Moqalaqe da ekonomika azeri indd



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

34

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

• Elə bir vəziyyət yaranır ki, bazar  bununla öz gücü hesabına bacara bilmir. Belə bir hal-

larda dövlətin müdaxiləsi vacibdir.

• Xarici 

effektlərin neytrallaşdırılması  ətraf mühitin qorunması qaydaları ilə mala vergi 

təsis edilməsi və ya ekomarker edilməsi ilə mümkündür.

• Məlumatın assimetriyasına görə, istehlakçı bazara olan etibarını itirə bilər.  

• Qanunla 

təyin edilmişdir ki, hansı məlumat və hansı dildə istehlakçıya çatdırılmalıdır.  

• 

İstehsalçı onun tərəfi ndən bazara çıxarılan məhsulun təhlükəsizliyinə əmin olmalıdır.Bu-



nun üçün standartlaşdırma-sertifi katlaşdırma sistemindən istifadə edə bilər. 

• Hal-hazırda Gürcüstanda bazara çıxarılan məhsulun təhlükəsizliyinə  nəzarət xidməti 

yoxdur  (ərzağın təhlükəsizliyi xidmətindən başqa), amma assosiasiya edilmiş razılıq 

əsasında nəzərə alınmışdır ki, tezliklə yaranacaqdır.  



YEKUN

İQTİSADİ PRAKTİKUM

Şagirdin dəftərinə bax


35

„Əmlak... İnsanın iqtisadiyyatından onun

ictimai formasında ayrılmazdır”.

Karl Menger

Fikir vermisinizmi ki, nə üçün şokolad və ya dondurma 

kağızını evə heç kim atmır, halbuki küçədə, həyətdə bunu bir 

çoxları edirlər? Və ya nə üçün inəklərin nəsli kəsilməmişdir, hal-

buki bir çox vəhşi heyvan və ya bitkilərin nəsli kəsilmişdir və ya 

kəsilmək üzrədir?

Bu sualların cavabı - əmlakdır. İnsan ona aid olana ehtiyatla 

yanaşır. Ümumi, “heç kimin” olana isə qayğı göstərilmir və kobud 

yanaşılır. 

ƏMLAK NƏ DEMƏKDIR?

Əmlak insanın müstəqil, öz istəyinə  əsasən  əşyası üzərində 

sərəncam vermək hüququdur. Bu onu bildirir ki, əşyanın sahibi 

qərara alır ki, əşyanı kim və necə istifadə etsin (sahibinin icazəsi 

xaricində başqa  şəxslərin  əşyadan istifadə etmək hüquqları yox-

dur);  əşyanın sahibinin eləcə  də  əşyanı satmaq və ya icarəyə 

vermək, borc vermək və ya hədiyyə etmək ixtiyarı var; o bu əşyanı 

başqa  şəklə sala bilər, hissələrə ayıra və ya tam məhv edə bilər 

(əlbəttə ki, müəyyən məhdudiyyətlərlə); əşya sahibinə bu əşyanın 

bəhrəsi də aiddir (məsələn: ağacda yetişən alma, zəmidə yetişən 

taxıl, toyuğun qoyduğu yumurta və s.) və bu əşyadan aldığı 

mənfəət də (kirayə verilmiş mənzil, borca verilən pul faizi və s.).

Bəzi  əşyalara və ya resurslara əmlak hüququnun həyata 

keçirilməsi mümkün deyil, ədalətsiz və ya düşüncəsizdir. Bu hansı 

halda baş verir?

Bəzi  əşya/xidmət elədir ki, kənar  şəxslər tərəfi ndən onun 

istifadəsinin qarşısının alınması mümkün deyil və ya çox çətindir. 

Məsələn, küçə işığından bütün yolçular istifadə edirlər. Küçə lam-

pionunu elə quraşdırmaq çətindir ki, bu xidməti (işıqlandırmanı)  

əldə edən üçün yalnız işıq düşsün. 

Eyni sözləri estetik zövq haqqında da söyləmək olar ki, bunu 

şəhərin memarlıq  detalları (körpü, meydan) yolçulara verir. Eləcə 

ƏMLAK

ƏMLAK


MÖVZU 5. 

BİZƏ NƏ AİD OLA 

BİLƏR VƏ NƏ OLMAZ? 

Əsas terminlər/ 

anlayışlar:

 F

Ə

S

İ

L V

•  Əmlak

•  İctimai mal 

• Patent

• Müstəsnalıq

• Ümumi resurs

• Malın işarəsi

• Rəqabət qabiliyyəti

•  İntellektual əmlak

• Kontrafakt

• Coğrafi  qeyd


36

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA



Rəqabət qabiliyyəti–   

malın xüsusiyyətidir 

ki, bir şəxs tərəfi ndən 

malın istifadəsi digər 

şəxs tərəfi ndən onun 

istifadə imkanını 

azaldır.  

qabiliyyəti –   

malın xüsusiyyətidir 

ki, bir şəxs tərəfi ndən 

malın istifadəsi digər 

şəxs tərəfi ndən onun 

istifadə imkanını 

azaldır.  

də dövlətin müdafi ə qurumu hər bir vətəndaş üçün təhlükəsizliyi 

təmin edir və s. Əlbəttə ki, belə bir əşyalar və xidmətlər üzərində 

özəl əmlak hüququnun həyata 

keçirilməsi mümkün deyil və 

ya çox çətindir.

Əgər kənar 

şəxslər 


tərəfi ndən 

əşyanın/xidmətin 

istifadəsinin qarşısının 

alınması mümkündür, o halda 

bu  əşya haqqında müstəsna 

qabiliyyətə malik olduğu dey-

ilir.

Əşyalar həmçinin rəqabət qabiliyyəti adlanan xüsusiyyətlərlə 



də  fərqlənirlər. Bu, əşyadan/xidmətdən eyni zamanda neçə 

nəfərin istifadə edə bilməsindən və bir insan tərəfi ndən  əşyanın/

xidmətin istifadəsinin digər insan üçün əşyaya/xidmətə  əli çatıb-

çatmamasından asılıdır. Məsələn, meşədə yaxud da parkda eyni 

zamanda çoxlu insan ola bilər ki, onlar bundan istifadə etdikdə bir-

birinə mane olmasınlar. Eyni sözləri atmosfer havası ilə  tənəffüs 

etməkdə, radio və televiziya 

verilişlərinin qəbulunda, dəniz 

çimərliyindən yararlandıqda 

demək olar, - bütün bu hal-

larda yeni istehlakçının 

əlavə olunması artıq mövcud 

istehlakçı üçün əlçatan resur-

sun miqdarını azaltmır. Bunun 

üçün də bu əşyanın/xidmətin 

istehlakçıları arasında rəqabət, 

yarışma üçün yer yoxdur. 

Əgər bir şəxs tərəfi ndən 

əşyanın/xidmətin istifadəsi 

digər  şəxs tərəfi ndən onun 

istifadə imkanını azaldırsa, 

o zaman bu əşyanın  rəqabət 



qabiliyyətli xassəsi olduğu 

deyilir.


 


Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə