Mineral güBRƏLƏRİn təSNİfati


KALİUMLU GÜBRƏLƏR İSTEHSALI



Yüklə 12,67 Mb.
səhifə12/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   8   9   10   11   12   13   14   15   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

KALİUMLU GÜBRƏLƏR İSTEHSALI

KALİUM XLORİD

Ümumi xarakteristika. Kaliumlu mineral gübrələr tərkibində K+ ionu formasında qidalandırıcı element olan təbii yaxud sintetik duzlardur. Anionun təbiətindən asılı olaraq kaliumlu gübrələr xlorlu (tərkibində Cl- anion olan) və xlorsuz gübrələrə ayrılırlar.

Xlorid tipli kalium gübrələrinə – təbii minerallar (kainit, silvinit), mineralların sənaye emalı məhsulları (kalium xlorid), təbii mineralların kalium xloridlə qarışmasından alınan qarışıq kalium duzları, elektrolitik məhlullar (karnallitin elektrolizinin yan məhsulu) aiddir. Xlorsuz kalium gübrələrinə kalium sulfat və kaliummaqnezium (kalium sulfatın və maqnezium sulfatın ikiqat duzu) aiddir.

Bütün kalium gübrələri suda həll olur. Onlar kristallik və dənəvər halda buraxılır. qida elementinin miqdarı (K2O hesabı ilə) təbii minerallarda 10%-dən, qatılaşdırılmış gübrələrdə, yəni – kalium xloriddə 60%-ə qədər dəyişir.

Kalium xlorid bərk kristallik maddədir, onun ərimə tem-peraturu 7680C-dir. O, tərkibində 63,1% kalium (K2O hesabı ilə) olan ballastsız gübrədir. 00C-də onun həllolması 0,219 küt. hissə, 250C-də 0,265 küt.hissə və 1000C-də 0,359 küt.hissə təşkil edir. Kristallik kalium xlorid yaprıxma qabiliyyətinə malikdir. Yaprıxmanı azaltmaq üçün o, yüksəkmolekullu aminlərin xlorid turşulu duz məhlulları ilə emal edilir.

Kalium gübrələrini istehsal etmək üçün əsas xammal kimi təbii kalium duzlarından istifadə edilir. Belə duzlara silviniti-KCl∙NaCl, karvalliti KClMgCl26H2O, kainiti KClMgSO4 3H2O misal göstərmək olar.

Kalium xlorid istehsalı üçün xammal kimi tərkibində 22-25% kalium olan (K2O hesabı ilə) – KCl silvin və NaCl qalit qarışığı – təbii mineral silvinit istifadə olunur. Kalium xloridin tərkibində 17% K2O olan karnallitdən (KClMgCl2·6H2O) alın-masına xeyli az rast gəlinir.

Kaliumlu gübrə istehsalı üçün potensial mənbə sularının tərkibində kaliumun qatılığı 0,07%-ə çatan (K2O hesabı ilə 7·1014 ton) dünya okeanı ola bilər.

Silvinitdən kalium xloridin alınmasının iki üsulu mövcud-dur: flotasiya və qalurgiya. Hal-hazırda flotasiya üsulu ilə 80%-ə yaxın kalium xlorid istehsal olunur. Alınma üsulundan asılı olaraq kalium xlorid istehsalında «K» markalı məhsul (məhlulların kristallaşmasından alınan) və «F» markalı məhsul (kalium filizlərinin flotasiya üsulu ilə zənginləşdirilməsi) buraxılır.




Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə