Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə33/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   29   30   31   32   33   34   35   36   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
94 
 
Tənzimləmə internet mediasının müstəqilliyinin itirilməsinə səbəb ola bilər 
 
Milli Teleradio Şurasının təşəbbüsünə ―Yeni Nəsil‖ Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə qiymət verir: 
―Yeddi dayəsi olan uşaq kor olar...‖  
A.Əliyev ―Azadlıq‖ radiosuna açıqlamasında bu atalar misalına üz tutmasını belə əsaslandırıb: ―Nə qədər 
hökumət internet mediasına dəstək göstərmək fikrinə düşməyib, bu sahə inkişaf edəcək, amma internet 
mediasının tənzimlənməsi dövlət qurumlarının maraq dairəsinə daxil olan andan internet mediasında 
çalışanların problemləri başlayacaq. Bizdə qanun da var, dövlət dəstəyi üçün şura da var, pul da ayrılır, Mətbuat 
Şurası da mövcuddur, Teleradio Şurası da, amma inkişaf yoxdur. Əksinə, getdikcə plüralizm dairəsi daralır, 
getdikcə keyfiyyət düşür, tiraj azalır. Yeganə inkişaf edən internet mediasıdır, çünki heç bir tənzimləmə yoxdur. 
İnternetin yeganə problemi odur ki, tariflər yüksəkdir və texniki cəhətdən bu sahə Azərbaycanda çox geridədir‖. 
 
İnternet mediasının tənzimlənməsi təşəbbüsünə internet istifadəçilərinin münasibəti necədir? ―Media forum‖ 
saytı bunu öyrənmək üçün ―Azərbaycanda internet mediasının tənzimlənməsi nəyə gətirib çıxara bilər‖ sualıyla 
öz oxucuları arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin 68.55 faizi bildirib ki, bu tənzimləmə 
Azərbaycanda internet mediasının müstəqilliyini itirməsinə gətirib çıxara bilər. 
Mediaforum.az saytı 
 
E-mənbə: http://www.xariciedebiyyat.azeriblog.com/2009/06/16/internet-mediasinin-tenzimlenmesi-
horumcheyi-tora-salmaq-olarmi-ii-yazi 
 
 
 
 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
95 
 
 
 
 
 
 
 
 
 
 
 
ĠNTERNET: xeyri, zərəri... (ARAġDIRMA) 
 
O bizə nə verib, nə alır 
 
İnternet bu gün həyatımızın ayrılmaz sahəsinə çevrilib. Bizə lazım olan bütün informasiyaları bu müasir 
texnologiya vasitəsilə əldə edə bilirik. Hətta zamanımızda internetin qurbanlarına, xəstələrinə çevrilənlər də az 
deyil.  
İnternet - istifadəçilərin ―məlumatın saxlanması, paylaşması və rahat əldə olunması‖ istəkləri nəticəsində 
yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. 
Bu gün internet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır. 
İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili 
əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə Amerika Birləşmiş Ştatları 
Təhlükəsizlik nazirliyi tərəfindən işlənib ARPAnet layihəsi çərçivəsində qurulub və on minlərlə dünya 
proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilib və mükəmməlləşdirilib.  
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
96 
 
İnternet Azərbaycan gənclərinə nə verir? 
 
Əvvəla onu deyək ki, hazırda Azərbaycan əhalisinin 11-12%-i İnternet istifadəçisidir. Bu da təxminən 900 000 
nəfər deməkdir. Bu il isə Azərbaycanda İnternet istifadəçilərinin sayında 2007-ci ilə nisbətən təxminən 3 dəfə 
artımın olacağı gözlənilir.  
Hazırda Azərbaycan internetdən istifadə edənlərin sayına görə MDB məkanında aparıcı yerlərdən birini tutur. 
Azərbaycanda internetdən daha çox istifadə edənlər 16-35 yaşlı gənclərdir. Əylənmək məqsədilə internetə daxil 
olan gənclərimiz ümumən internetlə məşğul olan gənclərin təxminən 80%-ni təşkil edir. Yaşı 64-dən çox 
olanların internet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 0.7% təşkil edir. İstifadəçilərin 55%-i ali 
təhsillidir.  
Dünya təcrübəsi də təsdiqləyir ki, internetdən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir 
və məhz bu texnologiyalar bəzi problemlərin həlli üçün tutarlı vasitələrdən biri hesab olunur. Bununla yanaşı, 
internet gənclərin həyatında müəyyən mənfi fəsadlar da doğurur. Gənclər mənəviyyatlarına mənfi təsir göstərən, 
arzuolunmaz təsirlərə gətirib çıxaran internet saytlarına daxil olurlar. Bu isə hələ özünü təsdiq etməmiş gəncin 
gələcək həyatının yanlış istiqamətdə formalaşmasına səbəb ola bilər. Hazırda, bu, çox narahatlıq doğuran bir 
məsələdir. 
 
İnternet klublarımızda qiymətlər gənclərin cibinə uyğun deyil... 
 
Multimediya Mərkəzinin rəhbəri Osman Gündüz deyir ki, bu gün bilik, informasiya mənbəyi, yaradıcı adamlar 
üçün hər bir şeyin mənbəyi internetdədir. Amma bir problem var ki, internet klublarımızda qiymətlər gənclərin 
cibinə uyğun deyil: ―Keyfiyyətli internet almaq üçün qiymətlər qonşu ölkələrdən qat-qat bahadır. Bu da 
gənclərin internetdən daha sərfəli məlumatlar almaq imkanlarını məhdudlaşdırır. Əlbəttə, internetdə dövr edən 
informasiyalar içərisində gənclər üçün zərərli olanlar da var. Yəni, pornoqrafiya, terrorizmə çağırış və s. Bunun 
qarşısını almaqla bağlı müəyyən tədbirlər görülür və bu işlər sürətlənsə yaxşı olar‖.  
O.Gündüz internetin gənclərin psixologiyasına təsiri məsələsinə də münasibət bildirib və qeyd edib ki, hər şey 
müəyyən həddində, qədərində olanda normal olur: ―Mən düşünmürəm ki, hansısa zərərli informasiyaya bir 
baxış psixologiyaya mənfi təsir etsin. Amma bu davamlı və sistemli olanda təbii ki, təsirsiz qalmaz. Gənclər 
məzmunlu, intellektli oyunlar oynayarlarsa, bu, onlar üçün faydalı olar. Ancaq narkotik maddələrdən, 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə