Mineral güBRƏLƏRİn təSNİfati


İstehsalın flotasiya üsulu



Yüklə 12,67 Mb.
səhifə13/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   9   10   11   12   13   14   15   16   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

İstehsalın flotasiya üsulu. Flotasiya üsulunda silvinitdən kalium xloridin ayrılması kalium filizi minerallarının onun doymuş duz məhlulları mühitində flotoqravitasiya ilə ayrılmasına əsaslanır. Buna kalium minerallarının hissəciklərinin səthi-nin flotoreagentlərin (yığıcıların) köməyilə selektiv hidrofob-laşması ilə nail olmaq olar.

Flotasiya üsulu ilə kalium xlorid istehsalının texnoloji sxemi flotasiya olunan silvinitin mineral və dənəvər tərkibindən asılı olub, tərkibindəki qarışıqların miqdarı (gil şlamı), komponentlərin dənələrinin ölçüsü və gil şlamının emalı üsulları ilə fərqlənirlər. Ümumi halda silvinitdən kalium xloridin ayrılmasının flotasiya üsulu aşağıdakı əməliyyatlardan ibarətdir:



  1. Silvinit filizinin hissəciklərinin ölçüsü 1-3 mm-ə qədər xırdalanması, sonradan onun 0,5 mm ölçüyə qədər yaş üyüdül-məsi;

  2. flotasiya, hidravlik klassifikasiya, yaxud qravitasiya üsulu ilə xırdadispers gil-karbonatlı qarışıqların - gil şlamının ayrılması;

  3. yığıcıların iştirakı ilə (əsas flotasiya) suda həll olan mineral filizlərin (silvin və qalit) flotasiya ilə bölünməsi;

  4. alınan konsentratdan qalan qarışıqların ayrılması üçün yenidən təmizləmə flotasiyası;

  5. qatılaşdırma və dövrü məhlulun prosesə qaytarılması ilə süzülmə üsulları ilə konsentratın susuzlaşdırılması;

  6. Nəm konsentratın qurudulması.

Yaş üyüdülmə və flotasiya prosesi suda həll olan filiz komponentləri ilə (silvin və qalit) doymuş duz məhlulu mühitində aparılır, ki bu da istehsal zamanı onların itkisinin qarşısını alır və qapalı dövrü proses təşkil etməyə imkan verir. Flotoreagent - yığıcı kimi şlamın ayrılması mərhələsində FR-2 reagenti istifadə olunur (uayt-spirita oksidləşmə məhsulu), əsas flotasiya mərhələsində – silvin hissəciklərinin hidrofoblaşma qabiliyyətinə malik maddələr: yüksək aminlərin (C10-C22) xlorid turşulu duzları, həmçinin yüksəkmolekullu karbohidro-genlər istifadə olunur.

Şəkil 13 -də gil şlamının (tərkibində az miqdarda (azı 2,5%) həllolmayan qalıq filizin emalı üçün istifadə olunan)) ilkin flotasiyası ilə silvinitdən kalium xloridin ayrılmasının texnoloji sxemi göstərilmişdir.

Daha yüksək tərkibli filizlər üçün mexaniki şlamsızlaş-dırma, yaxud depressora karboksimetil-sellülozun əlavə edil-məsi yolu ilə şlamın ayrılmasına, əsas flotasiya mərhələsində şlamın ayrılmasına imkan yaradan sxemlər istifadə olunur.

tərkibində cüzi miqdar şlam olan yüksək keyfiyyətli silvinit filizlərindən kalium xloridin çıxarılmasında flotasiya üsulu səmərəlidir.

Kalium xloridin ayrılma dərəcəsi 0,90-0,92 vahid payı, hazır məhsulun tərkibində isə 93-95% duz olur. Əgər texnoloji sxemdə gil şlamının içərisindən kalium xloridin ayrılması üçün yenidən təmizləmə flotasiyası nəzərdə tutulursa, o zaman ayrılma dərəcəsi yüksələ bilər.



Şək 13.Flotasiya üsulu ilə kalium xloridin silvinitdən ayrılmasının texnoloji sxemi:

1–silvinit üçün bunker; 2–yaş üyütmə dəyirmanı; 3–qarışdırıcı-həlledici; 4–ələk; 5–şlamın flotasiya maşını; 6,7–əsas flotasiyanın flotasiya maşını; 8–dövrü məhlulun konsentratdan ayrılması üçün sentrifuqa; 9–dövrü məhlul tutumu; 10–şlam qatılaşdırıcısı; 11– qalitin yuyulması
Filiz, qapalı tsikldə qövslü ələklərlə (4) işləyən yaş üyütmə dəyirmanında (2) xırdalanır. Xırdalandıqdan və klassifikasiya olunduqdan sonra ələkdəki filiz hissəciklərinin ölçüsü 0,75 mm-dən çox olmur. Gil şlamı, kerosin əlavə olunmaqla köpüyün və 0,25%-li poliakrilamid məhlulunun (reagentlərin sərfini azaldan flokulyant) xassələrini yaxşılaşdırılması üçün uayt-spiritin oksidləşdirici məhsullarının toplayıcısı kimi istifadə olunan maşında (6) flotasiya olunur. Köpüklü məhsul yenidən maşında (7) təmizləndikdən sonra (M:B+1,6-2,0) əlavə keçid olmadan horra qatılaşdırıcıda (11) şəffaflaşdırılır. Qatılaşdırılmış şlam əks cərəyanlı yuyulmaya məruz qalır və nasoslarla zibilliyə vurulur. Şəffəlaşdırılmış məhlul isə istehsal tsiklinə qaytarılır.

Silvinit horrası şlam flotasiyasından sonra maşında (8) (toplayıcısı – 1%-li xlorluturş amin məhlulu) əsas flotasiyaya məruz qalır. Yenidən maşında (9) təmizlədikdən sonra köpüklü məhsul xloridkosentratı hesab olunur, sentrifuqada (10) uzlaşdırılır və 5% nəmliklə qurumaya daxil olur.

Duz qalıqları (M:B+2,4-2,8) ələkdə (5) iki fraksiyaya ayrılırlar – iri hissəciklər (+0,2 mm) isə əvvəlcədən qatılaşdırıcıda (12) M:B+0,8-1,2 olana qədər qatılaşdırılır, sonra vakuum-süzgəcdə (13) süzülür. Filtrat istehsal tsiklinə qaytarılır. Qalit (göl duzu) kristalları 30-400C tempuraturda süzgəcdə su ilə kalium xloriddən yuyulur. Yuyulduqdan sonra qalit qalıqlarının (quyruqları) nəmliyi 11% olur. Tərkibində gil qarışıqları olmadığından onlar susuzlaşdırılmış soda və texniki natrium-xlorid istehsalında istifadə oluna bilər.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə