Moqalaqe da ekonomika azeri indd



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

55

FƏSİL VII. BEYNƏLXALQ TICARƏT

Proteksionist siyasəti XX əsrin birinci yarısında çox məşhur idi və ona demək olar ki

bütün ölkələr müraciət edirdilər. 1947-ci ildə ölkələrin gömrük tarifl əri orta hesabla 40%-I 

təşkil edirdilər. Eləcə  də idxalın məhdudiyyət kvotaları  və lisenziyaları ilə  və daxili istehsalın 

köməkliyinin müxtəlif tədbirlərindən istifadə edilirdi. 

İkinci Dünya müharibəsindən sonra, ölkələrin əksəriyyətinin iqtisadiyyatının müharibədən 

sonra bərbad olduğu zaman əhali aclıq vəziyyətində idi və ticarətin genişləndirilməsi xaricində 

vəziyyətin dərhal düzəldilməsi mümkün deyildi. Elə bu zaman 23 ölkə arasında ticarət və tarifl ər 

haqqında Əsas Saziş bağlandı  (General Agreement on Tariffs and Trade, qısa adı - GATT, 1948-ci 

ilin yanvarın 1-dən qüvvəyə minmişdir). Bu saziş əsasında idxal kvotaları ləğv olundu, gömrük 

tarifl əri mərhələlərlə azaldıldı və daxili istehsalatın dəstəkləndirilməsi tədbirləri məhdudlaşdırıldı. 

Eləcə də idxal olunan məhsullar üçün (xaricinin diskriminasiyası) fərqli tələblərə qadağa qoyuldu, 

- ölkədə təyin edilən tələblərin həm xarici və eləcə də daxili mallara eyni şəkildə yayımlanması 

təsis edildi.

GATT sazişi tərəfi ndən keçirilən ölçülərin nəticəsində ona üzv olan ölkələr arasında ticarət 

çox artdı ( 40 il ərzində  təxminən 10 dəfə artdı), bu da həmin ticarətdə  iştirak edən ölkələrin 

iqtisadiyyatını sürətli reabilitasiyası və görünməmiş inkişafına səbəb oldu və onların əhalisinin 

fi ravan həyatına da dəstək verdi. Müvafi q olaraq ölkələrin bu razılaşmada iştirak etmək marağı da 

artdı.  GATT üzvlərinin sayı 1994-cü il üçün artıq 128 ölkəni təşkil edirdi.



Diaqram: Ölkələr arasında  ticarətin (qırmızı əyri xətt) və ölkələrin iqtisadiyyatının  

(qara əyri xətt) XX əsrdə artımı.  (şaquli şkala loqaritmikdir)

Mənbə: https://www.wto.org/




56

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

Bu nailiyyətin fonunda 1995-ci ildə GATT-razılığı WTO sazişinə keçdi və onun miqyasları 

daha genişdir və  təkcə  məhsulu deyil, eləcə  də xidmət sahələrini də  təşkil edir. Bundan başqa 

WTO sazişi intellektual əmlakın qorunmasını, rəqabətin müdafi ə  tədbirlərini, subsidiyaların 

məhdudlaşdırılmasını, dövlət alqı-satqılarının şəffafl ığını nəzərdə tutur. Kənd təsərrüfatı məhsulu 

ilə alış-verişin daha açıq və azad olması üçün danışıqlar mərhələlərlə davam etdirilir. 

WTO-Sazişi ilə eləcə də b.a. texniki sədlərin – yəni məhsul üçün təyin edilən texniki tələblərin 

sərhədləri təsis edildi. WTO-ya üzv olan ölkələrə özünü doğrultmayan texniki tələblərin təsis 

edilməsi qadağan edildi. Texniki tələblərin təsis edilməsinin özünü doğruldan, legitim səbəbləri 

kimi hesab edilir: milli təhlükəsizlik, insanların sağlamlığının müdafi əsi, ətraf mühitin mühafi zəsi, 

istehlakçıların aldadılmadan və ya çaşdırılmasından müdafi ələri. Digər, özünü doğrultmayan 

səbəblərlə  təsis edilmiş  məhdudiyyət proteksionizmin gizli həyata keçirilməsi hesab edilir. 

Maraqlı  tərəf (ölkə) WTO-nun mübahisələrin təhlili oqranına hər hansı bir ölkə  tərəfi ndən bu 

və ya digər mala özünü doğrultmayan texniki tələblərin təsis edilməsi üçün şikayət edə bilər. 

Mübahisələrin təhlili orqanının qərarı mütləq yerinə yetirilməlidir  - müəyyən müddət  ərzində 

ölkə mal üçün təsis edilən texniki tələbləri WTO qaydalarına uyğun etməlidir. 

Səs-küyə səbəb olan mübahisələrdən biri Dünya Ticarət Təşkilatı hüdudlarında, gene-

tik modifi kasiyalı orqanizmlərə (GMO) aid idi. Genetik modiifi kasiya olunmuş orqanizmlər 

(bitkilər, mikroorqanizmlər) ərzaq məhsullarının qəbul edilməsi üçün istifadə oluna bilər və 

belə bir fi kir  vardır ki, belə bir ərzaq insanların sağlamlığı üçün zərərli ola bilər. Amma 

bu  fi kir  lazımi elmi məlumatlarla hələ ki, əsaslandırılmamışdır. Buna baxmayaraq, 1999-

cu ildə Avropa İttifaqı GMO-ərzağın idxalına müvəqqəti moratorium (qadağa təsis etdi). 

2003-cü ildə ABŞ, Kanada və Argentina (GMO-ərzağını istehsal edən ölkələr) idxalın 

məhdudiyyətinin bu ölçüsünü WTO-nun mübahisələrin təhlili orqanında  şikayətləndirdi. 

Sonralar şikayətə GMO-ərzaq istehsalçılarının digər ölkələri də qatıldılar: Avstraliya, Yeni 

Zellandiya, Braziliya, Hindistan və Meksika. 2006-cı ildə WTO mübahisələrin təhlili orqanı 

nəticə  çıxardı ki, Avropa İttifaqı  tərəfi ndən təsis edilmiş moratorium özünü doğrultmayan 

texniki məhdudiyyət idi. 

Belə ki, genetik modifi kasiya  olunmuş  ərzağın Avropa İttifaqına idxalı qadağan 

edilməmişdir.  Amma satış zamanı bu ərzağın etiketində GMO etiketi göstərilməlidir. Gür-

cüstanda da analoji qayda fəaliyyətdədir – genetik modifi kasiya  olunmuş orqanizmlərdən 

hazırlanmış ərzağın etiketində GM işarəsi icbaridir. Genetik modifi kasiya olunmuş bitkilərin 

səpilməsi/əkilməsi və ya başqa cür ətraf mühitə daxil edilməsi Gürcüstanda qadağandır. 

Nəzərə alın: mediyada və sosial şəbəkələrdə tez-tez genetik modifi kasiya  olunmuş 

orqanizmlər haqqında yanlış  və yoxlanılmamış  məlumat yayılır. Məlumatın yoxlanılması 

məqsədilə xahiş edirik GMO-kompasından istifadə etməyinizi xahiş edirik:  www.gmo-com-

pass.org .




57

FƏSİL VII. BEYNƏLXALQ TICARƏT

Hal-hazırda  Dünya Ticarət Təşkilatının ətrafında 184 ölkə birləşmişdir. Bunların arasında 162 

ölkə tamhüquqlu üzvlərdir (WTO-tələblərinə  əməl edir, səs hüququ ilə görüşlərdə/danışıqlarda 

iştirak edir), 22 ölkənin isə müşahidəçi statusu vardır (səs hüququ yoxdur və WTO tələblərini 

yerinə yetirməli deyil, amma danışıqlarda iştirak edə bilər).

2000-ci ilin iyunun 14-dən Gürcüstan Dünya Ticarət Təşkilatının tamdəyərli üzvüdür. 2006-

cı ildən ölkə faktiki olaraq gömrük sədlərini ləğv edərək gömrük tarifl ərini çox azaltdı. İdxalın 

maksimal ödənişi hal-hazırda 12%-dir. Bir çox məhsulun idxalına isə sıfır tarifi  fəaliyyətdədir.  

2014-cü ildə Avropa İttifaqı  və Gürcüstan arasında assosiasiya edilmiş saziş hüdudlarında 

Avropa İttifaqı və Gürcüstan arasında b.a. “Dərin və ətrafl ı azad ticarət sazişi” (Deep and Com-

prehensive Free Trade Agreement, qısa olaraq DCFTA) bağlandı. Bu saziş WTO sazişinin 

genişləndiriməsini təqdim edir və onun hüdudlarında Avropa İttifaqı və Gürcüstan arasında ticarət 

daha açıq və azad oldu. Amma bunun üçün Gürcüstanın qanunvericilik və normativ bazasının 

qaydaya salınması, ərzağın zərərsizliyi və ümumiyyətlə, məhsulun təhlükəsizliyinin təminatı, in-

tellektual əmlakın lazımi şəkildə müdafi əsi və Sazişdə yazılmış digər tələblərin yerinə yetirilməsi  

vacibdir ki, bununla da gürcü qanunvericiliyi Avropa İttifaqı qanunvericiliyinə yaxınlaşacaqdır. 

Bu dəyişikliklər yaxın 8-10 il ərzində  həyata keçirilməlidir. Bunların nəticəsində Gürcüstanda 

Avropa İttifaqının bazar tələbləri ilə bir araya gələn ticarət sistemi formalaşacaqdır ki, bu da həm 

gürcü istehsalçılarına (onlar Avropaya öz məhsullarını daha asanlıqla çıxara biləcəklər), eləcə də 

gürcü istehlakçılarına (malın daha çox seçimi, daha yaxşı keyfi yyət, istehlakçıların maraqlarının 

daha yaxşı nəzərə alınması/qorunması) və ümumilikdə, cəmiyyətə fayda verəcəkdir.



WTO-üzvləri

WTO-müşahidəçiləri

Digərləri


Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə