika, radio və telejurnalistikaya yiyələndikdən sonra sahələr 
üzrə ixtisaslaşmaya başlayacaq. Ixtisaslaşma bitdikdən sonra o, diplom işinə buraxılır. Diplom işi eyni zamanda 
üç istiqaməti əks etdirməlidir – tələbənin seçdiyi ənənəvi media qolunu, ixtisaslaşdığı sahəni və yeni medianı. 
Bir misalla dediklərimizi incələyək. Tələbə TV jurnalist olmaq, idman sahəsində ixtisaslaşmaq istəyirsə, o 
diplom işi kimi televiziya üçün idman mövzusunda bir material hazırlayır, eyni zamanda bu materialı yeni 
media formatında təqdim edir. İlk baxışda sadə və ağlabatan. Çünki jurnalistlərin qeyri-peşəkarlığına 
ünvanlanan bütün iradlar adətən ixtisaslaşmanın olmaması ilə əlaqələndirilir. Biz BSU-da özlüyümüzdə ideal 
bir variant seçmişdik. 20 tələbəni (bu bir qrupdakı tələbələrin sayıdır) 6 ixtisas üzrə bölürdük. Hər qrupda orta 
hesabla 3-4 tələbə. Amma məlum oldu ki, sonuncu ildə eyni zamanda nəinki 6, heç iki ixtisas üzrə real seçmə 
aparmaq olmaz. Çünki seçmə fənlərin sayından asılı olmayaraq tələbələr yalnız onlardan birini seçə bilərlər. 
Nonsensdir. Amma reallıqdır. Səbəb büdcədir. Dövlət ancaq 12 nəfərlik qrup üçün müəllimə pul verir. BSU-da 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
125 
 
isə jurnalistika ixtisasında bir qrupda 20 tələbə var. Onu iki yerə böləndə 10 edir, 12 yox. Demək, 20 tələbədən 
çoxluq nəyi seçirsə, yerdə qalanlar da onlara qoşulmaq zorundadırlar. Seçim seçim deyil. Qısası, biz 6 secim 
təklif etsək də, onlardan yalnız biri keçiləcək. Belə olan halda real ixtisaslaşmadan söhbət gedə bilərmi? Biz 
özümüz-özümüzü aldatmırıqmı?  
Bəs məsələdən çıxış yolu varmı? Çıxış yolunu elə Bolonyanın özü təklif edir. Bolonya ali təhsil müəssisələri 
arasında tələbə mübadiləsinə əsaslanan bir sistemdir. Bu isə o deməkdir ki, tələbə bəzi kursları müxtəlif 
universitetlərdə keçə bilər. Əgər bu mümkündürsə, onda Azərbaycanın 10 universitetində jurnalistika ixtisasının 
tədris olunduğunu nəzərə alsaq, belədə ixtisasları universitetlər üzrə paylaşdırmaq olar. Məsələn, BSU elm və 
tibb jurnalistikasını, BDU biznes jurnalistikasını, Qərb Universiteti konflikt jurnalistikasını, Xəzər Universiteti 
incəsənət və əyləncə jurnalistikasını, İctimai Siyasi Universitet siyasi, Azərbaycan Universiteti isə idman 
jurnalistikasını seçmə fənn kimi təklif edir... 
Məsələdən ikinci çıxış yolu isə dövlət standartına bir daha nəzər salmaqdır. Mart ayında ATƏT-in Bakı ofisinin 
rəhbəri Bilge Cankorelin təhsil naziri Misir Mərdanovla görüşu zamanı məhz jurnalistika sahəsində dövlət 
standartının təkmilləşdirilməsi məsələsi müzakirə olunmuşdu. Nazir bu sahədə problemlərin olduğunu qeyd 
edərək ATƏT-in təşəbbüsünü alqışladığını, təşkilatın bu istiqamətdə həyata keçirəcəyi layihələrə dəstək 
verdiyini bildirmişdi. Misir müəllimin mövqeyi bizi sevindirməyə bilməz. Biz bunu da yaxşı bilirik ki, 
standartlar və seçmə fənlərlə bağlı mövqeyimizi müdafiə etmək üçün böyük bir iş görülməlidir – təklif olunan 
bütün yeni fənlərin proqramları və dərslikləri yazılmalıdır. Çünki nə qədər peşəkarcasına tərtib olunsa da
kurikulum modulsuz və dərsliksiz hələ heç nədir.  
Modul nədir? 
Modul kurikulumun kərpicidir. Kurikulum binadırsa, o, kərpiclərsiz – modulsuz tikilə bilərmi? Məsələn, biz 
fotojurnalistikanı keçmək istəyirik. Bunun üçün bizə fotojurnalistika modulu lazımdır. Bu, bizim başa 
düşdüyümüz tədris proqramına yaxın bir anlayışdır. Amma ondan bir qədər fərqlidir. Bir fənnin bir və ya bir 
neçə modulu ola bilər. Məsələn, TV jurnalistika bir fəndir. Amma o, bizim kurikulumda 4 modulda tədris 
olunur: TV xəbərçilik, TV xəbər proqramlarının hazırlanması, TV xəbərlərdə etika, TV texnika. Biz dövlət 
standartında təklif olunan KİV-in texnikası və texnologiyası fənnini də 4 modula bölürük. 
Modulun dəqiq strukturu var, o bəlli komponentlər üzərində qurulur və onların tələblərinə cavab verir. Modulun 
üstünlüyü nədir? Modul standartdır. O eyni fənnin fərqli standartlardan keçilməsinin qarşısını alır. Bu yerdə 
jurnalistlər arasında çox yayılmış bir deyimi xatırlamaq yerinə düşər: ―Azərbaycan jurnalistikasında neçə 
müəllim varsa, bir o qədər də jurnalistika standartı var‖. Jurnalistikada baş verən standartsızlıq elə buradan 
qaynaqlanmırmı? Modullu təhsil həm də modulları vaxtaşırı yenidən nəzərdən keçirməyə, onu yeniləməyə 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə