Mineral güBRƏLƏRİn təSNİfati


Ammonium sulfatın alınması üsulları



Yüklə 12,67 Mb.
səhifə23/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   19   20   21   22   23   24   25   26   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Ammonium sulfatın alınması üsulları

Ammonium sulfatın alınmasının üç klassik üsulu: qeyri-birbaşa, birbaşa və yarımbirbaşa üsul mövcuddur. Qeyri-birbaşa yaxud dolayı üsulun mahiyyəti ondan ibarətdir ki, ammonyak koks qazından ammonyak skrubberlərində tutulur, bu zaman skrubber zəif ammonyaklı su alınır. Zəif ammonyaklı sudan ammonyakın qovulması (desorbsiyası) qazşəkilli ammonyakın alınması ilə distilyasiya kalonlarında aparılır. Ammonyakın buxarı kalondan saturatora daxil olur, burada o, sulfat turşusu ilə əlaqəyə girərək ammonium sulfat əmələ gətirir, daha doğrusu ammonium sulfat bilavasitə qazdan deyil, müəyyən aralıq əməliyyatlar zamanı alınır. Bu üsul, skrubberlərdə dönən qazdan böyük ammonyak itkisinə səbəb olan, ammonyakın tutulması üçün xeyli soyuq su sərfi ilə xarakterizə olunur. Bu üsul koks kimya sənayesində öz tətbiqini tapmamışdır. Xaricdə bu üsul qazdan ammonyakın və hidrogen sulfidin kombinə üsul ilə tutulması zamanı tətbiq edilir.

Birbaşa üsulun fərqli xüsusiyyətləri ondan ibarətdir ki, ammonyak tutulmazdan əvvəl qaz saturatorda 680C-yə qədər soyudulur. Qazdan ayrılan su kondensatı (qatranüstü su) qaz­yığıcı tsiklininin tamamilə doldurulması üçün istifadə olunur, beləliklə, artıq qatranüstü su alınmır. Usulun yaxşı xüsusiyyəti ammonyaklı suyun emalı üçün elektrik enerjisinin və buxar sərfinin azalması hesabına istismar xərclərinin azalmasından ibarətdir. bu üsul aşağıdakı səbəblərə görə geniş yayılma­mışdır:

- vakuum altında işləyən çox miqdarda aparatların olması qazın sıxıcı kompressorunun güc sərfini artırır;

- ammonium xloridin iştirakı və uçucu xlorid turşusunun

əmələ gəlməsi saturatorda intensiv korroziya proseslərinin getməsinə səbəb olur;

- qazın dumana bənzər qatrandan kifayət qədər yaxşı təmizlənməməsi ammonium sulfatın çirklənməsinə və böyük miqdarda turş qatranın əmələ gəlməsinə səbəb olur;

- prosesin yüksək temperaturuna səbəb olan xırda kristal­lik duzun alınması;

- qazın yüksək temperatura və nəmliyə malik olması nəhəng aparat quraşdırılmasına səbəb olur.

Yarımbirbaşa üsul həm yerli, həm də xarici kokslaşma zavodlarında geniş yayılmışdır. Bu üsul qeyri-birbaşa və ya birbaşa üsulların kombinə edilməsi kimi hesab edilir. Ammonium sulfatın yarımbirbaşa üsulla alınmasının xüsusiy-yəti ondan ibarətdir ki, kokslaşma zamanı əmələ gələn bütün ammonyak qazla birgə saturatora (amma qaz ehtiyatlarının yalnız 70-75%-i) daxil olur. Ammonyakın bir hissəsi (qazda onun ehtiyatlarından 25-30%-ə qədəri) ilkin soyuducularda qazın soyudulması zamanı əmələ gələn qаtranaltı sularda həll olur. Bu su ammonyak şöbəsində emal olunaraq ammonyak-buxar qarışığı əmələ gətirir, sonra saturatora göndirilir. Burada qazdan ayrılan ammonyakla sulfat turşusu reaksiyaya girir. Ammonyak şöbəsinin kalonundan çıxan ammonyak buxarı piridin qurğularına göndərilə bilər ki, burada piridin əsaslarla yanası sulfat şöbəsinin məqsədli məhsulu olan ammonium sulfat əmələ gəlir. Böyük miqdar qаtranaltı suların əlavə emala ehtiyacı üsulun çatışmayan cəhəti hesab olunur. Belə ki, enerji sərfinə səbəb olan aparat və avadanlığa uyğun qurğular tələb olunur. Göstərilən çatışmazlıqlara baxmayaraq yarımbirbaşa üsul gaha geniş yayılmışdır, bu üsul etibarlıdır, idarə etmək asandır, texnoloji sxemə görə nisbətən sadə və qənaətcildir: ammonyak buxarının bir hissəsi piridin əsaslarının alınması üçün tətbiq oluna bilər. Bu üsul fasiləsiz olaraq təkmilləşdirilir.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə