Mineral güBRƏLƏRİn təSNİfati



Yüklə 12,67 Mb.
səhifə28/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   24   25   26   27   28   29   30   31   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

AMMONİUM FOSFAT

Adətən, orta fosfat turşusunun duzları–ammonium dihid-rofosfat və yaxud monoammoniumfosfat (MAF)- NH4H2PO4, ammoniumhidfosfat və ya diammoniumfosfat (DAF)-(NH4)2HPO4 və ammoniumfosfat və ya triammonium-fosfat (TAF) - (NH4)3 HPO4 ammoniumfosfatlar adlandırılır. Daha davamlı birləşmə monoammoniumfosfatdır ki, onu 100-1100C-ə qədər qızdırdıqda ammonyakın ayrılması praktiki olaraq müşahidə olunmur. Diammoniumfosfat isə artıq 700C-də ammonyakı itirərək monoammoniumfosfata keçir:

(NH4)2HPO4  NH4H2PO4 + NH3

Triammoniumfosfat isə 30-400C-də havada parçalanır, ona görə də sənayedə o hazırlanmır. Ammonyakın (NH3) buxarları təzyiqi 1000C–də NH4H2PO4 üzərində praktiki olaraq sıfıra, (NH4)2HPO4 üzərində -1,2 və (NH4)3 HPO4 üzərində - 85,7 kPa bərabərdir.

1250C temperaturda bu duzlar üzərində ammonyakın təzyiqi müvafiq olaraq 0,008; 4,5 və 157 kPa qədər artır. 190,50C temperaturda monoammoniumfosfat cüzi ammonyak itkisi ilə əriyir. Bu temperaturda onun ammonium polifosfat əmələ gəlməsi ilə yavaş-yavaş temperaturun yüksəlməsi ilə sürətlənən dehidratlaşması gedir. 200C temperaturda doymuş sulu məhlulun tərkibində 27,2% (NH4)2HPO4, qaynama temperaturunda (109,40C)-71,8% NH4H2PO4-H2O sistemində həllolma şəkil 23-də göstərilmişdir.

250C temperaturda NH4H2PO4-(NH4)2HPO4-H2O sistemində həllolma diaqramından görünür ki, monoammoniumfosfatın həllolması praktiki olaraq dəyişmir (şəkil 23). Diammoniumfosfatın qatılığının artması ilə monoammoniumfosfatın həllolması yüksəlir, NH3:H3PO41,5 molyar nisbətində o maksimuma çatır.

0,1 M məhlulun pH-ı NH4H2PO4 üçün -4,4; (NH4)2 HPO4-8,0 və (NH4)3HPO4 üçün 9,4-ə bərabər olur. Mono- və diammoniumfosfatlar az hiqroskopikdirlər. NH4H2PO4–in hiqroskopiklik nöqtəsi 500C-də 88%-ə, 150C-də isə 97%-ə bərabər olur (texniki məhsulların tərkibindəki qarışıqlar hiqroskopikliyi artırır).

Şək.23. 25 və 750C-də NH4H2PO4-H2O sistemində həllolma izotermləri

Ammonium fosfatlar daha çox kənd təsərrüfatında tətbiq olunurlar. Onlar yüksək qatılıqlı, ballastsız gübrələrdir və tərkiblərində suda həll ola bilən formada iki qida elementi azot və fosfor olur. Təmiz monoammoniumfosfatda 12,2% N və 6,17% P2O5, diammoniumfosfatda 21,2% N və 53,8% P2O5 olur. Qida elementlərinin kütlə nisbəti N:P2O5 diammonium-fosfatdan monoammonium-fosfatdan (1:5,1) daha əlverişlidir (1:2,5).

Ammoniumlu-fosforlu gübrələrdən daha çox miqdarda ammofos tərkibində azacıq (10%) diammoniumfosfat qarışığı olan monoammonium fosfat istehsal edilir.



Şək.24 . 250C temperaturda NH4H2PO4-(NH4)2HPO4-H2O sistemində həllolma diaqramı

Standarta əsasən dənəvərəşdirilmiş ammofos 2 markada buraxılır. A apatit konsentratından və B fosforitdən alınmış ekstraksiya fosfat turşusunun ammonyakla neytrallaşması ilə A markalı və B markalı əla və I növ məhsulların tərkibində müvafiq olaraq azı 52, 501, azı 44, 421% P2O5mənims., 48, 46, 34 və 32% P2O5s.h.b., 121, 111, 101% N, çoxu 1% H2O olmalıdır. 1-4 mm ölçülü dənəvərlərin payı əla növ üçün azı 95% və 1 növ üçün isə 90%, ammofosda N:P2O51:4 olmalıdır.

Tərkibində fosfat turşusundan keçmə qarışıqlar və diam-monium fosfat olan daha qatı azotlu gübrə olan diammofos da istehsal olunur. Əgər diammofos istehsalı üçün apatit konsentratından alınmış ekstraksiya fosfat turşusu istifadə olunarsa, onda məhsulun tərkibində 481% P2O5mənims., azı 18% N və çoxu 1,5% H2O olur. N:P2O5 daha böyük nisbətində gübrə almaq üçün ammofosa və diammofosa azotlu gübrələr, ammonium nitrat, karbamid əlavə olunur.

Termiki və ya təmizlənmiş ekstraksiya fosfat turşusu əsasında alınan diammonium fosfat heyvandarlıqda yem kimi istifadə olunur. Ammoniumfosfatlar həm də yeyinti və əczaçılıq sənayesində istifadə olunur. Onları antiprenlər kimi parçalara, ağaclara və tikinti materialarına oda davamlılıq qabiliyyəti vermək üçün istifadə olunur.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə