Mineral güBRƏLƏRİn təSNİfati


Monoammoniumfosfat və diammoniumfosfat istehsalı



Yüklə 12,67 Mb.
səhifə35/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   31   32   33   34   35   36   37   38   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Monoammoniumfosfat və diammoniumfosfat istehsalı

Termiki fosfat turşusundan alınan ammoniumfosfatlar yüksək təmizliyə malikdirlər. Onlar əsasən yeyinti, əczaçılıq sənayesində və digər texniki məqsədlər üçün istifadə olunurlar. Termiki turşunun tərkibində H3PO4 77%-dən çox olmamalıdır. İlkin turşunu ana məhlulla qarışdırır, sonra onu NH3:H3P04 1 molyar nisbətinə qədər neytrallaşdırırlar. Əmələ gələn monokalsiumfosfat suspenziyası əlavə kristallaşma üçün soyudulur, sentrifuqada ayrılır. Ana məhlul reaktora qaytarılır.

Kristallik diammoniumfosfatın alınması iki pillədə aparılır. Belə ki, NH3 bütün hissəsinin verilməsi zamanı kütlə möhkəm qızır və çox qatı suspenziya əmələ gəlir. Bu da NH3 itkisinə gətirib çıxarır. Termiki turşu (47-48% P2O5) NH3:H3PO4  0,7 nisbətinə qədər neytrallaşdırılır, suspenzıya ana məhlulla qarışdırılır və vakuum kristallaşdırıcıya göndərilir. Burada o lazımi dərəcəyə qədər ammonyaklaşdırılır. Soyumuş suspenziya qatılaşdırılır, diammoniumfosfat kristalları sentrifu-qada ayrılır və quruducu barabanda qurudulur.

Bu prosesi 1 pillədə də həyata keçirmək olar. Bu zaman 75-85%-li termiki fosfat turşusu və qazşəkilli NH3 fasiləsiz olaraq ana məhlul olan saturatora verilir. Suyun buxarlan-dırılması zamanı temperatur 60-700C həddində saxlanılır. Bu temperatur reaksiya kütləsindən havanın üfürülməsi ilə əldə edilir. Saturatorda əmələ gələn diammoniumfosfat kristalları suspenziya şəklində sentrifuqaya verilir. Sentrifuqadan ana məhlul saturatora qaytarılır. Bu prosesin sxemi və saturator ammonium sulfatın alınması zamanı istifadə olunana oxşardır.

Ekstraksiya fosfat turşusunun neytrallaşması zamanı çöküntü kimi ayrılan qarışıqar hazır məhsulda qalır, onu çirkləndirir və əsas komponentlərin miqdarını aşağı salır. Ekstraksiya fosfat turşusundan daha təmiz məhsulun alınması üçün neytrallaşma prosesini 2 pillədə aparmaq olar. Birinci pillədə buxarlan-dırılmamış turşu pH=44.5 olana qədər neytrallaşdırılır. Bu zaman qarışıqların böyük hissəsi çöküntüyə ayrılır, hansı ki, sonradan əsas məhluldan ayrılır. Filtrlənmiş çöküntü nəmliyi 5-6% olana qədər qurudulur və o, antipren kimi istifadə oluna bilər. Çöküntünün tərkibində 5% NH3 və 30-35% mənimsənilə bilən formada P2O5 olur. Əgər ekstraksiya fosfat turşusunun tərkibində maqnezium ionları iştirak edirsə (məs. onun Karatau fosforitlərindən alınması zamanı), bu zaman neytralaşmanın I pilləsində maqnezium, ammonium fosfat NH4MgPO4 çökdü-rülür. Onu ayırıb, tərkibində sitratda həll ola bilən formada azot olan azotlu-maqneziumlu gübrə kimi buraxmaq olar.

Tərkibində əsasən monoammoniumfosfat olan məhlul vakuum altında tərkibində 34-36% P2O5 olana qədər buxarlandırılır. Təmizlənmiş və qismən neytarllaşdırılmış məhlulun buxarlandırılması, fosfat turşusunun əvvəlcədən buxarlandırıl-masına nisbətən daha asandır. Bu da buxarlandırıcı aparatların qızdırıcı elementlər üzərində ərpin əmələ gəlməməsi ilə və korroziyanın azlığı ilə izah olunur. Buxarlandırılmış və təmizlənmiş məhlulu 18-200C-ə qədər soyutmaqla mono-ammoniumfosfat alırlar. Ana məhlul buxarlanmaya qaytarılır.

Diammoniumfosfatın alınması üçün buxarlandırılmış monoammoniumfosfat məhlulunu II pillə reaktorunda pH8 olana qədər ammonyaka doydururlar. NH3 itkisinə yol verilməməsi üçün doydurulmanı 800C-dən aşağı temperaturda aparırlar. Sonra diammoniumfosfat məhlulunu kristallaşmaya, sentrifuqlamaya və qurutmaya göndərirlər.


Şək. 32 . Ammonium ortofosfatın istehsalı sxemi:

1–I pillənin saturatorları; 2–qatılaşdırıcı; 3,9–sentrifuqalar; 4–isti su üçün çən; 5–I pillənin çöküntüləri üçün barabanlı quruducu; 6–ammonium fosfat məhlulu tutumu; 7–II pillənin buxarlandırıcı sistemi; 8–mono- və diammonium fosfat üçün kristallaşdırıcı; 10– II pillənin saturatoru; 11–ana məhlul tutumu; 12–mono- və diammonium fosfat üçün quruducu
Ammonyak itkisinin və diammoniumfosfata keçmənin qarşısını almaq üçün diammoniumfosfat 600C-də qurudulur. Monoammoniumfosfatın qurudulmasını 100-1100C temperaturda aparmaq olar. Şəkil -də mono- və ya diammoniumfosfatın həm ekstraksiya, həm də termiki fosfat turşusundan alınması sxemi göstərilmişdir.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə