Moqalaqe da ekonomika azeri indd


 FƏSIL IV. BAZAR UĞURSUZLUQLARI MƏHSULUN TƏHLÜKƏSİZLİYİ



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

31

 FƏSIL IV. BAZAR UĞURSUZLUQLARI



MƏHSULUN TƏHLÜKƏSİZLİYİ 

İstehlakçının bazara etibar etməsi üçün bazarda satılan məhsulun təhlükəsiz olmasına əmin 

olmalıdır. Amma təhlükəsizlik onu bildirmir ki, məhsul heç bir şərtdə ziyan vurmasın. İstənilən 

bir əşya məqsədsiz və ya səhv istifadə edildikdə ziyan gətirə bilər. Məsələn, bıçaqla əlimizi kəsə 

bilərik, çaydanda qaynayan su ilə özümüzü yandıra bilərik,  şüşə  əlimizdən düşə bilər, qırılıb 

ayağımızı yaralaya bilər və s. Hərçənd bu onu bildirmir ki, bu əşyalar təhlükəsiz deyillər. Hər 

bir  əşyanın düşünülmüş istifadəsinin yazılmamış, ümumi tanınmış qaydaları vardır.  Əşyanın 

təhlükəsiz olması haqqında deyiləndə, məhz bu qaydalara əməl edilməsi ilə təhlükəsizlik nəzərə 

alınır. Yəni əşya onun adi, düşüncəli, təyinatı üzrə istifadəsində təhlükəsiz olmalıdır. 

Avropa  İttifaqı ilə assosiasiyalı razılığa uyğun olaraq, Gürcüstanda tezliklə  ərzağın 

etiketləşdirilməsinin Avropa qaydaları tətbiq ediləcəkdir.

Bu qaydalara əsasən,  ərzaq üzərində iki müxtəlif növdə yararlılıq müddətinin 

göstərilməsindən istifadə olunacaq:

„Best before“ (ing. „Buna qədər yaxşıdır“) və

„Use by“ (ing. „buna qədər istifadə edin“). 

Onların arasında hansı fərq vardır? 

„Use by“ („buna qədər istifadə edin“) 

müddət tez xarab olan məhsullara yazılır (ət 

məhsulları,   süd məhsulları, yumurta və yu-

murtadan ibarət məhsullar və s.). Bu müddət 

keçdikdən sonra ərzaq məhsulunun istifadəsi  

təhlükəli ola bilər, - xarab ola bilər və onun istifadəsi sağlamlığınız üçün zərər verə bilər, 

buna görə də yadınızda saxlayın: əgər məhsulun üzərində “Use by” tarixi göstərilmişdirsə, 

o zaman bu tarix bitdikdən sonra məhsuldan istifadə etmək olmaz! Bundan başqa, üzərində 

“Use by” tarixi göstərilən məhsullar, bir qayda olaraq, soyuducuda saxlanılmalıdırlar.

Qalan bütün ərzaq məhsulları üzərində 

(məsələn, sərinləndirici içkilər, peçenye, çay, 

qəhvə, şəkər və s.) “Best before” („buna qədər 

yaxşıdır“) tarixi yazılır. Bu müddətin keçməsi 

məhsulun sağlamlıq üçün təhlükəli olduğunu 

bildirmir. O, bu müddətə  qədər məhsulun öz 

keyfi yyət xassələrini tam qoruyub saxladığını 

bildirir (qoxusunu, dadını, ətrini və s.), buna görə də onu qablaşdırma üzərində verilən müddətə 

qədər istifadə etməyimiz yaxşı olardı. Unutmayın ki: “Best before” müddəti keçdikdən sonra 

məhsuldan istifadə etmək olar, amma yeni məhsulla müqayisədə, onun keyfi yyəti aşağı olur.



32

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

Əgər əşyanın hamı üçün məlum olmayan mürəkkəb istifadə qaydaları vardırsa, o zaman onu 

həmin qaydalar təsvir edilən gürcüdilli təlimat müşaiyət etməlidir. Belə birinin olmadığı halda, 

satış zamanı satıcı (və ya mağazanın konsultantı) alıcıya bu qaydaları ətrafl ı izah etməli və lazım 

gəldiyi halda, yazmalıdır da.

Kim təmin etməlidir ki, satışa çıxarılan məhsul istehlakçı üçün təhlükəsiz olmalıdır?  İlk 

növbədə, onun istehsalçısı.  İstehsalçı borcludur ki, onun tərəfi ndən istehsal edilən məhsulun 

təhlükəsizliyinə  əmin olsun. Dövlət isə bazar nəzarəti xidmətinin vasitəsilə yoxlamalıdır ki, 

istehsalçılar bu öhdəliyi necə yerinə yetirirlər. Təəssüfl ər olsun ki, hal-hazırda Gürcüstanda belə bir 

xidmət mövcud deyil. Müvafi q olaraq, istehsalçıların məhsulun təhlükəsizlik tələbinə əməl edib-

etmədikləri heç kim tərəfi ndən yoxlanılmır. Ərzaq istisna halı təqdim edir, onun təhlükəsizliyinə 

nəzarət Gürcüstanda Milli Ərzaq Agentliyi tərəfi ndən həyata keçirilir. 

Avropa İttifaqı ilə assosiasiyalı razılığa əsasən, Gürcüstanda tezliklə bazara nəzarət xidməti 

fəaliyyətə düşəcəkdir və bazarda yerləşdirilən başqa istehlak mallarının da təhlükəsizliyinə 

nəzarət edəcək. 



KEYFİYYƏT İNFRASTRUKTURU

Sertifi kat orqanı

Sertifi kat

Nəticə


Laboratoriya

Standart


Standart

Standart


Standart

Standart


Standartlaşdırılma

Akkreditasiya orqanı

Akkreditasiya

Metrologiya

Kalibrovka

Bazar 


müşahidəsi

Texniki 


reqla-

ment


Akkreditasiya


33

 FƏSIL IV. BAZAR UĞURSUZLUQLARI

Məhsulunun təhlükəsizliyini möhkəmləndirmək üçün istehsalçı standartlaşdırma-

sertifi katlaşdırma (və onlarla əlaqədar) təşkilatlarının tam sistemindən istifadə edə bilər ki, bu da 

keyfi yyət infrastrukturu adlanır (sxemə baxın).

Sxemdən göründüyü kimi, istehsalçı b.a. sertifi kat  orqanını (özəl və ya dövlət təşkilatı) 

icarəyə götürə  bilər ki,  bu da istehsal prosesinin və ya məhsulun bu və ya digər tələblərə uyğun 

olub-olmadığını yoxlayır (müntəzəm olaraq və o cümlədən gözlənilmədən də) və  məhsulun 

təhlükəsizliyini təsdiq etmək üçün müvafi qlik  sertifi katını verir. Bu sertifi katın etibarlı olub-

olmadığını yoxlamaq üçün bütün ölkələrdə belə adlanan akkreditasiya orqanları yaradılır ki, onlar 

da müntəzəm olaraq (o cümlədən gözlənilmədən) sertifi kat orqanlarını yoxlayırlar. Akkreditasiya 

Milli orqanları akkreditasiyanın vahid, beynəlxalq sisteminə qoşulmuşlar ki, burada da müntəzəm 

olaraq onların etibarlılığı yoxlanılır. 

İstehsalçı yalnız hökumət tərəfi ndən təyin edilən və yoxlanılan tələblərə əməl etməlidir. Bu 

tələblər texniki reqlament adlandırılır. Onlar məhsulun təhlükəsizlik ölçülərini təyin edirlər. Bu və 

ya digər standart isə bu tələbin yerinə yetirilməsinin vasitəsidir. Məsələn, icbari texniki tələbdir 

ki, elektrik malının xarici korpusuna toxunduqda istehlakçını elektrik vurmasın. Bu tələbin necə 

yerinə yetirilməsi isə müxtəlif standartlarda tam fərqli yazılmışdır. 

Standartın seçimində istehsalçının azad olmasına baxmayaraq, artıq seçilmiş standarta 

diqqətlə əməl etməlidir. Başqa cür o, sertifi kat əldə edə bilməyəcəkdir. 

Bəzi məhsullar üçün (məsələn, elektrik malı, tikinti materialları, liftlər, kanat yolları, tibbi 

qurğular, oyuncaqlar, pirotexnika) Avropa İttifaqı  əlavə  təhlükəsizlik tələblərini təyin etmişdir. 

Bu tələblərə cavab verən malın üzərinə “CE” işarəsi qoyulur. Bu tələblər 

yavaş-yavaş, gürcü qanunvericiliyinə də keçir.

Nəzərə almaq lazımdır ki, istehsalat nə  qədər yoxlanılmış  və 

sertifi katlaşdırılmış olsa da, nadir hallarda, amma yenə də səhvlərə yol 

verilə bilər ki, nəticədə  də  məhsulun nöqsanı  əmələ  gələ bilər.  Əgər 

bu nöqsanın nəticəsində  məhsul öz funksiyasını yerinə yetirə bilmirsə, o zaman istehlakçının 

tələbi ilə istehsalçı (satıcı) satılan malı təmir etməli və ya dəyişdirməlidir. Noüsanın məhsulun 

təhlükəsizliyinə aid olduğu və belə bir məhsulun istifadəsi nəticəsində istehlakçının zərər çəkdiyi 

halda isə, məhsulun istehsalçısı və ya ixracatçısı istehlakçıya bu ziyanı ödəməlidir.



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə