Mineral güBRƏLƏRİn təSNİfati



Yüklə 12,67 Mb.
səhifə29/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   25   26   27   28   29   30   31   32   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

AMMOFOS İSTEHSALI

Ammofos çox geniş yayılmış mürəkkəb gübrədir. Yüksək aqrokimyəvi səmərəliliyi və digər gübrələrlə yaxşı uyğunlaşması ammofos əsasında qida elementlərinin istənilən nisbət-lərində qarışıq gübrələrin alınmasına imkan verir. Bundan başqa ammofos istehsalı üçün aşağı keyfiyyətli (24–26% P2O5) fosforit yataqlarından istifadə etmək olar.

Ammofos və diammofos – fosfat turşusunun ammonyakla neytrallaşmasından alınan, tərkibində iki qida elementi olan azotlu – fosforlu gübrədir. Ammofosun tərkibində əsas maddə monoammoniumfosfat (NH4)2HPO4 diammos isə diamonnium-fosfatdan ibarətdir.

Texniki məhsulların tərkibində ammonium sulfat, dəmir, alüminium, maqneziumfosfat və digər qarışıqlar vardır ki, qarışıqların tərkibi və miqdarı ilkin fosfat turşusunun çirklənmə dərəcəsindən asılıdır. Ortofosfat turşusunun ammonyakla ardıcıl neytrallaşması zamanı monoammonium–, diammonium– və triammoniumfosfat əmələ gəlir.

Monoammoniumfosfat – davamlı hiqroskopik olmayan duzdur, onun ərimə temperaturu 190,50C-dır və suda yaxşı həll olur. Triammoniumfosfat termiki olaraq az davamlıdır, 700C–yə qədər qızdırıldıqda asan parçalanır, suda yaxşı həll olur və tədricən hidroliz olunur. Üçammoniumfosfat davamlı deyil, 30–400C temperaturda ammonyakın ayrılması ilə parçalanır. Buna görə də gübrə kimi istifadə oluna bilməz.

Mürəkkəb mineral gübrələrin tərkibində, məsələn ammonium fosfatlarda (ammofos) və kalium şorasında iki qida maddəsi olur, nitrofoskada isə – üç (N, P2O5, K2O). Mikro-gübrələr (tərkibinə torpaq tərəfindən az miqdarda istifadə olunan elementlər - sink, molibden, manqan, dəmir və s. daxildir) kiçik dozalarla torpağa verilir. Mineral gübrələrin tərkibindəki qida maddələri şərti vahidlə hesablanır. Belə ki, fosforlu gübrələrin tərkibinin şərti tonu 18,7% P2O5, azotlu–21% N, kaliumlu– 55% K2O təşkil edir.

Ammofos tərkibində iki qida elementi olan (N+P) mürəkkəb kompleks gübrədir. tərkibində əsas maddə kimi monoammoniumfosfat NH4H2PO4  və alınma prosesində əmələ gələn diammoniumfosfat qarışığı (10%-ə qədər) (NH2)2HPO4 olur. Mono- və diammoniumfosfatlar, suda həll olan və az hiqroskopik, bərk kristallik maddələrdir. Ammonium fosfatlardan monoammoniumfosfat termiki olaraq daha davamlıdır və 100-1100C-yə qədər qızdırıldıqda praktiki olaraq parçalanmır. Diammoniumfosfat və əsasən triammoniumfosfat qızdırılma zamanı ammonyakın ayrılması ilə dissosiasiya olunur, məsələn:

(NH4)2HPO4 = NH4H2PO4 + NH3

Ammofos istehsalının əsasını fosfat turşusunun qazşəkilli ammonyakla neytrallaşmasının, heterogen, ekzotermiki prosesi təşkil edir:



H3PO4maye + NH3u = NH4H2PO4 –147,0 kC (1)

Cədvəl 3-də ammonium fosfatların xassələri verilmişdir.

Cədvəl 3


Fosfat

200C-də həllolma küt.payı

1000C-də ammonyak buxarının təzyiqi, Pa

Tərkib, %

NH3

P2O5

NH4H2PO4

0,403

0

14,8

61,6

(NH4)2HPO4

0,710

667

25,7

53,7

(NH4)3HPO4

0,177

85600

32,3

47,7
Ammonium fosfatların xassələri

Proses ammonyakın izafi miqdarı ilə aparılır, ona görə də sistemdə monoammoniumfosfatın əmələ gəlməsi reaksiyası ilə yanaşı, qismən diammoniumfosfatın əmələ gəlmə reaksiyası baş verir:

H3PO4 + 2NH3 = (NH4)2HPO4 – 75,4 kC (2)

Nəticədə, hazır məhsulun tərkibində 10%-ə qədər diam-moniumfosfat olur.

Netrallaşma prosesinin rejimi elə seçilir ki, ammofos horrası kifayət qədər hərəkətli və boru kəmərləri ilə ötürülmə qabiliyyətinə malik olsun. Horranın özlülüyü istifadə olunan fosfat turşusunun qatılığından və avadanlığın konstruksiya-sından asılıdır.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə