Moqalaqe da ekonomika azeri indd



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

58

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

Xarici 

ticarət ölkə iqtisadiyyatı üçün faydalıdır.  

• Hər ölkənin satılası malı vardır.   

• Beynəlxalq ticarət hər bir ölkə üçün faydalıdır.  

• Dünya 

Ticarət  Təşkilatının məqsədi ticarət sədlərini ləğv etməkdir.

• “Dərin və ətrafl ı azad ticarət sazişi” Gürcüstanın iqtisadi baxımdan güclənməsi yoludur. 

YEKUN

İQTİSADİ PRAKTİKUM

Şagirdin dəftərinə bax



59

Bu kitabda biz əsasən bazar iqtisadiyyatı haqqında danışırdıq. 

Bazar iqtisadiyyatının əsası istehsalçıların azad qərarıdır ki, nəyi 

istehsal etsinlər, nə  qədər və  nə qiymətə satsınlar. Bundan sonra 

isə “bazar qərara alır”, - yəni ona əsasən ki, bu məhsula tələbat 

necədir, eyni məhsulu rəqiblər nə  dərəcədə  səmərəli  şəkildə 

istehsal edirlər - məhsul istehsalçının istədiyi qiymətə satılır və 

ya yox. Hər bir halda, istehsalçı məhsulun qiymətini və miqdarını 

bazarın real vəziyyətinə uyğunlaşdırmalıdır. 

Amma bütün ölkələr bazar iqtisadiyyatına əsaslanmırlar. 25 il 

öncə, Gürcüstan iqtisadiyyatın başqa prinsipinə əsaslanan ölkənin 

(Sovet İttifaqının) hissəsi idi. Sovet İttifaqında bütün istehsalatlar 

dövlətə aid idi; dövlət hər bir istehsalatın nəyi istehsal etdiyini, nə 

qədər istehsal etdiyini, bu məhsulu hara çatdıracağını özü qərara 

alırdı; dövlət məhsulun satış qiymətini təyin edirdi, - məmulatın 

başqa, daha baha qiymətə satılması “spekulyantlıq” hesab edilirdi 

və  cəzalandırılırdı. Eləcə  də  işsizlik cəzalandırılırdı – bütün in-

sanlar təqaüd yaşına qədər (55 yaş qadınlar üçün, 60 yaş kişilər) 

işləməli idilər (ailəli qadınlar evdar qadın ola bilərdilər). Təbii ki, 

belə bir faktiki olaraq məcburi əməyin bəhrəsi və onun vasitəsilə 

istehsal edilən məhsulun keyfi yyəti də çox aşağı idi. Bunun üçün 

də hamı çalışırdı ki, daha yüksək keyfi yyətli xarici mal əldə etsin – 

ayaqqabı, kosmetika, mebel, qab-qacaq, elektrik cihazlarını. Bun-

lar da çox az olurdu (idxal da dövlətin  əlində idi. Vətəndaşların 

xaricə  sərbəst çıxışları  və  nəyisə almaq imkanları yox idi). Belə 

bir mallara hər zaman növbələr olurdu, əvvəlcədən yazılırdılar, 

bəzən illərlə gözləməli olurdular. Bu malın “tapılması” o qədər 

çətin idi ki, satışlar əsasən “piştaxta arxasında” baş verirdi (satıcı 

tərəfi ndən malın sakitcə baha qiymətinə satılması belə adlanırdı). 

Eyni zamanda Sovet İttifaqında istehsal edilən analoji malı heç 

kim almırdı. Aydın idi ki,

 ölkə öz resurslarını qeyri-səmərəli şəkildə xərcləyirdi – heç 

kimə lazım olmayan malı istehsal edirdi və yüksək tələbata malik 

olan malı istehsal etmirdi (və ya edə bilmirdi).

D Ö V L Ə T İ N   R O L U

D Ö V L Ə T İ N   R O L U



MÖVZU 8. 

DÖVLƏT VƏ 

İQTİSADİYYAT

Əsas terminlər/

anlayışlar

F

Ə

S

İ

L VIII

•  İqtisadi sistem

•  

Makroiqtisadi 

göstəriciləri

•  İstehlakçı səbəti

• Sosializm

• Kapitalizm

•  Tam daxili məhsul


60

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA



İqtisadi sistem – 

iqtisadi əlaqələrin 

vəhdəti, onun 

vasitəsilə istehsalat, 

bölgü, mübadilə və 

istifadə həyata keçirilir 



Makroiqtisadi 

göstəricilər - 

ölkə iqtisadiyyatı 

vəziyyətinə xas statis-

tik göstəricilər.

Əlbəttə ki, belə bir vəziyyət uzun müddət davam edə bilməzdi. 

Artıq 1980-ci illərin sonunda, Sovet İttifaqının varlığının sonunda 

iqtisadiyyatda bazar prinsiplərinin daxil etmə cəhdlərinə başlandı.  

1990-cı illərdə isə Sovet İttifaqının süqutundan sonra bütün 

yaranmış dövlət bazar iqtisadi sisteminə keçdi.

İqtisadi sistem iqtisadi əlaqələrin vəhdəti adlanır. Onun 

vasitəsilə  də istehsalat, mübadilə  və istifadə  həyata keçirilir. 

Qərarın qəbul edilməsi və istehsalatın təşkili formasına əsasən, ba-

zar və hakim iqtisadi sistemləri ayırırlar. İstehsalat vasitələri üzrə 

əmlak formalarına əsasən  də– kapitalistik (özəl əmlak) və sosialis-

tik (dövlət əmlakı) iqtisadi sistemlərini. Sovet İttifaqı sosialistik və 

hakim iqtisadi sistemi təqdim edirdi. Bu gün isə Gürcüstan kapital-

ist bazarın iqtisadi sistemini qurmağa çalışır. 

Bütün iqtisadi sistemin özünün müsbət və  mənfi   tərəfl əri 

vardır. Kapitalist ölkələr üçün insanların iqtisadi sərbəstliyi xara-

kterikdir, - hamı qərara alır ki, nəyi istehsal etsin, harada işləsin

nəyi alsın və hansı qiymətə. Amma onun üçün eləcə  işsizlik, 

əmlak bərabərsizliyi (çox zənginlər və çox kasıblar), təhsilin və 

səhiyyənin aztəminatlılar üçün əlçatması, ölkənin maliyyə sistemi-

nin qeyri-sabitliyi xarakterikdir. 



Bazar iqtisadiyyatı

Hakim-planlı

iqtisadiyyat

Qarışıq iqtisadiyyat

• Könüllü 

mübadiləyə 

qoşulan şəxs tərəfi ndən 

qərar qəbul edilir.

• 

İstehlakçı 



müəyyənləşdirir ki, nə 

istehsal edilsin. 

• 

İstehsalçılar necə 



istehsal etməyi 

müəyyənləşdirirlər.

• Bazar 

qiyməti siqnaldır 

ki, tələbata və istehsala 

təsir edir

• 

İqtisadi qərarlar hökumət 



tərəfi ndən qəbul edilir. 

• Planı tərtib edənlər qərara 

alırlar ki, nəyi istehsal 

etsinlər, necə istehsal 

etsinlər və kim üçün. 

• Hakim 


qərarlar demokra-

tik və avtoritar ola bilər 

• 

İqtisadi qərarlar ya 



azaddır, ya da ki dövlət 

tərəfi ndən qəbul edilir.




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə