40
VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA
Başqasının mal nişanı icazəsiz köçürülən mal kontrafaktura adlanır. Təəssüfl ər olsun
ki, Gürcüstanda tez-tez məhz belə bir mal satılır. Buna səbəb odur ki, Gürcüstana daxil olan
kontrafakturanın aşkarlanması (gömrükxanada) hələ ki, yalnız marağı olan şəxsin (mal nişanının
sahibinin) müraciəti əsasında baş verir. Əgər mal nişanının sahibi öz nişanını Gürcüstanda qey-
diyyatdan keçirə bilməmişdirsə və gömrükxanaya onun müdafi əsi tələbi ilə müraciət etməmişdirsə,
o zaman bu nişandan istifadə etməklə hazır kontrafaktura ölkəyə maneəsiz daxil olur. Hərçənd
gələcəkdə bu vəziyyət dəyişməlidir: Gürcüstanın gömrüyü kontrafakturanı öz təşəbbüsü ilə də
aşkarlaya bilər və gürcü bazarı saxta maldan daha yaxşı qoruna bilər.
İntellektual əmlakın maraqlı forması b.a. coğrafi qeydlərdir. Bunlar ərzaq məhsulunun
adlarıdır ki, istifadələrinə də yalnız bu məhsulun hazırlanması üçün təyin edilən konkret tələbə
əməl edildiyi halda, icazə verilir. Coğrafi qeydlərlə təyin edilən tələblər nəinki məhsulun
hazırlandığı materialı və texnologiyanı, eləcə də müvafi q xammalın əldə edildiyi və məhsulun
özünün də hazırlanmalı olduğu coğrafi sahəni müəyyənləşdirir. Bir qayda olaraq, bu coğrafi areal
həmin yerdir, harada məhsul ilk dəfə hazırlanmışdır və ya əvvəllər hazırlanırdı və məhsula onun
xüsusilə dəyərləndiyi xassələri (dadı, ətri) verir..
Avropa İttifaqında mindən çox coğrafi qeydlər qeydiyyatdan keçmişdir. Onların nümunəsidir:
“Şampan” şərabı (fransızca: Champagne), “Rokfor” pendiri (fransızca: Roquefort), “Bra” (italy-
anca: Bra), “Feta” (yunanca: Φέτα) və s. Coğrafi qeydlərlə qorunan Avropa məhsulunun etiketində
mütləq bu nişanlardan birinə təsadüf edə bilərsiniz:
Gürcüstanda, müdafi ə olunan coğrafi qeydlər kimi bir sıra gürcü şərabları (“Kindzma-
rauli”, “Axaşeni”, “Manavi” və s.), mineral sular (“Borjomi”, “Sairme”, „Nabeğlavi və s.”) və
gürcü mətbəxi üçün xarakterik bir neçə ərzaq məhsulu (məsələn: sulquni, çurçxela, qatıq, quda
(motal pendiri) və s.) qeydiyyatdan keçmişdir.
41
FƏSİL V. ƏMLAK
FƏRDİ MƏLUMATIN MÜHAFİZƏSİ
Yəqin ki, tez-tez reklam elektron ismarıcını və ya qısa mətn ismarıcını almısınız. Sualınız
yarana bilər ki, reklam şirkəti sizin telefon nömrənizi və ya elektron poçt ünvanınızı necə
öyrənmişdir?
İnsanın eyniləşdirmə (kimliyinin təyin edilməsinin) imkanını verən hər hansı bir məlumat
həmin şəxsin fərdi göstəricilərini təqdim edir. Fərdi məlumatlara, məsələn, sizin adınız və
soyadınız, şəxsi nömrəniz, yaşayış ünvanınız, mobil telefon nömrəsi, elektron poçt ünvanı,
fotoşəkil, barmaq izi, maaş, bank məlumatı, kredit kartının nömrəsi, sağlamlığın vəziyyəti
haqqında məlumat və s. aiddir.
Bu məlumat müxtəlif dövlət qurumları və təşkilatlarında saxlanılır: adınız və soyadınız,
şəxsi nömrəniz və fotoşəkil Vətəndaşlıq Reyestri Agentliyində, bank məlumatı və kredit kartın
nömrəsi hesab açdığınız bankda, mobil telefonunuzun nömrəsi sizə xidmət göstərən mobil tele-
fonlar şirkətinə məlumdur və s. Bundan başqa eyniləşdirmə və əlaqə məlumatlarımızı bir çox
hallarda oxuduğumuz, işlədiyimiz təşkilatlara veririk ki, hansına hər hansı bir ərizə ilə müraciət
edirik. Amma bütün bu təşkilatlar bizim fərdi məlumatlarımızı qorumalıdırlar, lazım olmadığı
halda isə - ləğv etməlidirlər və bizim razılığımız olmadan kənar şəxslərə (o cümlədən reklam
şirkətinə) verilə bilməz
BİLİRSİNİZMİ Kİ...
İntellektual əmlakı qeydiyyata alan orqanı Gürcüstanda intellectual əmlakın milli mərkəzi
“Sakpatent” təqdim edir. Qeydiyyatdan keçmiş intellektual əmlak haqqında müntəzəm olaraq
Sakpatentin elektron bülletenində dərc olunur (bax. http://sakpatenti.org.ge).
42
VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA
• Özəl və ictimai əmlak vardır.
• Özəl əmlak müstəsna və rəqabət qabiliyyətlidir.
• İctimai əmlakın istifadəsini dövlət tənzimləyir.
• Ümumi
istifadə resursu bir çox hallarda məhv edilir, çünki onu heç kim qorumur.
• Əmlak hüququ intellektual əmlaka da yayımlanır.
• Müəllifi n və ixtiraçının intellektual əmlaka hüquqları yalnız müəyyən müddətə olur.
YEKUN
Bəs o zaman, reklam şirkəti elektron poçt ünvanımızı və ya mobil telefon nömrəsini haradan
götürür?
İlk növbədə, bizim özümüzdən. Elə də nadir hal deyil ki, telefon nömrəmizi və ya elek-
tron poçt ünvanını hamı üçün açıq edirik, məsələn, feysbukda və ya hər hansı bir forumun açıq
yazışmasında. Açıq, ictimai məlumatdan faydalanmaq hüququna isə hamı malikdir. Bir çox
hallarda fərdi məlumatımızı mağazalara veririk , məsələn elektrik malını aldığımız mağazaya,
qeydiyyatdan keçdiyimiz müxtəlif internet səhifələrdə göstəririk. Bununla mağazanın/internet
səhifənin sahibinin artıq imkanı olur ki, reklam elanlarını bizə müntəzəm göndərsin.
Əgər reklam sms-i və ya elektron poçt ismarıcını almaq istəmirsinizsə, o zaman aldığınız
ismarıcın sonunda telefonu, internet linki axtarıb tapın ki, bunun vasitəsilə də abunənin ləğvi
(“Unsubscribe”, “sms off”) mümkündür. Əgər belə bir imkan ismarıcda göstərilmirsə, o zaman
bu, qanun pozuntusudur. Tənbəllik etməyin – belə bir pozuntular haqqında fərdi məlumatların
mühafi zəsi müfəttişinə bildirin, internet səhifəsində: http://personaldata.ge .
Dövlətin vəzifəli şəxslərinin fərdi məlumatı çox mühafi zə olunmur. Vəzifəli şəxsin
adı,soyadı, doğum tarixi, onun ailə üzvlərinin kimliyi və ailə əmlakı haqqında məlumat
hamı üçün açıqdır. Bu məlumatı vəzifəli şəxslər hər il İctimai xidmət bürosuna təqdim
edirlər. Vəzifəli şəxslərin əmlak deklarasiyaları internetdə, növbəti ünvanda əlçatandır:
https://declaration.gov.ge .
İQTİSADİ PRAKTİKUM
Şagirdin dəftərinə bax
Dostları ilə paylaş: |