Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə42/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   38   39   40   41   42   43   44   45   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
121 
 
Həmin vaxtdan 3 il keçir, indinin özündə də Bolonya prosesi deyəndə bu, böyük bir müəllim ordusu üçün il 
boyu imtahanlarda koordinatorluq (yəni nəzarətçilik), mühazirələri diktə etmək, mühazirə dəftərlərinə qiymət 
vermək, bütün imtahanları yazılı götürmək (hətta xüsusi qabiliyyət tələb edən fənləri belə), son zamanlar isə 
gözlənilmədən sınaq üsulu ilə imtahanlara keçmək deməkdir... Belə Bolonyanı nə anlamaq olur, nə qəbul 
etmək, nə də sevmək... 
Slavyan Universitetində layihəyə start verməzdən əvvəl biz öncə Bolonya prosesini anlamağa, öyrənməyə 
obyektiv qərar verdik. Bu isə o demək idi ki, layihədə adı çəkilən, təklif olunan istənilən addım izahsız, layihə 
iştirakçılarının bu məsələ ilə bağlı ümumi, ortaq və bölüşmüş təsəvvürləri bərqərar olmadan həyata 
keçirilməyəcəkdi.  
Suallar çox idi. Bolonya nədir? Kurikulum nədir? Kurikulum dizaynı nə deməkdir? Modul nədir? Və bütün 
bunların Azərbaycan variantı, qarşılığı necə səslənir?  
Beləcə ―Nədən başlamalı?‖ sualına cavab tapıldı. Biz komanda kimi işləmək istəyiriksə, ilk növbədə, ortaq 
biliklərə və təsəvvürlərə sahib olmalıyıq, eyni dildə danışmalıyıq. Daha dəqiq desək, məsələnin fəlsəfəsinə 
varmalıyıq.  
Bizə hansı Bolonya 
lazımdır? 
Məhz hansı Bolonya? Bu sual layihə çərçivəsində Dublin Texnologiya İnstitutunun Jurnalistika fakültəsinin 
dekanı professor Maykl Foley ilə BBC-nin məsləhətçisi Marek Berekmanın apardığı seminarın sonunda təbii 
olaraq doğdu. Uzun müddət ABŞ-da bu ölkənin təhsil sistemini araşdırmış, daha sonra Dublində Bolonyaya 
keçidin müəlliflərindən biri olan professor Foley ilə Marekin Bolonya barədə fikirləri heç də eyni deyildi. 
Onlardan biri bu prosesi alqışlayır, o biri isə tənqid edirdi. Bu iki ekspert, əslində, Avropanın Bolonya prosesinə 
münasibətinin simvolları idilər. Demək, ali məqsədi Amerika təhsilinə rəqabətə duruş gətirə biləcək, hədəfi isə 
Avropa Vahid Təhsil Məkanı yaratmaq olan Bolonya prosesi heç də bütün Avropada eyni istiliklə qarşılanmır. 
Ali təhsil ocaqlarının böyük əksəriyyəti Bolonyanın qaydalarına texniki cəhətdən əvvəldən-axıra kimi əməl 
etmir. Hər bir universitetin öz prioriteti var. Amma prioritetlər nə qədər fərqli olsa da, məsələnin fəlsəfəsini 
hamı qəbul edir, hətta mühafizəkar ingilislər belə. Onun fəlsəfəsində isə tələbələrin mobilliyini təmin edən, 
onları əmək bazarında rəqabətə davamlı hazırlayan Avropa Vahid Təhsil Məkanını yaratmaq durur. ―Bizə hansı 
Bolonya lazımdır?‖ sualının cavabı da buradadır. Bizi bu məkana qovuşduracaq, onun bərabərhüquqlu üzvü 
edəcək Bolonya.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
122 
 
Bəs bu Bolonyaya yol haradan keçir? Təhsildən. Təhsil nəyin üzərində qurulmalıdır? Tədris planının. O tədris 
planı ki, ona Avropada ―kurikulum‖ deyirlər. Amma burada da dəqiqləşməyə ehtiyac duyulur. Niyə layihələrdə 
bu termin tədris planı kimi tərcümə olunmur, məhz ingilis versiyasındakı kimi ―kurikulum dizayn‖ olaraq 
saxlanılır? Bunun məsələnin mahiyyətinə dəxli varmı?  
Kurikulum dizaynı –  
təhsilin arxitekturası 
Bizim keçirdiyimiz seminarlardan gəldiyimiz qənaət belədir: kurikulum elə tədris planıdır. Sadəcə, bizim ona 
verdiyimiz tələblər, ən azından bu planı qurarkən tətbiq etdiyimiz yanaşma fərqli olduğundan son nəticə də 
fərqlidir. Son nəticə, yəni məzmun.  
Tədris planı bizim ölkəmizdə Təhsil Nazirliyinin qəbul etdiyi dövlət standartı əsasında qurulur. Bu standart 
bütün jurnalistika fakültələri üçün eyni çərçivələr müəyyənləşdirsə də, eyni zamanda müəyyən sərbəstliklər də 
verir. Bax belədə ―dizayn‖ sözü yerinə düşür. Yəni sən məqsədinə uyğun olaraq bu çərçivəyə istənilən dizaynı 
verə bilərsən. Onu rəngi, ölçüsü, hücrələri sənin əlindədir. Təhsil Nazirliyinin bizə verdiyi yalnız tikinti 
materialıdır. Amma onun əsasında tikiləcək binanın memarı hər bir məktəb özü olmalıdır. Biz tikinti 
materialının – dövlət standartının keyfiyyətinə irad tuta bilərik. Amma layihənin kurikulum komponentinə 
başlayanda dövlət sənədini incələməməyə üstünlük verdik. İlk hədəfimiz mövcud gerçəkliklər çərçivəsində nəyi 
necə dəyişə bilməyin, bu kərpiclərdən daha funksional bina tikməyin reallığını araşdırmaq oldu.  
Bu sualı cavablandırmaq üçün daha vacib bir məsələyə aydınlıq gətirmək, onun mahiyyətinə varmaq lazım idi. 
Bizim bakalavr pilləsinə verdiyimiz tələblər hansılardır? Bizim bakalavr universiteti bitirərkən hansı biliklərə 
sahib olmalıdır? Nə bacarmalıdır? Bir sözlə, yalnız bakalavr pilləsinin məzmununu aydınlaşdırdıqdan sonra 
kurikulumun məzmunundan danışmaq olardı.  
Jurnalistikada bakalavr 
pilləsi. Kimi hazırlayırıq? 
Jurnalistikada bakalavr pilləsini bitirən tələbə hansı vərdişlərə sahib olmalıdır? Bu pillədə nəzəriyyə və 
praktikanın nisbəti necə olmalıdır? Tələbəni hara üçün hazırlayırıq? Magistratura pilləsini bakalavriatdan 
fərqləndirməlidir? Onların hazırda bir sıra universitetdə olduğu kimi bir-birini dublikasiya etməyi nə dərəcədə 
düzdür? 
Bu sualları London Kommunikasiya Kollecinin (LKK) kurikulum məsələləri üzrə eksperti Gəri Neylorla 
araşdırırdıq. Komandanın bakalavra verdiyi tələblərdə fikir ayrılığı yox idi. Biz bir ortaq fikirdən çıxış edirdik: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
123 
 
jurnalistika elm deyil, o, peşədir. Demək, tələbə ilk növbədə, peşə vərdişlərinə yiyələnməlidir. Bu isə o 
deməkdir ki, bakalavr pilləsində praktika ilə nəzəriyyənin nisbəti birincinin xeyrinə həll olunmalıdır. Amma 
burada da ikinci bir sual meydana çıxırdı. Hansı vərdişlər? Bu yerdə LKK-nin təcrübəsi karımıza gəldi. LKK 
atrıq bir neçə ildir ki, jurnalistikanın bakalavr pilləsində transfer edilən bacarıqlar tədris edir. Tranfer edilən 
bacarıqlar o deməkdir ki, kollec ixtisasca jurnalist hazırlasa da, əslində, tələbəyə elə vərdişlər verir ki, 
universiteti bitirdikdən sonra o, rahatlıqla kommunikasiyanın bütün sahələrində özünə yer tapa bilir. LKK-də 
buna həm də çoxvərdişlik deyirlər. Hətta sonuncu ildə eyniadlı (―Multiskills‖) kurs da tədris olunur. Bir sözlə, 
çox vərdişliyə yiyələnəcək tələbə müasir media mühitində jurnalistdən tələb olunan bütün vərdişlərə sahib 
olmalıdır.  
Ənənəvi yazı yazmaq, onu redaktə etmək bacarığı ilə yanaşı, eyni zamanda fotokamera, telekamera və 
diktafonla işləyə bilmək, öz çəkdikərini və yazdıqlarını montaj etmək tələb olunur. BSU bu məsələdə bir qədər 
də irəli gedərək, kurikulumun əsas istiqamətini müəyyən etdi. Bu kurikulum yeni mediaya hesablanmalıdr. Yeni 
media, yəni ənənəvi jurnalist materialının yeni, rəqəmsal texnologiyalara əsaslanan metodlar vasitəsilə 
istifadəçiyə çatdırılması.  
Yeni kurikulum, əslində, bizə hələ layihənin əvvəlində keçirdiyimiz sorğu zamanı müəyyən etdiyimiz iki ən 
vacib sahəni kurikuluma salmağa imkan verirdi. Bunlardan biri tədris planlarında mövcud olmayan, amma 
tələbələrin dərin maraq göstərdikləri fotojurnalistika, digəri isə yeni media idi. Qeyd edək ki, dövlət 
standartında bu fənn ―İnternet jurnalistika‖ və ―Yeni dünya jurnalistikası‖ adı altında gedir. Bizim ―Yeni 
media‖ kimi təqdim etdiyimiz fənn isə bir qədər fərqli yanaşmanın məhsuludur. Bu yanaşmada yeni medianın 
artmaqda olan təsir sahəsi, ənənəvi jurnalistikanın bütün sahələrinə nüfuzu əsas götürülür, yəni İKT deyil, 
media komponentinə üstünlük verilir. Təklif olunan kurikulumun yeni media yönümlü olması həm də o 
deməkdir ki, bütün tələbələr yeni media vərdişlərinə yiyələnməlidirlər. Onların bu vərdişlərə nə dərəcə də 
yiyələnib-yiyələnməmisi isə diplom işi ilə müəyyənləşdiriləcək. Bunun üçün bütün tələbələr diplom işlərini iki 
formatda təqdim etməlidirlər – həm seçdikləri ənənəvi media formatında, həm də yeni media formatında.  
Bizim kurikulumda vacib komponentlərdən biri də seçmə fənlərdir. Jurnalistikada seçmə fənlər hansılar 
olmalıdır? Bu məsələdə də fikir ayrılığı yox idi, ümumi nəticə belə idi: seçmə fənlər tələbələrə sahələr üzrə 
ixtisaslaşmaq imkanı verməlidir. Beləcə, kurrikuluma daxil olacaq seçmə fənlərin siyahısı müəyyən edildi – 
idman, biznes, konflikt, elm və tibb, siyasi, incəsənət və əyləncə jurnalistikası. 
Kurikuluma daxil olacaq fənlər və əsas istiqamət müəyyən olunduqdan sonra növbəti mərhələyə keçmək olardı. 
Bu kurikulumun düzümü, yəni, fənlərin ardıcıllığıdır. Burada dilemma ilə üzləşirdik. ABŞ, yoxsa Avropa 
təcrübəsi? ABŞ təcrübəsi fənlərin ardıcıllığını müəyyən etməyi çox dərəcədə tələbənin ixtiyarına buraxır. Bizim 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə