Mineral güBRƏLƏRİn təSNİfati


KOMPLEKS MİNERAL GÜBRƏLƏR



Yüklə 12,67 Mb.
səhifə27/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   23   24   25   26   27   28   29   30   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

KOMPLEKS MİNERAL GÜBRƏLƏR

Kalium orto- və meta fosfatlar

Kalium orto- və metafosfatlar yüksək qatılıqlı fosforlu-kaliumlu gübrələrdir. Mono, di- və tri- kalium fosfatlar fosfat turşusunun kalium hidroksid və ya kalium karbonat ilə neytrallaşması zamanı alına bilərlər. Məsələn:

2 H3PO4+ K2CO3 = 2 KH2PO4+ H2O + CO2

Kalium qələviləri nadir və baha olduğuna görə mineral gübrə sənayesində bu üsuldan istifadə edilmir. Monokalsium-fosfatı kalium xlorid, sulfat turşusu və fosforit əsasında istehsal etmək olar. Üsullardan birində kalium xloridi qatı sulfat turşusunun izafi miqdarı ilə 2000C-də qarışdırırlar. Bu zaman hidrogen xlorid ayrılır və kalium-hidrosulfatın sulfat turşusunda suspenziyası alınır. 700C temperaturda onunla fosforiti emal edirlər:

KCl + H2SO4 KHSO4 +HCl

2KHSO4+ Ca(PO4)2 + H2SO4  2KH2PO4+3CaSO4 ∙ 2H2O

Qipsi ayırır və su ilə yuyurlar, məhlulu isə 50-60%-li KH2PO4-ə qədər buxarlandırır və metanol əlavə etməklə ondan KH2PO4-i çıxarırlar. Ana məhlul prosesə qaytarılan metanolun qovulması və tərkibində təxminən 54% P2O5 olan fosfat turşusu alınması üçün distillə edilir. Marokka fosforitlərinin emalı zamanı fosforun və kaliumun istifadə dərəcəsi müvafiq olaraq 92 və 90-95% olur. Məhsulun tərkibində (%-lə): K2O -30, P2O5-46, Al -0,6, Fe-0,6, F -1,5, SO4-2 – 3 olur.

3200C-dən yuxarı temperaturda KH2PO4-in dehidrat-laşması nəticəsində tərkibində 57-58% P2O5 və 38%-ə yaxın K2O olan kaliummetafosfat (KPO3)n alınır. Yavaş-yavaş soyuma zamanı suda həll olmayan şüşəşəkilli ərinti əmələ gəlir. Tez soyuma nəticəsində isə tərkibində P2O5-in bir hissəsi suda həll ola bilən və digər hissəsi isə sitratda həll ola bilən formada olan məhlul alınır. Kalium-metafosfatın suda həll olması onun fiziki halı və tərkibi ilə təyin edilir (kristallik məhsul Kurrol duzu şüşə halına nisbətən zəif həll olunandır). Müxtəlif əlavələrin (qələvi torpaq metalların xloridləri və ya sulfidləri, Fe2O3) iştirakı ilə dehidratlaşma və natamam hidratlaşma tərkibindəki fosforun hamısı suda həll ola bilən formada olan məhsul almağa imkan verir.

Kalium metafosfat yüksək səmərəli gübrədir, praktiki olaraq hiqroskopik deyil və yaprıxmır, toxumlar üçün zəhərli deyil, onun məhlullarını almaq olar. Kalium metafosfatı, kalium xloridi fosfat turşusu (9000C) və ya fosfat anhidridi ilə (1000-10500C) parçalamaqla almaq olar. Bu proseslər enerji tutumlu-durlar və korroziyaya davamlı avadanlığın istifadəsi ilə bağlıdır. Ən səmərəli üsul isə onu KCl-in termiki, yaxud tərkibində 23% P2O5 olan ekstraksiya fosfat turşusu ilə parçalamaqla alınmasıdır. Parçalanma 60-700C temperaturda həyata keçirilir. Əmələ gələn suspenziya (56% H2O) qurudulur. Sonra həmin kütlə 350-3700C temperaturda közərdilir. Soyumadan sonra tərkibində 54% P2O5 (sitrat məhlullarında həll ola bilən formada olan), 35-39% K2O və 0,3%-ə qədər xlor olan məhsul alınır. Qaz fazaya ayrılan HCl-ı isə 16-18%-li xlorid turşusu almaqla tuturlar. Onun utilizasiyası böyük çətinliklər əmələ gətirir. Daha qatı xlorid turşusu, kalium xloridin buxarlan-dırılmış ekstraksiya fosfat turşusu (50% P2O5) ilə 2 pilləli parçalanması nəticəsində əmələ gəlir. I pillədə təxminən 3000C temperaturda və II pillədə 7000C temperaturda ərinti alınır ki, soyumadan sonra tərkibində 57% P2O5 və 35% K2O olan məhsul əmələ gəlir.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə