Mineral güBRƏLƏRİn təSNİfati


AMMONİUM NİTRAT İSTEHSALI



Yüklə 12,67 Mb.
səhifə18/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   14   15   16   17   18   19   20   21   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

AMMONİUM NİTRAT İSTEHSALI

Ammonium nitratın xassələri. Ammonium nitrat (ammonium şorası) NH4NO3 – ərimə temperaturu 169,60C olan kristallik maddədir, suda yaxşı həll olur. 200C-də onun həllolması 0,625 küt.payına, 1600C-də isə 0,992 küt.payına bərabərdir. Ammonium nitrat güclü hiqroskopikliyə malikdir və atmosferin nəmliyini asanlıqla udur, temperaturdan asılı olaraq sıxlığı və kristallarının strukturu ilə fərqlənən beş kristallik modifikasiyada mövcud ola bilər. Suda yüksək həllolması, hiqroskopikliyi və istiliyin ayrılması ilə müşayət olunan polimorf çevrilmə nəticəsində ammonium nitrat asanlıqla yaprıxır. Məhsulun istifadəsini çətinləşdirən yaprıxmanı azaltmaq üçün sənayedə müvafiq ölçülər götürülür:

- alınan məhsul anbara verilməzdən əvvəl 320C-dən aşağı temperatura qədər soyudulur, belə ki, yalnız 32,30C-170C həddində ammonium nitrat stabil rombik modifikasiyada olur;

- istehsal olunan məhsul dənəvər şəklində buraxılır, dənələ-rin səthi hidrofob lay əmələ gətirən SAM-la emal olunur;

- məhsulun tərkibinə kondensləşdirici əlavələr maqnezium nitrat və sərbəst su ilə əlaqədə olan digər duzlar şəklində daxil edilir ki, bu da bir modifikasiyanın digərinə keçməsinə mane olur.



ammonium nitrat bərk yaxud yüksək qatılıqlı məhlul (ərinti) halında 180-2000C-dən yuxarı temperaturda qızdırıldıqda parçalanır:

NH4NO3 = N2O + 2H2O + 36,8 kC

Qapalı mühitdə 400-5000C temperaturadək qızdırıldıqda, yaxud ammonium nitratın həyacanlandırılması zamanı partlayışla parçalanır:


NH4NO3 = N2 + 2H2O + 0,5O2 + 118 kC

Mineral turşuların və üzvi birləşmələrin iştirakı zamanı parçalanma sürətlənir. Buna görə də ammonium şoralı part-layıcı maddələrdə – ammonitlərdə (üzvi maddələrlə qarışıqlar), ammotolda (partlayıcı maddələrlə qarışıqlar) və ammonalda (tərkibində alüminium olan qarışıqlar) ammonium nitrat bir komponent kimi istifadə olunur.

Ammonium nitrat ballastsız azotlu gübrə hesab olunur və onun tərkibində 34,8% azot vardır, bunlardan 17,4% ammo-nium və 17,4% nitrat formada olur. Ona görə də tərkibində azot olan gübrənin nəqlinin qiyməti, digər ballastlı gübrələrin (məsələn, ammonium sulfatın) nəqlinin qiymətindən xeyli aşağıdır.




Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə