Moqalaqe da ekonomika azeri indd



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

37

 FƏSİL V. ƏMLAK

İnsanların əmlakında olan mal, bir qayda olaraq, müstəsnadır və rəqabət qabiliyyətlidir. Əgər 

malın bu xüsusiyyəti yoxdursa, o zaman o, ümumi, ictimai istifadədə qalır.

Bunun səbəblərini təhlil edək.

Yuxarıda qeyd etdiyimiz kimi, əmlakın mahiyyəti ondadır ki, əmlakçının başqa tərəfl ərin 

onun əşyasının istifadəsinə yol verməməsinə imkanı var. Müstəsna mal imkanı buna imkan verir. 

Məsələn, belə ki: yeyinti məhsulları, paltar, şəxsi  əşyaları, evimizdəki mebel – biz asanlıqla 

başqa şəxslər tərəfi ndən onların istifadəsinin qarşısını ala bilərik. Əmlakımızla daim təmasımız 

olmadığımız halda, iş bir qədər mürəkkəb olur, məsələn, evinizdən aralıda yerləşən ailənizə aid 

olan torpaq sahəsi. Belə halda, əmlakımızın müdafi əsində bizə bu və ya digər torpaq sahəsinin 

kimə aid olduğu sənədi saxlanılan dövlət yardım edəcəkdir, Gürcüstanın İctimai Reyestrinin Milli 

Agentliyi internet səhifəsində (https://napr.gov.ge). Burada torpağın bütün sahələrinin sərhədləri 

və bu sahələrin sahibi göstərilən xəritə yerləşdirilmişdir.  İctimai Reyestrdə, eləcə  də torpaqda 

mövcud bütün tikililərin və onun sahibi haqqında məlumat saxlanılır. Daşınmaz əmlakın (torpaq, 

tikili) haqqında İctimai Reyestrdə mühafi zə olunan sənədlər şəxsin əmlakının danılmaz sübutu 

hesab edilir. 

Rəqabət qabiliyyətinə  gəldikdə isə, yuxarıda gördüyümüz kimi, rəqabət qabiliyyəti olma-

yan əşyalar/xidmət bütün arzu edənlər üçün eyni şəkildə əlçatandır. Bunun üçün də onları əldə 

etməyin mənası yoxdur. Başqalarından onların mühafi zəsinin mənası da yoxdur, - eyni şəkildə 

və sərbəst əlçatan resursu heç kim əlinizdən almır. Müvafi q olaraq, belə bir əşyaya/resursa əmlak 

hüququnu heç kim əldə etmir. 

Malın müstəsna olduğu, amma rəqabət qabiliyyəti olmadığı hal da maraqlıdır. Belə bir 

misal suyun, qazın, elektrik enerjisinin çatdırılmasıdır.  Şəxs tərəfi ndən bu xidmətin qəbulunun 




38

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

qarşısının alınması asandır, - əgər 

istehlakçı resursların çatdırılmasının 

qiymətini ödəmirsə, o zaman onun 

çatdırılmasını dayandırırlar. 

Amma resursun istifadəçiləri 

arasında  rəqabət yoxdursa, -  bütün 

istifadəçilər üçün əlçatandır və  hər 

hansı birinin əlavə edilməsi və ya 

                        söndürülməsini başqa istehlakçılar hiss etmirlər.

Özəl əmlak hüququnu dövlət təmin edir və qoruyur. Bu onu bildirir ki, məsələn, əgər kimsə 

əmlaka müdaxilə edərsə, - xarab edərsə, zərər yetirərsə və ya dağıdarsa yaxud da ələ keçirərsə, 

oğurlayarsa, aldatma ilə ələ keçirərsə, - mənim hüququm var ki, bu müdaxiləni dayandırım və vu-

rulan ziyanı mənə ödəsinlər. Mənim hüquqlarımın müdafi əsində müxtəlif dövlət orqanları mənə 

köməklik edirlər: polis oğruları  və  fırıldaqçıları tutur, vandalizmin qarşısını alır (digər  əmlaka 

ziyan vurulması), məhkəmə vətəndaşların şikayətlərini diqqətlə təhlil edir, təhqir edilmiş əmlakın 

bərpası üçün qərarlar qəbul edir, zərərçəkmiş tərəfi n aldığı kompensasiya ölçüsünü təyin edir və 

bu qərarın icrasını təmin edir. 

Dövlət eləcə də vətəndaşların özəl əmlakında olmayan ümumi resursların və əmlakın üzərində 

sərəncam verir. Belələridir: meşələr, ümumi otlaqlar, qoruq əraziləri, dəniz və çaylar, yollar, 

küçələr, skverlər və parklar və s. Onlardan bütün vətəndaşlar istifadə edirlər. Bəzi hallarda, bizim 

eləcə də ümumi istifadə olunan ərazilərdən meyvənin və ya resursun əldə edilməsi hüququmuz 

da var (məsələn, meşədə göbələk, giləmeyvə və ya kötük yığılması, çayda və ya dənizdə balıq 

tutulması, inəyin ümumi otlaqda otlaması), amma bəzi hallarda bu da qadağandır (məsələn qoruq 

ərazilərdə) və ya icazənin alınması ilə və müəyyən ödənişlə (məsələn: ağac-meşənin doğranması, 

ağ şamın qozalarının toplanılması, faydalı qazıntıların çıxarılması) əlaqədardır.

Müstəsnadır

Müstəsna deyil

RRəqabət qabiliyyətli

Özəl əmlak

Şəxsi əşyalar, yeyinti 



Ümumi resurs

Çayda tutulan balıq 



Rəqabət qabiliyyətli 

deyil

Təbii monopoliya

Qaz təchizatı, elektrik enerji-

sinin çatdırılması 

İctimai istifadə 

Küçə  işıqlandırılması, dövlət 

müdafi əsi 



39

 FƏSİL V. ƏMLAK



İNTELLEKTUAL ƏMLAK

Əmlak hüququ nəinki  əşyalara, eləcə  də insanın  fi krinə, onun yaradıcılıq məhsuluna 

yayımlanır. Məsələn: ixtiraya, ədəbi  əsərlərə,  şəklə, fotoşəklə. Bu hüquq intellektual  əmlak 

hüququ adlanır və o, əsərin və ya ixtiranın müəllifi nə aiddir.

İntellektual əmlakın hüququ, ilk növbədə, əsərin və ya ixtiranın müəllifi nin adını qoruyur, - 

ondan başqa digər şəxsin müəllif kimi adlandırılmasına icazə verilmir. Bundan 

başqa, intellektual əmlak onun sahibinin hüququnu nəzərdə tutur ki, eksklüziv 

(yəni yalnız o) olaraq bu əmlakdan iqtisadi mənfəət alsın. Məsələn, müəllif 

ədəbi  əsərini kitab kimi dərc edə bilər, ixtira patentinin sahibi öz ixtirasının 

vasitəsilə istehsalın effektivliyini artıra, yeni məhsulu istehsal edə və sata bilər 

və s.  Amma belə bir hüquqlar müddətsiz deyil. Əsər üzərində əmlak hüquqları 

onun müəllifi nin  həyatı boyunca və bundan sonra onun nəslinin, müəllifi n 

ölümündən 70 il ərzində vardır. Bu müddət keçdikdən sonra əsər ictimai əmlak olur – onun bütün 

könüllüləri dərc edə və sata bilər (hərçənd müəllifi n adının çəkilməsi məcburi deyil). Məsələn, 

2014-cü ilin avqustun 1-də Antuan De Sent Eqzyuperin əsəri ictimai 

oldu – çünki müəllif 70 il əvvəl, 1944-cü ilin iyulun 31-də  vəfat 

etmişdir. 

İxtiraya gəldikdə isə, yalnız həmin halda qorunur, əgər onun 

müəllifi   fövqəladə orqanda qeydiyyatdan keçmiş  və qeydiyyat 

arayışını – patenti  almışdır. Patentin sahibinin iqtisadi hüquqları 

olduqca məhduddur – ixtira halında 20 ildir, b.a. “faydalı model” 

halında (məsələn, ayaqqabının, zinət əşyalarının, avtomobilin yeni 

dizaynı) – 8 il. Bu müddət  ərzində patent sahibi başqa  şəxslərin 

onun patentinin istifadəsinə lisenziya verə bilər (sata bilər). Belə 

bir lisenziya xaricində başqa patentlə müdafi ə olunan ixtiranın və ya dizaynın istifadəsi qadağan 

edilir.  Amma əgər müəllif ixtirasının bir neçə il ərzində nə özü istifadə edir və heç başqalarına 

da imkan verirsə (satmır və ya düşüncəsiz qiymətə patentin istifadəsi lisenziyasını satır), o za-

man dövlət onun ixtirasının lisenziyasını müəllifdən soruşmadan verir, amma müəllif bu zaman 

düşüncəli məbləğini yenə də alır. 

İntellektual əmlak hüququ eləcə də mal nişanlarına yayımlanır. Mal nişanı məhsulun brend 

adı və ya başqa nişanlardır (şəkil, tərtibat, qablaşdırma)  və  bunlarla  bu və ya digər məhsulu 

seçirik (əgər onları məhsulun istehsalçıları qeydiyyatdan keçirirsə). Məsələn, 

Gürcüstanda qeydiyyatdan keçmiş malların nişanlarıdır:

Coca-Cola, Fanta (alkoqolsuz içkilər), BİC (britvalar və trikotaj 

parçası), Nivea (parfümeriya), Fairy (yuyucu vasitələr),  Stihl (cihazlar), 

Head&Shoulders (kosmetika və parfümeriya), Toyota (avtomobillər və onların 

hissələri) və s.

  

  



 

Müəllif hüququnun 

nişanı

Qeydiyyatdan keçmiş 

mal işarəsinin qeydi


Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə