Moqalaqe da ekonomika azeri indd


VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA Mütləq üstünlük –



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

52

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA



Mütləq üstünlük – 

istehsalçının məhsulu 

başqasından daha az 

xərclərlə istehsal etmə 

qabiliyyəti. 

Nisbi üstünlük – 

istehsalçının bacarığı 

ki, məhsulu daha az 

alternativ xərclərlə 

istehsal etsin, nəinki 

başqaları. 



Proteksionizm 

siyasəti - daxili 

bazarın importdan 

müdafi ə siyasəti.

Alternativ xərc 

(Opportunity cost) 

başqa birini qəbul 

etmək üçün güzəşt 

etdiyimiz nə isə. 

XVIII  əsrin görkəmli iqtisadçısı  Adam Smit mütləq 

üstünlüyü belə  təsvir edirdi: “Hər bir ağıllı ailə başçısının 

əsas prinsipi odur ki, alınması daha ucuz başa gələni evdə 

düzəltməyə çalışmasın. Dərzi öz ayaqqabısını tikməyə 

çalışmır, ayaqqabını çəkməçidən alır. Çəkməçi paltar tikməyə 

çalışmır, dərzini kirayələyir. Fermer ayaqqabı  və ya pal-

tar tikməyə çalışmır. O, bunun üçün müvafi q  ustaları tutur. 

Onlardan hər biri dərk edir ki, öz sənətlərindən elə istifadə 

etməlidirlər ki, qonşularla müqayisədə müəyyən üstünlük əldə 

etsinlər, öz əməyinin hissəsi ilə  və ya əməyin hissəsinin bir 

qiymətinə almaq istədiklərini əldə etsinlər”.

Amma ölkənin heç bir məhsulun istehsalında mütləq üstün-

lüyünün olmadığı halda nə baş verir? O, ümumiyyətlə heç nə 

istehsal etməməli və bütün malları başqa ölkələrdən əldə etməlidir?

Xeyr, bu belə deyil.  

19-cu  əsrin görkəmli iqtisadçısı  Devid Rikardo göstərdi ki, 

ölkədə istehsalatın səmərəsi aşağı olduğu və onun heç bir malın 

istehsalında mütləq üstünlüyü olmadığı halda da müəyyən malı 

istehsal edib satmaq qabiliyyəti vardır. Maraqlı odur ki, ondan bu 

məhsulun alınması məhz bu malı çox səmərəli şəkildə istehsal edə 

bilən ölkə üçün uduşludur.

Davit Rikardo (David Ricardo), 

 ingilis siyasi iqtisadçısı ,  1772-1823-cü illər

Belə bir misalı təhlil edək: Nino və Marta qonaq gözləyirlər. 

Onlar evi yığışdırmalı  və  şirniyyat hazırlamalıdırlar. Qızlardan 

Nino daha cəlddir, - evi yarım saata yığışdırır, Marta isə bu işə ən 

azı bir saat vaxt sərf edəcəkdir. Amma Nino şirniyyat hazırlamaqda 

da cəlddir, - şirniyyatı yarım saata hazırlayır, Marta isə bu işə üç 

saat vaxt sərf edəcəkdir. Yəni Nino hər iki işi cəld görür. Onlar 

nə etməlidirlər? Bütün işləri Nino etsin və Marta da oturub onu 

gözləsin?  Əlbəttə ki, yox. Ən doğrusu odur ki, Nino şirniyyatı 



53

FƏSİL VII. BEYNƏLXALQ TICARƏT

hazırlasın və Marta da evi yığışdırsın. Bu yolla qızlar işlərini də tezliklə bitirəcəklər və razı da 

qalacaqlar ki, hər ikisi işləmişdir. 

Bu nəticəni nə üçün aldıq? Çünki Ninonun Marta ilə münasibətdə müxtəlif işlərdə mütləq 

üstünlüyü fərqlidir. Nino ev yığmaqda Martadan iki dəfə daha cəlddir, halbuki şirniyyat 

hazırlamaqda üç dəfə cəlddir. Aydındır ki, şirniyyat hazırlamaqda Ninonun nisbi üstünlüyü vardır 

(ev yığışdırmaqla müqayisədə) və bunun üçün də yaxşı olardı ki, bu işi məhz Nino etsin.

Rikardo diqqəti həmin mühitlərə yönəldir ki, hər bir əşyanı istehsal etdikdə biz nəinki ona 

müəyyən resurslar sərf edirik (vaxt, xammal, işçi gücünü, maşın-qurğuları və s.), eləcə də başqa, 

alternativ məhsulun istehsalından boyun qaçırırıq ki, bu məhsulu eyni resurslarla istehsal edə 

bilərdik.  İstehsalından boyun qaçırdığımız məhsul  alternativ xərc adlandırılır. Və  əgər bu al-

ternativ xərc yüksəkdirsə, o zaman bu əşyanın istehsalının başqasına güzəşt etmək yaxşıdır. 

Yuxarıda göstərilən misalda evin yığışdırılması Ninonun şirniyyat hazırlaması vaxtının yarısını 

təşkil edir, Martanın isə yalnız üçdə bir vaxtını. Bu alternativ xərc nöqteyi-nəzərindən, evin 

yığışdırılmasına Martanın daha az vaxtı gedəcək, nəinki Ninonun. Bu onu bildirir ki, Martanın 

evin yığışdırılmasında nisbi üstünlüyü vardır və bu işi məhz onun görməsi daha yaxşı olar.

Dünyada bir çox mallar istehsal edildiyindən, ölkələr isə təxminən iki yüzdür, bütün ölkələrin 

bu və ya digər malla (mallar qrupu ilə) münasibətdə nisbi üstünlükləri vardır. Bu onu bildirir ki, 

ölkələrdən hər biri hər hansı bir malı elə sata bilər ki, başqa ölkələr üçün onu həmin ölkədən almaq 

daha sərfəli olsun, nəinki  özləri həmin malı istehsal etməkdən. Bundan hər iki tərəf uduşda qalır 

və ümumilikdə, dünya iqtisadiyyatı da – çünki son nəticədə ticarət xaricində istehsal edildiyindən 

daha çox mal və daha səmərəli şəkildə istehsal edilir.

Belə ki, beynəlxalq ticarət bütün ölkələr üçün və dünya iqtisadiyyatı üçün bütövlükdə 

faydalıdır. O, eləcə  də bizlərdən hər birimiz üçün, istehlakçılar üçün xeyirlidir, çünki seçimi 

demək olar ki, qeyri-məhdud olan malı ucuz əldə etmək imkanını verir. 

Beynəlxalq ticarətin inkişafı  və ona dəstəyin verilməsi bir çox beynəlxalq təşkilatın 

gündəmində durur. Məsələn, BMT-nin Ticarət və İnkişaf üzrə (UNCTAD) konfransı, Qara 

dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC) və s. diqqətəlayiqdir. Hərçənd beynəlxalq ticarətə 

təsir nöqteyi-nəzərindən ən mühüm olanı Dünya Ticarət Təşkilatıdır (World Trade Organiza-

tion, WTO). Dünya Ticarət təşkilatı ölkələr arasında ticarəti asanlaşdırmağa və beynəlxalq 

ticarətin vahid, hamı üçün qəbul edilən qaydalarını təsis etməyə çalışır. Bu proses mürəkkəb 

və uzunmüddətli danışıqlar vasitəsilə aparılır və bütün mal və ya xidmətlə əlaqədar razılıq 

hələ ki əldə edilməmişdir. 




54

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

Xarici ticarətin ölkələr üçün faydalı olmasına baxmayaraq, ölkə istehsalçıları üçün əlavə 

başağrıları verir, çünki onların məhsulları xarici malla rəqabət aparmalı olur. İstehsalatlardan 

bəziləri artan rəqabətlə bacara bilmir və bağlanmaq məcburiyyətində qalır, onların  əvəzinə isə 

başqa profi lli istehsalatlar açılır. Bu, insanların ixtisas dəyişiklikləri zərurətinə səbəb olur və bu 

da onların müvəqqəti işsizliyi və əlavə xərclərlə əlaqədar olur. 

Malın idxalında

Malın ixracında

Yerli istehsalçılar 

Daha çox rəqabətə məruz qalırlar. 

Qiyməti azaltmalı olurlar.  

Malı daha böyük bazarda satırlar 

və buna görə də mənfəətləri 

böyüyür


Yerli istehlakçılar 

Mənfəət əldə edirlər: qiymət 

azalır, seçim artır 

Bunun üçün də yerli istehsalçıları müdafi ə etmək üçün bəzi ölkələr müxtəlif vasitələrə 

müraciət edirlər ki, xarici malı bahalaşdırsınlar və ya onun miqdarını  məhdudlaşdırsınlar. Bu, 

belə adlanan “tarifl ərin”, yəni gömrük və ya digər ödənişlərin vasitəsilə həyata keçirilə bilər ki, 

bunu da idxalçı malı gətirdikdə ödəməlidir (buna müvafi q olaraq malın qiyməti də artır); eləcə 

də kvotaları (malın idxalının miqdar məhdudiyyəti) və ya idxal icazəsini/lisenziyaları təsis edə 

bilər. İdxalda maneələr və ya bahalaşdırma, eləcə də mal üçün mürəkkəb (və başqa ölkələrdən 

fərqli) texniki tələbatların təsis edilməsi ilə mümkündür – onların yerinə yetirilməsi istehsalçı 

üçün əlavə xərclərlə başa gələcəkdir. Daxili istehsalçılara köməklik etmək üçün hökumət, eləcə 

də bu istehsalçılar üçün subsidiyaların, dövlət yardımlarının ayrılmasından istifadə edə bilər və 

ya məsələn, dövlət təşkilatları üçün yerli malın alınmasına icazə verilir və s. Bütün bu ölçülərə 

dövlətin proteksionist siyasəti deyilir.



TICARƏT 

SƏDLƏRI

Gömrük

tarifl əri

Texniki

tələbat

Kvotalar/

lisenziyalar

Yerli istehsala dəstəyin 

verilməsi


Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə