Mineral güBRƏLƏRİn təSNİfati



Yüklə 12,67 Mb.
səhifə25/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   21   22   23   24   25   26   27   28   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Ammonium sulfatın qurudulması qaynar laylı quruducu qurğuda həyata keçir. bunun üçün quruducuya kaloriferdə qızdırılmış hava verilir. Son illərdə bəzi zavodlarda alovlu qızdırıcısı olan qaynar laylı quruducular tətbiq olunur. Bu quruducularda havanın qızdırılması koks qazının yanma məhsul­ları ilə bilavasitə qarışması ilə həyata keçir. Bu üsulun üstünlüyü yanacağın qiymətinin aşağı olması, prosesin daha zərif tənzimlənmə mümkünlüyü və avtomatlaşdırılması, nəm-liyi standart tələblərinə uyğun əla növ ammonium sulfatın alınmasıdır. Qurudulmuş ammonium sulfat qablaşdırılmaya və saxlanmaya göndərilir. Qurğunun işinin texnoloji rejim göstəri-ciləri aşağıdakı kimi xarakterizə edilir:


Qazın temperaturu, С




Qaz qızdırıcıdan əvvəl

35–40

Qaz qızdırıcıdan sonra

53–60

saturatordan sonra

55–65

Ana məhlulun temperaturu,°С

53–55

Saturatorun müqaviməti, kPa (mm.c.st)

5–6 (500–600)

Ana məhlulun turşuluğu, pH

4–5

Ana məhlulun dövr etdirilməsi

fasiləsiz

Ana məhlulun verilmiş turşuluğu saturatora verilən 76%-li sulfat turşusunun fasiləsiz verilməsi yolu ilə saxlanılır. Ana məhlulun tərkibi aşağıdakı göstəricilərlə xarakterizə olunur:




Sıxlıq, kq/m3

1300–1400

NH3, q/l

150–180

Tərkibi, % -lə




Sərbəst H2SO4

4–5

(NH4)24

40–48

NH4HSО4 

10–15

Saturatorun işinin verilmiş texnoloji rejiminin yerinə yetirilməsi ammonyakın və piridin əsaslarının qazdan yüksək tutulma dərəcəsini təmin edir. Koks qazından ammonyakın və piridin əsaslarının tutulması üçün diametri 6250 mm olan mərkəzi barbotaj çətiri və dövrü nasosun köməyi ilə qarış-dırılan, məhlulu şırnaqlı cihaza - ajitatora ötürən saturator daha geniş yayılmışdır. Ana məhlulun istiqamətləndirilmiş dövr etməsi və ammonium sulfat kristallarının böyüklüyünə görə separasiyası, duzun böyüməsi üçün sadə və kifayət qədər effektiv cihazdan – qazliftdən istifadə olunur.

Qazliftli separator diametri 880-900 mm və hündürlüyü 1700 mm olan, içərisində aşağı hissədə barbotyor yerləşən stəkandır. Barbotyor 76 mm diametrli dəlikləri olan borudan ibarət həlqədir. Həlqəyə qaza görə saturatorun yükündən 1% miqdarında sıxılmış koks qazı verilir. Stəkan saturatorun konusvari hissəsində şaquli olaraq quraşdırılmışdır.

Dövrü qazan polad şaquli silindrdir, demək olar ki, onun dibinə kimi daşma borusu endirilir. Bu boru ilə saturatordan ana məhlulun qalığı axılıdılır. Qazanda məhlulun səviyyəsi sabit saxlandıgına görə hidravlik tıxac yaranır ki, bu da koks qazının oraya düşməsinə mane olur. Tıxacın hündürlüyü qaz nasosunun ümumi hesabi təzyiqindən az olmamalıdır. Qazanın yuxarı hissəsindən xüsusi cib ilə turş məhlul çıxarılır. Aşağı ştuser ilə ana məhlul dövretmə üçün çıxarılır. Beləliklə, dövrü qazan üç funksiyanı yerinə yetirir: hidrotıxac kimi xidmət edir, saturatorun vannasından turş məhlulu çıxarır və ana məhlulun dövrünü həyata keçirir.



Kristalqəbuledici ammonium sulfat və saturatordan gələn ana məhlulun kristalları qarışığının fasiləsiz olaraq qəbulu, kristalların çökdürülməsi və toplanması, sonra isə

onların sentrifuqaya yüklənməsi üçün nəzərdə tutulmuşdur.

Koks kimya sənayesində ammonium sulfatın qurudulması üçün ən geniş yayılmış quruducular aşağıdakılardır: vibrasiyalı quruduculu nəqledici, qaynar laylı quruducu, barabanlı quruducu. Saturatordan çıxan koks qazından turş ana məhlulun sıçrantılarını tutmaq üçün iki konstruksiyalı tutucular tətbiq edilir: arakəsmələri olan tutucular və tangensial qaz girişi olan tutucular. Tutucu vaxtaşırı olaraq su və yaxud sulfat turşusu ilə yuyulur. Məhlul tutucunun aşağı hissəsindən dövrü qazana verilir.

Ammonium sulfatın saturator üsulu ilə alınmasının bəzi üstünlükləri ilə yanaşı əhəmiyyətli çatışmazlıqları da vardır: saturatordan tutucuya keçərkən qaz axınının yüksək müqavi-məti; kristallaşma prosesinə kifayət qədər nəzarətin olmaması nəticəsində alınan ammonium sulfatın aydın kristallik quruluşa malik olmaması; aşağı temperaturlarda və ana məhlulun sabit və minimal turşuluğu zamanı ammonyakın tutulmasının müm-kün olmaması; qazdan ammonyakın və piridin əsaslarının eyni zamanda tutulması kristallaşma prosesinin lazımi istiqamətdə aparılmasını çətinləşdirir; vaxtaşırı saturator vannasının turşuluğunun süni olaraq dəyişdirilməsi prosesin avtomatlaşdırılmasını çətinləşdirir və s.

Saturator qurğuları daima təkmilləşir: barbotajın şaxələn-miş xətti olan saturatorlar saturator vannasında ana məhlulun qarışdırılması üçün tətbiq edilir. İri kristallik və eyni ölçülü ammonium sulfatın alınması üçün klassifikatoru olan kristalqəbuledici quraşdırılır.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə