Mineral güBRƏLƏRİn təSNİfati



Yüklə 12,67 Mb.
səhifə16/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   12   13   14   15   16   17   18   19   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Kalium sulfatın alınması

kalium sulfat məhlulunun sulfat turşusu ilə hidrokimyəvi konversiya yolu ilə potaşdan yüksək keyfiyyətli kalium sulfatın alınması yüksək səmərələliyi və ekoloji təmizliyi ilə seçilir.

K2CO3+nH2O+H2S04->K2SO4+CO2+(n+1)H2O+32,5 kkal/mol

Kalium sulfatın alınmasının texnoloji sxemi şəkil 15–də verilmişdir. Sxemdən göründüyü kimi, qatılığı 92%-dən aşağı olmayan sulfat turşusu prosesə üfüqi tutumdan (1) nasosla (2) basqı çənindən (3) keçərək elektrik sobasına (10) verilir. Buraya bunkerdən (4) hazır məhsulun – kalium sulfatın bir hissəsi daxil olur. kalium sulfat və sulfat turşusunun 3:1 mol nisbətində qarışdırılması zamanı 140-2000C-də sobada üçkaliumhidro-sulfat K3H(SO4)2 əmələ gəlir. Reagentlərin elektrik sobasında qalma müddəti (10) dəqiqə təşkil edir. Alınmış üçkaliumhidrosulfat kürəvari dəyirmana (9) göndərilir, buraya eyni zamanda əvvəlcədən qurudulmuş və (5) quruducu barabanda 2000C-yə qədər qızdırılmış kalium xlorid verilir. Kürəvari dəyirmanda kalium xlorid və üçkaliumhidrosulfat birgə xırdalanır və qarışdırılır. Alınmış yüksək dərəcəli bircinsli reaksiya qarışığı konversiyanın birinci pilləsi üçün elektrik sobasına (8) döndərilir. Reaksiya kütləsinin elektrik sobasında qalma müddədi 5-10 dəqiqə təşkil edir, bu zaman kalium xloridin kalium sulfata çevrilmə dərəcəsi 350-4000C temperaturda 60% olur. Əmələ gələn hidrogen xlorid utilizasiyaya, yaxud xlorid turşusunun alınması üçün absorbsiyaya göndərilir. Konversiyanın birinci mərhələsindən sonra tərkibində çoxu 5% sərbəst turşu və 8%-ə yaxın kalium xlorid olan aralıq məhsul konversiyanın ikinci mərhələsi üçün fırlanan barabanlı sobaya (11) verilir.



Şək.15. Kalium sulfat istehsalının texnoloji sxemi;
1 – tutum; 2 – nasos; 3 – basqı çəni; 4 – bunker; 5 – quruducu
baraban; 7 – tsiklon; 8 – elektrik sobası; 9 – kürəvari dəyirman;

10 – soba; 11 – barabanlı soba; 12 – soyuducu;
Barabanlı sobada reaksiya kütləsinin 5000C-yə qədər qızdırılması sobanın odluğunda təbii qazların yandırılması zamanı alınan tüstü qazları ilə onun bilavasitə təması hesabına həyata keçir. Aralıq məhsulun sobada qalma müddəti bir saata

yaxın olur. Tüstü qazları ilə qarışmış hidrogen xlorid tsiklonda (7) təmizləndikdən sonra absorbsiyaya göndərilir. Konver-siyanın ikinci mərhələsindən sonra alınmış (450-5000C-yə qədər qızdırılmış) kalium sulfat havalı-sulu soyutması olan barabanlı soyuducuda (12) soyudulur. 700C-yə qədər soyudulduqdan sonra kalium sulfatın 25%-i hazır məhsul anbarına, qalan 75% kalium sulfat isə sulfat turşusu ilə qarışdırılmaq üçün prosesin bаşlanğıcına qaytarılır.

Yuxarıda qeyd edilənlərdən görünür ki, bu üsulun bir sıra çatışmazlıqları vardır. Onlar aşağıdakılardır:

- istehsalın böyük enerji və kapital tələb etməsi, prosesin texnoloji aparat sxeminin mürəkkəbliyi;

- prosesin həyata keçməsi üçün turşuya davamlı, bahalı materialdan olan aparatların hermetikliyinin təmin edilməsi;

- texnoloji dövrdə material axının böyük dövrüyyəsi;

- kalium xloridin sulfat turşusu ilə termokimyəvi parça-

lanması zamanı toksiki qazların ayrılması, ilə bağlı texnoloji prosesin ekoloji problemləri, hidrogen xloridin utilizasiya pro-sesində və onun sonrakı emal və satışı ilə bağlı problemlər.

Məlum üsulun çatışmazlıqlarını aradan qaldırılması üçün kalium sulfatın yüksək keyfiyyətli istehsalının daha səmərəli və ekoloji təmiz üsulu işlənmişdir. Bu zaman kalium tərkibli duz kimi potaşdan istifadə olunur, onun sulfat turşusu ilə konversiyası məhlulda potaşın izafi miqdarında həlledici halda aparılır.

Bu məqsədə çatmaq üçün təklif olunan yeni üsul açıq tipli konusvari dibə malik erlift boru ilə təchiz olunmuş silindrik kolbada həyata keçir. Erlift boru alınan potaş-sulfat suspenzii-yasının reaktorda dövrü qarışmasını təmin edir.




Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə