Mineral güBRƏLƏRİn təSNİfati


Ammonium sulfat istehsalı



Yüklə 12,67 Mb.
səhifə21/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   17   18   19   20   21   22   23   24   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Ammonium sulfat istehsalı


Ammonium sulfat, onun xassələri. Ammonium sulfat [(NH4)2SO4] istehsalında ilkin xammal kimi koks qazının tərkibində olan ammonyakdan istifadə olunur. Ammonium sulfatın alınması saturatorda, yaxud absorberdə ammonyakın sulfat turşusu ilə neytrallaşmasına əsaslanır.

2NH3 + H2SO4  (NH4)2SO4 + q

Ammonium sulfat - ölçüsü 6-8 mm və çox olan uzunsov romb formasında ağ, şəffaf kristaldır. 200C-də ammonium sulfatın sıxlığı 1,768 q/sm3 təşkil edir. Kristallarının iriliyindən və nəmliyindən asılı olaraq sərbəst səpələnmə sıxlığı 780-830 kq/m3-dir. Ammonium sulfat suda yaxşı həll olur. Tempera-turun yüksəlməsi ilə onun suda həllolması artır. Kimyəvi ammonium sulfatın tərkibində 21,241% azot, yaxud 25,76% NH3 olur. Standarta uyğun olaraq ammonium sulfat aşağıdakı göstəricilərlə xarakterizə olunur: Kristalların ölçüsü ammo-nium sulfatın əsas keyfiyyət göstəricisidir. Səthi güclü inkişaf etmiş duzun xırda kristallik strukturu onda nəmliyin və sulfat turşusunun artıq miqdarına səbəb olur ki, bu da saxlanma zamanı onun yaprıxmasına və bitişərək aqlomerata çevrilməsinə səbəb olur. İri kristallik duz yaprıxmaya daha az meyllidir və gübrə kimi istifadə olunduqda torpaqda bərabər paylanır (Cədvəl 2).



Cədvəl 2

Ammonium sulfatın tərkibi


Növü

Əla

I

II

Quru maddəyə keçid hesabı ilə azotun miqdarı, %

21,0

20,8

20,8

Nəmliyin miqdarı, çoxu, %

0,2

0,3

0,3

Sərbəst H2SO4-ün miqdarı, çoxu, %

0,025

0,050

0,050

Rəngi



və ya zəif rənglənmiş

Normalaş-dırılmır

Dənəvər tərkibi:










>0,25 mm ölçülü fraksiyanın miqdarı,%, azı

95

70

Normalaş-dırılmır

Ələkdə qalan 6 mm fraksiya

Yox-dur

-

Normalaş-dırılmır
Ammonium sulfatın tərkibində 24%-ə yaxın kükürd olur ki, o da sulfat ionları şəklində gübrə ilə birlikdə torpağa daxil olur. Ammonium sulfat kənd təsərrüfatı sahələri üçün gübrə hesab olunur. Bu gübrənin dəyəri onun tərkibində olan azotun miqdarı ilə təyin olunur və digər azotlu gübrələrlə müqayisədə (Çili selitrası - NaNO3, tərkibində 15-16% olur, norveç selitrası Ca(NO3)2, tərkibində 13-14% və təbii gübrələrin tərkibində 6-7% azot ) bitkilərin kökü tərəfindən yaxşı mənim­sənilir.

Ammonium sulfatın tərkibində olan kükürd kənd təsərrü-fatının bir çox sahəsi üçün (çuğundur, pambıq, tütün və s.) vacib qida elementi hesab olunur. Ona görə də ammonium sulfatı tərkibində 45%-dən çox qida maddəsi olan və yüksək aqrotexniki xassələrə malik gübrə hesab etmək olar.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə