Moqalaqe da ekonomika azeri indd


VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA               Başqasının  mal nişanı



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

40

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

  

  

  



  

 

Başqasının  mal nişanı  icazəsiz köçürülən mal kontrafaktura adlanır. Təəssüfl ər olsun 



ki, Gürcüstanda tez-tez məhz belə bir mal satılır. Buna səbəb odur ki, Gürcüstana daxil olan 

kontrafakturanın aşkarlanması (gömrükxanada) hələ ki, yalnız marağı olan şəxsin (mal nişanının 

sahibinin) müraciəti əsasında baş verir. Əgər mal nişanının sahibi öz nişanını Gürcüstanda qey-

diyyatdan keçirə bilməmişdirsə və gömrükxanaya onun müdafi əsi tələbi ilə müraciət etməmişdirsə, 

o zaman bu nişandan istifadə etməklə hazır kontrafaktura ölkəyə maneəsiz daxil olur. Hərçənd 

gələcəkdə bu vəziyyət dəyişməlidir: Gürcüstanın gömrüyü kontrafakturanı öz təşəbbüsü ilə  də 

aşkarlaya bilər və gürcü bazarı saxta maldan daha yaxşı qoruna bilər.

İntellektual  əmlakın maraqlı forması b.a. coğrafi   qeydlərdir. Bunlar ərzaq məhsulunun 

adlarıdır ki, istifadələrinə də yalnız bu məhsulun hazırlanması üçün təyin edilən konkret tələbə 

əməl edildiyi halda, icazə verilir. Coğrafi   qeydlərlə  təyin edilən tələblər nəinki məhsulun 

hazırlandığı materialı  və texnologiyanı, eləcə  də müvafi q xammalın  əldə edildiyi və  məhsulun 

özünün də hazırlanmalı olduğu coğrafi  sahəni müəyyənləşdirir. Bir qayda olaraq, bu coğrafi  areal 

həmin yerdir, harada məhsul ilk dəfə hazırlanmışdır və ya əvvəllər hazırlanırdı və məhsula onun 

xüsusilə dəyərləndiyi xassələri (dadı, ətri) verir..

Avropa İttifaqında mindən çox coğrafi  qeydlər qeydiyyatdan keçmişdir. Onların nümunəsidir: 

“Şampan” şərabı (fransızca: Champagne), “Rokfor” pendiri (fransızca: Roquefort), “Bra” (italy-

anca: Bra), “Feta” (yunanca: Φέτα) və s. Coğrafi  qeydlərlə qorunan Avropa məhsulunun etiketində 

mütləq bu nişanlardan birinə təsadüf edə bilərsiniz:

 

 Gürcüstanda, müdafi ə olunan coğrafi  qeydlər kimi bir sıra gürcü şərabları (“Kindzma-



rauli”, “Axaşeni”, “Manavi” və s.), mineral sular (“Borjomi”, “Sairme”, „Nabeğlavi və s.”) və 

gürcü mətbəxi üçün xarakterik bir neçə ərzaq məhsulu (məsələn: sulquni, çurçxela, qatıq, quda 

(motal pendiri) və s.) qeydiyyatdan keçmişdir.



41

 FƏSİL V. ƏMLAK



FƏRDİ MƏLUMATIN MÜHAFİZƏSİ

Yəqin ki, tez-tez reklam elektron ismarıcını və ya qısa mətn ismarıcını almısınız. Sualınız 

yarana bilər ki, reklam şirkəti sizin telefon nömrənizi və ya elektron poçt ünvanınızı necə 

öyrənmişdir? 

İnsanın eyniləşdirmə (kimliyinin təyin edilməsinin) imkanını verən hər hansı bir məlumat 

həmin  şəxsin  fərdi göstəricilərini  təqdim edir. Fərdi məlumatlara, məsələn, sizin adınız və 

soyadınız,  şəxsi nömrəniz, yaşayış ünvanınız, mobil telefon nömrəsi, elektron poçt ünvanı, 

fotoşəkil, barmaq izi, maaş, bank məlumatı, kredit kartının nömrəsi, sağlamlığın vəziyyəti 

haqqında məlumat və s. aiddir.

 Bu məlumat müxtəlif dövlət qurumları  və  təşkilatlarında saxlanılır: adınız və soyadınız, 

şəxsi nömrəniz və fotoşəkil Vətəndaşlıq Reyestri Agentliyində, bank məlumatı və kredit kartın 

nömrəsi hesab açdığınız bankda, mobil telefonunuzun nömrəsi sizə xidmət göstərən mobil tele-

fonlar  şirkətinə  məlumdur və s. Bundan başqa eyniləşdirmə  və  əlaqə  məlumatlarımızı bir çox 

hallarda oxuduğumuz, işlədiyimiz təşkilatlara veririk ki, hansına hər hansı bir ərizə ilə müraciət 

edirik. Amma bütün bu təşkilatlar bizim fərdi məlumatlarımızı qorumalıdırlar, lazım olmadığı 

halda isə - ləğv etməlidirlər və bizim razılığımız olmadan kənar  şəxslərə (o cümlədən reklam 

şirkətinə) verilə bilməz

BİLİRSİNİZMİ Kİ... 

İntellektual əmlakı qeydiyyata alan orqanı Gürcüstanda intellectual əmlakın milli mərkəzi 

“Sakpatent” təqdim edir. Qeydiyyatdan keçmiş intellektual əmlak haqqında müntəzəm olaraq 

Sakpatentin elektron bülletenində dərc olunur (bax. http://sakpatenti.org.ge).




42

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

• Özəl və ictimai əmlak vardır. 

• Özəl əmlak müstəsna və rəqabət qabiliyyətlidir. 

•  İctimai əmlakın istifadəsini dövlət tənzimləyir. 

• Ümumi 


istifadə resursu bir çox hallarda məhv edilir, çünki onu heç kim qorumur.

•  Əmlak hüququ intellektual əmlaka da yayımlanır.

• Müəllifi n və ixtiraçının intellektual əmlaka hüquqları yalnız müəyyən müddətə olur.

YEKUN

Bəs o zaman, reklam şirkəti elektron poçt ünvanımızı və ya mobil telefon nömrəsini haradan 

götürür?

İlk növbədə, bizim özümüzdən. Elə  də nadir hal deyil ki, telefon nömrəmizi və ya elek-

tron poçt ünvanını hamı üçün açıq edirik, məsələn, feysbukda və ya hər hansı bir forumun açıq 

yazışmasında. Açıq, ictimai məlumatdan faydalanmaq hüququna  isə hamı malikdir. Bir çox 

hallarda fərdi məlumatımızı mağazalara veririk , məsələn elektrik malını aldığımız mağazaya, 

qeydiyyatdan keçdiyimiz müxtəlif internet səhifələrdə göstəririk. Bununla mağazanın/internet 

səhifənin sahibinin artıq imkanı olur ki, reklam elanlarını bizə müntəzəm göndərsin. 

Əgər reklam sms-i və ya elektron poçt ismarıcını almaq istəmirsinizsə, o zaman aldığınız 

ismarıcın sonunda telefonu, internet linki axtarıb tapın ki, bunun vasitəsilə  də abunənin ləğvi 

(“Unsubscribe”, “sms off”) mümkündür. Əgər belə bir imkan ismarıcda göstərilmirsə, o zaman 

bu,  qanun pozuntusudur. Tənbəllik etməyin – belə bir pozuntular haqqında fərdi məlumatların 

mühafi zəsi müfəttişinə bildirin, internet səhifəsində: http://personaldata.ge .

 

Dövlətin vəzifəli  şəxslərinin fərdi məlumatı çox mühafi zə olunmur. Vəzifəli  şəxsin 



adı,soyadı, doğum tarixi, onun ailə üzvlərinin kimliyi və ailə  əmlakı haqqında məlumat 

hamı üçün açıqdır. Bu məlumatı  vəzifəli  şəxslər hər il İctimai xidmət bürosuna təqdim 

edirlər. Vəzifəli  şəxslərin  əmlak deklarasiyaları internetdə, növbəti ünvanda əlçatandır: 

https://declaration.gov.ge .



İQTİSADİ PRAKTİKUM

Şagirdin dəftərinə bax


Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə