Moqalaqe da ekonomika azeri indd



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

49

 FƏSİL VI. ƏMLAK ƏLAQƏLƏRİ

Həqiqətən də belə bir hallarda bank tərəfi ndən verilən kredit “sıfır 

faizdir”?

Bu məsələni aydınlaşdırmaq üçün kreditin “faizinin” nə olduğunu 

ayırd etməliyik. 

Kredit müqaviləsində kreditlə faydalanmaq üçün “faiz” banka 

ödəyəcəyimiz ödənişdir. Banklar bir çox hallarda “faiz” kimi yalnız 

həmin məbləği adlandırmağa çalışırlar, hansını  ona hər ay və ya 

hər il müddəti ilə borc götürən ödəyir. Amma əslində kredit götürən 

istehlakçıdan bir çox başqa ödənişlərin ödənilməsi və ya xərclərin çəkilməsi tələb olunur, hansını 

bank “faiz” kimi adlandırmır. Bu, xidmət üzrə komission haqq, məbləğin çıxarılması və ya dax-

il edilməsi və ya nəğdləşdirilməsinin komisyon haqqı, sığorta xərcləri,  əmlakın qiymətləndirmə 

xərcləri, notarius və ya hər hansı bir arayışın götürülməsi qiyməti və sairə ola bilər. Bundan başqa

kreditin verilməsinin hər hansı bir konkret (bank tərəfi ndən əvvəlcədən seçilən) istehsalçıdan malın/

xidmətin alınması ilə əlaqədar olduğunda, bir qayda olaraq, malın/xidmətin qiyməti onun krediti ilə 

və krediti xaricində alındığı halda fərqlənir (kredit götürüldüyü halda məhsul daha baha olur). Bu 

fərq eləcə də əlavə xərcdir ki, bunu da krediti götürən ödəyir, amma bank onu “faiz” kimi adlandırmır.

Belə ki, bankın “sıfır faizli” kredit təklif etdiyi halda, bilməlisiniz ki, sıfra yalnız belə adla-

nan “nominal faiz” bərabərdir, yəni bankın faiz adı verdiyi ödəniş. Başqa ödənilşərin olması da 

gözlənilir və bunları bank “faiz” adlandırmır, amma bunların ödənilmədiyi halda, siz kredit götürə 

bilməzsiniz.

İstehlakçının belə bir vəziyyətləri daha yaxşı ayırd etməsi üçün Gürcüstan Milli bankı “Səmərəli 

faiz sahəsi” anlayışını daxil etmişdir. Ona kredit götürən tərəfi ndən ödəniləsi olan bütün ödəniş və 

ya xərclər daxildir. Səmərəli faiz istehlakçılar üçün kreditlə faydalanmanın real dəyəridir. Hər bir 

bank kredit verdiyində səmərəli faiz sahəsini hesablamalı və istehlakçıya bunu bildirməli və kredit 

müqaviləsində də xüsusi olaraq göstərməlidir. 

Bundan başqa, kredit müqaviləsində kreditin başqa mühüm şərtləri də göstərilməlidir, məsələn: 

faizin ödənilməsinin və kreditin ödənilməsinin cədvəli, cərimə - faizin vaxtında ödənilmədiyi 

və ya kreditin vaxtından  əvvəl ödənildiyi halda, ödəniləsi məbləğ  və ya başqa  şərtlərin birtərəfl i 

dəyişilməsi imkanı və s. 

Təəssüfl ər olsun ki, istehlakçılar müqaviləni nadir hallarda oxuyurlar. Gürcü banklarından 

birində kredit (borc) götürən istehlakçıların hərəkətlərinə diqqət verdik. 100 istifadəçidən yalnız biri 

tələb etdi ki, müqaviləni ona versinlər ki, evdə onunla yaxşı tanış ola bilsin: iki istehlakçı isə yerində 

oxumağı  qərara aldı, amma çox xırda  şriftə görə  fi kirlərindən döndülər, qalan digər istehlakçılar 

müqaviləni oxumadan ona imza atdılar. 

Gələcəkdə unutmayın: kredit götürərkən tələsməyin! Kredit müqaviləsini diqqətlə oxuyun və 

sizə aydın olmayan bəndləri izah etmələrini tələb edin. Etirazlar olduğu halda, bank rəhbərliyinə 

müraciət edin və ya Gürcüstan Milli Bankının istehlakçıların hüquqlarının müdafi əsi şöbəsinə (in-

ternet səhifə: http://nbg.gov.ge/cp/).




50

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

• Saziş şifahi, yazılı və ya sözsüz ola bilər.

• Saziş tərəfl ərdən birinin aldadılması və ya çaşdırılması əsasında bağlanıla bilməz. 

•  

Müqavilə öhdəliklər irəli gətirən könüllü əlaqədir.  Müqavilənin hər iki tərəfi  



bərabərhüquqludur. 

•  


Kredit 

götürərkən tələsmək lazım deyil, diqqətlə müqavilənin  şərtləri ilə tanış olmaq 

lazımdır. Səmərəli faiz sahəsinə diqqət vermək lazımdır. 

•  


Malın nöqsanı olduğu halda, onu təmir edə  və ya dəyişə bilərsən, - əgər müqavilə ilə 

bunun əksinə heç nə nəzərdə tutulmayıbdırsa.

• Avropa 

İttifaqında istehlakçı daha müdafi ə olunur, nəinki Gürcüstanda.



YEKUN

İQTİSADİ PRAKTİKUM

Şagirdin dəftərinə bax


51

Müasir  ölkələrin  əksəriyyətinin iqtisadiyyatı açıq sistemi 

təqdim edir və xarici ticarətsiz onun  varlığı qeyri-mümkündür. 

Biz həyatımızı xaricdən daxil olan məhsullarsız təsəvvür etmirik, 

məsələn, paltar, neft, təbii qaz, avtomobillər, kompüter texnikası, 

medikamentlər, məişət texnikası, fi lmlər, kitablar və s. Gürcüstan-

dan xaricə isə fındıq, meyvə və tərəvəz, metallar, şərab, sitruslar 

və s. çıxarılır.

Ölkələr nə üçün alver edirlər? Bunu etməyə onlara təkan 

verən nədir?  Hamıya lazım olan hər şeyi özləri istehsal etmələri 

nə üçün mümkün deyil?

Bu və ya digər malın istehsalı üçün ölkələrin fərqli resursları 

vardır. Bu, həm faydalı qazıntılara və ya iqlim şərtlərinə aiddir, 

eləcə  də insan resurslarına,  əmək qabiliyyətli insanların sayına, 

onların biliyinə, bacarıqlarına və bu və ya digər işi yerinə yetirmək 

istəklərinə aiddir. Eləcə  də ölkələrdə zamanla yığılmış kapital – 

zavodların, qurğuların, müxtəlif infrastruktur şəklində  fərqlidir. 

Təbii resursların istifadəsinin səmərəliliyi və insanın əmək bəhrəsi 

fərqlidir.

Bu fərqli  şərtlərə görə, eyni malın istehsalı üçün müxtəlif 

ölkələrdə müxtəlif xərc çəkmək lazımdır. Yəni müxtəlif ölkələrin 

eyni malın istehsalı üçün çəkdikləri xərclər fərqlidir. Bunun üçün 

hər hansı bir malın istehsalı bir ölkədə daha ucuz başa gəlir (daha 

az resursları  tələb edir), nəinki ikincidə. Belə bir halda deyirlər 

ki, ölkənin bu məhsulun istehsalında mütləq üstünlüyü var. 

İqtisadi baxımdan başqa ölkələr üçün bu məhsulu özləri istehsal 

etməkdənsə, həmin ölkədən əldə etmələri daha mənfəətlidir (daha 

ucuz başa gəlir). Eyni zamanda onlar öz səylərini  hər hansı bir  

məhsulun istehsalına yönəltməlidirlər ki,hansında onlar üstünlüyə 

malikdirlər.

B E Y N Ə L X A L Q 

B E Y N Ə L X A L Q 

T I C A R Ə T 

T I C A R Ə T 



MÖVZU 7.  

BEYNƏLXALQ 

TICARƏT 

Əsas terminlər/ 

anlayışlar:

F

Ə

S

İ

L VII

• Mütləq üstünlük 

• Proteksionizm

• Alternativ xərc

• Nisbi üstünlük 


Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə