Ammonium poli- və metafosfat
Dehidratlaşmış ammoniumfosfatlar poli və metafosfatların gübrə kimi istehsalının inkişafı perspektivlidir. Çünki onların tərkibində qida elementlərinin miqdarı ammonium ortofosfat-dakından yüksəkdir. Alınma üsulundan fərqli olaraq onların tərkibində 53-70% P2O5 və 13-30% ammonyak olur ki, onlardan da kompleks maye və bərk gübrələr istehsalında istifadə etmək olar. Dehidratlaşmış ammonium fosfatlar adətən bitkilər tərəfindən tam mənimsənilən orta -(NH4)nH3-nPO4, diorto (NH4)nH4-nP2O7, tripoli (NH4)nH5-nP3O10, meta -(NH4PO3)n və digər kondensləşmiş formaların qarışığı şəklində olub, özünün aqrokimyəvi səmərəliliyinə görə heç də ammonium ortofosfatdan geri qalmır. Ammonium polifosfatlar az hiqroskopikdir və dayanıqlıdır – 1000C-yə qədər qızdırıl-dıqda onlardan ammonyak ayrılmır.
Ammonium polifosfatlar:
Yüksək temperaturda orto- və polifosfat turşularının ammonyaklaşdırılması ilə;
Ammonium ortofosfatların dehidratlaşması ilə;
Ammonyakın P2O5 iə qarşılıqlı təsiri nəticəsində alına bilər
Məsələn, 0,3-0,7 MPa təzyiq aıtnda (2000C) superfosfat turşusunun yüksək temperaturda ammonyaklaşdırılması nəticəsində ərinti əmələ gəlir. Ərinti orto-, diorto, tripoli və digər ammonium polifosfatlar qarışığından ibarət olur. Dənəvər-ləşdirilmiş məhsulun tərkibində 80%-ə qədər mənimsənilə bilən N + P2O5 (təqribən 60% P2O5 və 17-20% N) olur. Məhsulun tərkibi ammonyaklaşdırılmanın təzyiqindən asılıdır. Atmosfer təzyiqi altında tərkibində 61-64% P2O5 və 13-15% NH3 olan məhsul alınır. 1 MPa təzyiqində isə tərkibində 55-57% P2O5 və 27-28% NH3 olan, daha doğrusu N:P2O5 nisbəti əvvəlcədən 110-1200C-yə qədər qızdırılmış termiki və buxarlandırılmış ekstraksiya fosfat turşuları məhlullarının (51-58% P2O5) qızdırılan reaktorlarda 180-2100C temperaturda ammonyaklaşmasından tərkibində 13% N, 60-63% P2O5 olan ammonium polifosfat ərintisi alına bilər. Bu ərintilər nisbətən az hiqroskopik, tam möhkəm (6,7-9,3 MPa) dənələr əmələ gətirirlər.
Analoji məhsullar yüksək temperaturlarda (250-3500C) ammonium ortofosfatların dehidratlaşmasından alına bilər. Dissosiasiya nəticəsində ammonium itkisinə yol verilməməsi üçün proses ammonyak atmosferində təzyiq altında həyata keçirilir. Əlavələrin məsələn, ammonium nitratın daxil edilməsi faydalıdır.
Dostları ilə paylaş: |