MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə52/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   48   49   50   51   52   53   54   55   ...   86

Az
ərbaycan dili məsələləri 
 
181 

Doğru  deyil,  Sovet  hökumətinin  qoşunu  gərək ki, 
yüz  Almanıyanınkı qədər var (I kitab, 3-cü nəşr, səh.213). 

Baş  üstə, baş  üstə,  -  deyə  kəndxuda gülümsəyib 
astadan 
əlavə etdi: 
- Siz
ə biz yaxşı bir pasılka daha hazırlayırıq (I kitab, 
I n
əşr,  səh.292);  -  Baş  üstə,  ,  baş  üstə,  -  deyə  kəndxuda 
gülüms
əyib astadan əlavə etdi: 
- Siz
ə biz yaxşı bir sovqat da hazırlayırıq (I kitab, 3-
cü n
əşr, səh. 275). 
Güll
ələr  partladıqca  tatarların  arasından  təsvibedici 
h
ənirti qalxdı;  
-
 
Eyi... P
ək eyi... (I kitab, I nəşr, səh. 291);  
Güll
ələr  açılanda  tatarların  arasından  təsvibedici 
h
ənirti qalxdı;  
-
 
Yaxşı, çox yaxşı (I kitab, 3-cü nəşr, səh. 274). 

əllif əsərin əlyazması və ayrı-ayrı nəşrləri üzərin-
d
ə  işləyərkən müəyyən məqsədlə  əlaqədar mətnə  yeni 
sözl
ər, cümlələr  əlavə  etmişdir.  Əsərin mətninə  əlavə 
olunmuş  sözlər  fikri  tamamlamağa  kömək edir. Eyni 
zamanda bunlar 
əsərin məzmununu dərinləşdirir, bədii 
qay
əni daha qabarıq nəzərə çatdırmaq, surətlərin bir-birinə 
olan  münasib
ətlərini aydınlaşdırmaq məqsədi daşıyır: 
O, indi d
ə  bu təbəssümü sezincə, birdən bəxtəbəxt 
ortalığa belə bir söz atdı: 
- Cuma, sizinkil
ər gəlir ha... 
-  H
ə, gəlirlər... (“Azərbaycan”  jurnalı,  1967,  N  8, 
s
əh.70-71); O, indi də  bu təbəssümü sezincə, birdən 
b
əxtəbəxt ortalığa belə bir söz atdı: 
- Cuma, sizinkil
ər gəlir ha... 
- H
ə,  yaman gəlirlər... (4-cü kitab, səh.416). 
Kapitan  gözaltı  Kəyana  baxdı,  onu  utandırdığını 
sezdiyind
ən xoşhal, dönüb Cumaya əmr etdi: 


Misir S
əfərov 
 
 
182 

Bu saat bölüyü Hacıyevə təhvil verin, yanıma gəlin. 
Sonra saatına baxıb Kəyana dedi: - Bölüyü təhvil alın və  
23
30
-
da  yanımda  olun  (I  kitab,  I  nəşr,  səh.16); Kapitan 
gözaltı  Kəyana  baxdı,  onu  utandırdığını  sezdiyindən  
xoşhal olub, dönüb Cumaya əmr etdi: 

Rotanı bu saat Hacıyevə təhvil verin, yanıma gəlin. 
İmanzadə  bunu gözləmirdi. Buna görə  də  təəccüblə 
ətrafına göz gəzdirdi. Çernışev əmri təkrar etdikdə, o, 
Hacıyevi göstərərək qeyzlə soruşdu

Bu  uşağa  təhvil verim? Kapitan ona cavab 
verm
ədi. Saatına baxıb Kəyana döndü: 

Rotanı təhvil alın. 23
30
-
da yanımda olun (I kitab, 3-
cü n
əşr, səh.17). 
Aydın  olur  ki,  yazıçı  əsərin dili üzərində  işləyərkən 
fikri  tamlıq  və  bitkinlik naminə  mətnə  sonradan yeni 
sözl
ər, cümlələr  artırmış  və  beləliklə  də, təhkiyə  və  nitq 
axınını  oxucu  üçün  maksimum  anlaşıqlı  etməyə  səy 
göst
ərmişdir.  Birinci  misalda  müəllifin  əsərin mətninə 
artırdığı  “yaman”  sözü  döyüşçülərin müzəffər  yürüşünü, 
sür
ətlə  hücuma keçdiklərini göstərməklə  yanaşı,  bu 
hücumdan qor
xan  düşmənlərin vahiməsini də  bütünlüklə  
üz
ə çıxarır. 
İkinci  misalda  əsərin mətninə  sonradan  əlavə  olun-
muş cümlələr məqsəd  aydınlığı, fikir konkretliyi yaratmaq 
xatirin
ə  edilmişdir.  Belə  ki,  yeni  artırılmış  bu  əlavə  şərh 
müharib
əyə yalnız vəzifə xatirinə getmiş mənfi surət olan  
Cumanın  daxili  aləmini  açmış,  iyrənc məqsədini ortaya 
qoymuş,  Kəyana olan münasibətini  aydınlaşdırmışdır. 
Bununla b
ərabər, hadisələrin məzmununun  dərinləşmə-
sind
ə  və  tamamlanmasında  Cumanı  xəyanətə  sövq edən 
amill
ərin bədii dərkində də mühüm rol oynamışdır. 


Az
ərbaycan dili məsələləri 
 
183 
Fikrin tam v
ə  bitkin ifadə  edilməsi, müəllifin  əzər 
üz
ərində  sonradan  apardığı  yaradıcılıq  işində  mühüm və 
müst
əsna yer tutur.  Bu hal bədii təsvirlərin yenidən 
işlənməsi və  psixoloji  əhvali-ruhiyyənin daha sərrast 
n
əzərə  çarpdırılması  məqsədilə aparılan təshihlərdə xüsu-
sil
ə yaxşı görünür. 
Partizanlar orda-
burda  buzu  üçbucaq  şəklində  kəsir-
dil
ər, nemeslərin soldatla, komandirlə  dolu  maşınları, 
arabaları  düz  Azovun  dibinə  gedirdi (“Azərbaycan” 
jurnalı,  1964,  N  6,  səh.62); Partizanlar orda-burda buzu 
üçbucaq şəklində kəsirdilər: Elə kəsirdilər ki, bilinməsin,  
nemesl
ərin soldatla, komandirlə  dolu  maşınları,  arabaları 
bu k
əsiklərdə  batıb  düz Azovun dibinə  gedirdi  (4-cü 
kitab, s
əh.96). 
O, y
əs və  peşmanlıqla  Salavatı  süzdü,  gözü    onun 
kül
ək ağzına sataşımca tez başını aşağı salıb, nə isə bir şey 
k
əkələdi: 

Yoldaş...  yox  ey... bilmirəm sizə necə... (I kitab, I 
n
əşr,  səh.261);  -  Qulam yəslə  və  peşmanlıqla  Salavatı 
süzdü, gözü onun gül
ən ağzına sataşanda tez başını aşağı 
salıb, nə isə bir şey kəkələdi: 

Yoldaş... Yox ey ... bilmirəm sizə necə... 
-  M
ənə  kardaş  de,  biz  hamı  kardaşıq,  Əlhəm-
dülillah. Türkük (I kitab, 3-cü n
əşr, səh.212). 
M
əkan və  zaman dəqiqliyinə  əməl etmək, fabula 
ardıcıllığını  ciddi  şəkildə  gözləmək də  roman üzərində 
a
parılmnış sonrakı işin başlıca istiqamətlərindəndir. Təsvir 
olunan hadis
ənin baş verdiyi yeri, onun zamanını  düzgün 
göst
ərmək  əsərin məzmun və  ideyasının  dərindən  açıl-
masına böyük kömək edir. Buna görə də müəllif sonrakı iş 
prosesind
ə  əsərin mətninə  yeni  əlavələr etməyi zəruri 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə