Mineral güBRƏLƏRİn təSNİfati


Ammonium sulfat istehsalı üçün istifadə olunan



Yüklə 12,67 Mb.
səhifə22/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   18   19   20   21   22   23   24   25   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Ammonium sulfat istehsalı üçün istifadə olunan

sulfat turşusunun xarakteristikası

Kimyəvi təmiz ammonium sulfatın tərkibinin 25,76% ammonyakın, qalan 74,24% isə sulfat turşusunun payına düşür. Koks kimya zavodlarında ammonium sulfat istehsalı üçün aşağıdakı növ sulfat turşularından: qüllə; texniki üzvi sintez zavodlarından işlənmiş turşu; xam benzol fraksiya­sının yuyul­ma­sından sonra regenerasiya olunmuş və digər koks kimya məhsullarından istifadə olunur. Sulfat turşusunun keyfiyyəti standartla normalaşdırılır.

Tərkibində 50%-ə qədər monohidrat olan, xam benzolun rektifikasiyası sexlərinin regenerasiya olunmuş sulfat turşusu üzvi qarışıqlarla (sulfoturşular və polimerləşmə məhsulları) çirklənmiş olur. Bu qarışıqlar saturator prosesinin gedişinə mənfi təsir göstərir və ammonium sulfatın keyfiyyətini aşağı salır. Belə ki, bu turşudan iqtisadi cəhətdən daha ucuz turşu kimi istifadə etmək vacibdir. Bundan başqa sulfat turşusunun tərkibində olan digər qarışıqlar da – azot oksidləri, arsen, xlorlu birləşmələr, qurğuşun, kadmium, alüminium və s. saturatorun işinə və ammonium sulfatın keyfiyyətinə təsir göstərir. Bu qarışıqların miqdarı standartla normalaşdırılır.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə