Mineral güBRƏLƏRİn təSNİfati


Durulaşdırılmış ekstraksiya turşusu əsasında



Yüklə 12,67 Mb.
səhifə30/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   26   27   28   29   30   31   32   33   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Durulaşdırılmış ekstraksiya turşusu əsasında:

- səpələyici quruducuda horranın qurudulması ilə;

- vakuum buxarlandırıcı aparatlarda horrranın buxarlan-dırılması və BDQ aparatda qurudulması ilə;

- qaynar laylı səpələyici quruducu dənəvərləşdiricidə horranın qurudulması və onun

dənəvərləşdirilməsi ilə

Qatı fosfat turşusu əsasında:

- ammonyaklaşdırıcı dənəvərləşdiriciidə AD məhsulun dənəvərləşdirilməsi və qurudulması ilə;

- barabanlı dənəvərləşdirici-quruducu-soyudycuda BDQS hor-ranın təzyiq altında öz-özünə buxarlanması və qurudulması ilə.

Ammofos istehsalında QSQD aparatının istifadəsi (Şək.25) horranın buxarlanması, məhsulun dənəvərləşdirilməsi və qurudulması əməliyyatlarını bir aparatda birləşdirməyə imkan verir ki, bu da elektrik enerjisi və istilik sərfinin azalması nəticəsində yüksək iqtisadi səmərə əldə edilməsini təmin edir.



Şək. 25 . Ammofos istehsalının texnoloji sxemi:

1–SAB aparatı; 2–horra tutumu; 3–QSQD aparatı; 4,5–odluqlar; 6–qaynar lay soyuducusu; 7–havanın soyudulması üçün qurğu; 8–ələk; 9 - xırdadayıcı; 10 – tsiklon; 11-absorber

25-28% qatılıqlı ekstraksiya fosfat turşusu və qazşəkilli ammonyak NH3:H3PO4=1:1 mol nisbəti ilə SAB (sürətli ammonyaklaşdırıcı buxarlandırıcı) aparata (1) daxil olur.

Neytrallaşma istiliyi hesabına horranın temperaturu 1100C-yə qədər yüksəlir və suyun bir hissəsi buxarlanır. Sonra horra buxarla qızdırılan aralıq tutumdan (2) QSQD (qaynar laylı səpələyici quruducu dənəvərləşdirici) aparatının yuxarı hissəsinə verilir, burada odluqdan (4) daxil olan 7000C-yə qədər qızdırılmış tüstü qazları ilə səpələnir. Horra buxarlanır və onun hissəcikləri aparatın aşağı hissəsinə enir, burada odluqdan (5) gələn tüstü qazları ilə qaynar lay yaranır. Burada tozşəkilli məhsul dənəvərləşdirilir və qurudulur. Qurudulmuş dənələr qaynar lay soyuducusuna (6) daxil olur. Qaynar lay soyuducusuna soyuducu qurğudan maye ammonyakla soyudulan (7) hava daxil olur. Ammofosun soyudulmuş dənələri ələkdə çeşidlənir. Lazımi dispersliyə malik əmtəə məhsulu anbara daxil olur, iri fraksiyalar isə doğrayıcıda (9) xırdalanır və soyuducuya (6) qayıdır. Qazlar QSQD aparatından sonra tsiklondan (10) keçir, burada aparata qayıdan ammofosun tozu ayrılır, ammonyakın və hidrogen flüoridin absorbsiyası üçün su ilə suvarılan absorberə (11) daxil olur.



Şək. 26 . Sürətli-ammonyaklaşdırıcı buxarlandırıcı (SAB) aparatın sxemi:

1 – ammonyakın ötürülməsi üçün ucluq; 2–aparatın reaksiya zonası;

3 – istilikdəyişdirici

Bu texnoloji sxemdə əsas aparatlar – ammonyaklaşdırıcı-buxarlandırıcı SAB və

QSQD aparatlarıdır: SAB aparatının hərəkət sxemi şəkil 26 –da göstərilmişdir.

Ammonyakın yüksək sürətlə ötürülməsi onun turşu ilə yaxşı əlaqədə olmasını və neytrallaşma reaksiyasının yüksək sürətini (1-2 dəqiqə) təmin edir.



QSQD aparatı konusvari köynəklə birləşən iki içiboş silindr şəkilindədir, onun hündürlüyü 10 m, diametri 12 m-dir. Aparatın yuxarı hissəsində daxili borusu su ilə soyudulan horra səpələyicisi yerləşir. Aparatın aşağı hissəsində qazpaylayıcı qəfəs yerləşir ki, buradan tüstü qazları keçərək qaynar lay rejimini yaradır. Emal olunmuş qazlar köynəyin həlqəvari sahəsində yığılır, bu da məhsulun xırda hissəciklərinin sovrulmasını minimuma endirir.

Gübrə kimi istifadə olunan ammofosun istehsalında aşağıdakı 3 növ texnoloji sxemdən istifadə olunur:

1. Buxarlandırılmamış ekstraksiya fosfat turşusunun (20-30% P2O5) neytrallaşdırılması, alınan suspenziyanın qurudu-cularda susuzlaşdırılmasına əsaslanan sxemlər;

2. Buxarlandırılmamış fosfat turşusunun (20-30% P2O5) neytrallaşdırılması, alınan ammofos suspenziyasının buxaran-dırılması, məhsulun dənəvərləşdirici - quruducu barabanda dənəvərləşdirilməsi və qurudumasına əsaslanan sxemlər;

3. Qatı buxarlandırılmış ekstraksiya fosfat turşusunun (4854% P2O5) neytrallaşdırılmasına əsaslanan sxemlər. Bu halda neytrallaşmanı atmosfer təzyiqi altında 2 pillədə aparırlar – əvvəl reaktorlarda, sonra ammonyaklaşdırıcı dənəvərəşdirici barabanda və yaxud da I pillədə yüksək təzyiq altında neytrallaşdırılır, sonra qüllələrdə və yaxud dənəvərəşdirici quruducu barabanda səpələnməkə suspenziya qurudulur.

Ammofos istehsalının səpələyici quruduculardan istifadə edilməsi ilə aparılması sxemi şəkil 27-də verilmişdir.

Ekstraksiya fosfat turşusu (22-28%P2O5) 80-1150C temperaturda ardıcıl birləşdirilmiş reaktorlarda (1) ammonyakla NH3:H3PO4 nisbəti 1:1 (pH5) olana qədər fasiləsiz olaraq neytrallaşdırılır. Bu zaman hərəkətli suspenziya əmələ gəlir. Onun bir hissəsi (70-80%) 100-1050C temperaturla axırıncı reaktordan səpələyici quruducuya (5) daxi olur. Buraya eyni zamanda qaz və ya maye şəkilli yanacağın yandırılmasından alınan tüstü qazları verilir. Quruducudan çıxan tüstü qazlarının temperaturu 100-1150C olur və onlar tozdan təmizlənmək üçün tsiklona (6) verilir.

Şək. 27 . Səpələyici quruducu ilə ammofos istehsalı sxemi:

1–reaktor-saturator; 2–suspenziya tutumu; 3–mərkəzəqaçma nasosu; 4–suspenziya tutumu; 5–səpələyici quruducu:6–tsiklon; 7–ventil-yator; 8–absorber; 9–şnek; 10–xırdalayıcı; 11–elevator; 12–bunker; 13–ikivallı qarışdırıcı; 14–yuvarladıcı baraban; 15–quruducu baraban; 15–ikili ələk; 17–QL soyuducusu;18–nəqledici

Qurudulmuş (nəmlik 1%-ə qədər) tozşəkilli ammofos fasiləsiz olaraq 2 vallı şnekli qarışdırıcıya (13) verilir. Buraya eyni zamanda hazır məhsulun kiçik fraksiyası və suspenziyanın qalan hissəsi daxil olur. Ammofosun nəm dənələri (10-12% H2O) qarışdırıcıdan yuvarladıcı barabana (14), sonra isə baraban tipli quruducuya (15) ötürülür. Qurutma tüstu qazları ilə (3500C) həyata keçirilir.

Qurudulmuş dənələr ələnir. 3,2 mm-dən böyük fraksiya-lar xırdalanır və ələnməyə göndərilir, yaxud da fosfat turşu-sunda həll olunaraq prosesə (ammonyaklaşmaya) qaytarılır. 1 mm-dən kiçik hissəciklər dənəvərləşdiriciyə göndərilir. 1-3.2 mm ölçülü fraksiyalar isə hazır məhsul kimi buraxılır. Apatit və Karatau fosforitləri əsasında alınan məhsulun %-lə tərkibi müvafiq olaraq aşağıdakı kimidir: P2O5ümumi – 52 və 47; P2O5məns – 51 və 46; P2O5s.h. – 50 və 41; N -12 və 11; H2O-1; MgO- 0 və 4; F-3,5 və 3.

Ammofos suspenziyasının emalının daha rasional üsulu onun dənəvərləşdirici quruducu baraban (DQB) və yaxud dənəvərləşdirici quruducu soyuducu barabanlarda (DQSB) eyni zamanda qurudulması və dənəvərləşdirilməsidir. Ammofos suspenziyasının aralıq buxarlandırılması ilə aparılan sxem daha geniş yayılmışdır. İlkin fosfat turşusunun əvvəlcədən natrium və kalium sulfatlarla və ya soda ilə işlənməsi onun tərkibindəki flüorun silisiumlu flüoridlər şəklində ayrılmasına kömək edir. Bu eyni zamanda onu kalsiumdan azad etməyə və digər qarışıqların (Fe, Al) miqdarını azaltmağa imkan verir. Bu ammofosda mənimsənilə bilən və suda həll ola bilən P2O5-in qatılığını artırır, ayrılan qazlardan flüorun çıxarılmasını asanlaş-dırır. Bunun üçün prosesə daxil olan flüorlaşdırılmış fosfat turşusundan istifadə etmək olar.

Tərkibində 22-29% P2O5 olan fosfat turşusu qazşəkilli ammonyakla pH=55,5 olana qədər sürətli ammonyaklaşdırıcı-buxarlandırıcı aparatda neytrallaşdırılır. Ammonyaklaşdırıcı buxarlandırıcı aparat şaquli reaksiya borusudur ( 0,6 m, H=6 m), onun aşağı hissəsindən ammonyak və turşu daxil edilir. Reaksiyanın istiliyi hesabına kütlə qaynayır və yuxarıya doğru hərəkət edir, 1-2 dəqiqəyə seperatora çatır, oradan suspenziya sirkulyasiya borusu ilə reaksiya borusuna qaytarılır. Onun bir hissəsi seperatordan qatılaşdırılmaya göndərilir. Buxar separatordan istilikdəyişdiriciyə ötürülür, orada ilki turşu qızdırılaraq kondensləşir. Ammofos suspenziyası (NH3:H3PO4=1:1) çox gövdəli buxarlandırıcı qurğuda qatılaş-dırılır. Burada ondakı suyun miqdarı 55-56%-dən 18-25%-ə qədər azalır, 1-ci gövdə vakuum altında, 2-ci gövdə atmosfer təzyqi altında, 3-cü gövdə isə yüksək təzyiq altında işləyir. Təzə buxar (0,3 MPa) 3-cü və 4-cü gövdələrə verilir. 1 və 2-ci gövdələrdə isə şirə buxarından istifadə edilir. Sonra 112-1150C temperaturlu suspenziya quruducu dənəvərləşdirici barabanda eyni zamanda qurudulur və dənəvərləşdirilir. Soyutma və ələmədən sonra ələkdən keçirilən ölçüsü 1 mm olan kiçik hissəciklər retur kimi yenidən dənəvərləşdirici quruducu barabana qaytarılır. İri fraksiyalar isə xırdalanmaya göndərilir. Məhsul fraksiya 450C və ya 550C-ə qədər soyudulur (şəkil 28 ).

Şək. 28. BDQ aparatda dənəvərləşmə və ammofos suspenziyasının buxarlandırılması ilə

ammofos istehsalının sxemi:

1– spirtli ammonyaklaşdırıcı buxarlandırıcı aparat; 2- buxarlandırıcı aparatlar;

3 – dövrü nasoslar; 4–buxarlanmış suspenziya tutumu; 5– BDQ aparat; 6– elevator;

7–ələk; 8– xırdalayıcı; 9– QL soyuducusu;10– üzücü taxmalı absorber; 11– içi boş qüllə;

12– maye ammonyak buxarlandırıcısı;13–aralıq tutum;14–istilikdəyişdirici


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə