Мөһсин Гәраәти



Yüklə 2,57 Mb.
səhifə75/97
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#75962
1   ...   71   72   73   74   75   76   77   78   ...   97

Nöqtələr


◘“İyla” sözü cinsi yaxınlığın tərk edilməsi barədə içilən and mənasını daşıyır. Cahiliyyət dövründə bəzi kişilər öz zövcələrini sıxıntıya salmaq, onları incitmək məqsədi ilə belə edərdilər. Onlar yaxşı ər deyildilər və qadınlarını boşamaqla azad etmirdilər. Bu ayə kişilərə dörd ay möhlət verir ki, öz zövcələri ilə münasibətlərini müəyyənləşdirsinlər. Ya andlarından geri dönsünlər, ya da talaq verib arvadlarını azad etsinlər. Əlbəttə ki, bu dörd ay müddət yersiz anda hörmət mənasını daşımır. Səbəb budur ki, adi şəraitdə heç bir kişi yaxınlığı dörd aydan çox tərk edə bilməz.

Bildirişlər


1. İslam məzlumların himayədarıdır. Qadınlar tarix boyu zülm və təzyiqlərə məruz qalmışlar. Quran dəfələrlə bu mövzunun üzərində dayanaraq qadınları himayə edir.

2. Xurafat və cahil ənənələrlə mübarizə peyğəmbərlərin məqsəd və vəzifələrindəndir.

3. İnsan bəzən ən pis işlər üçün də ən müqəddəs adları özünə sipər edir.

4. Qadının psixoloji və fizioloji haqlarına və ehtiyaclarına diqqət əsas məsələdir.

5. İnsanların öz xətalarını aradan qaldırması və düşüncəli qərar qəbul etməsi üçün möhlət lazımdır.

6. İnsanları boşanmaya yox, ailə həyatını davam etdirməyə çağırmaq lazımdır. Ər və arvad bilməlidirlər ki, ailə həyatına qayıdış ilahi mərhəmətin əldə olunması rəmzidir.


227. ﴿وَإِنْ عَزَمُواْ الطَّلاَقَ فَإِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ

Əgər boşanma qərarına gəlsələr (düzgün yolla eybi yoxdur), həqiqətən, Allah eşidən və biləndir.”


Nöqtələr


◘Bu ayədə boşanma qanuni sayılsa da, onun məfhumunda xəbərdarlıq və hədə var. Boşanma qərarına gələn bilməlidir ki, artıq bağışlanma və mərhəmət vədi yoxdur. Allah onların işlərini eşidən və biləndir. O bilir ki, boşanmanı zəruri edən ailədəki gerçək durumdur, yoxsa kişinin boşanma qanunundan sui-istifadə etmək məqsədi?

Bildirişlər


1. İslam boşanmanı - bütün pisliklərinə baxmayaraq - təsdiqləyir. Amma qadının vəzifəsinin qeyri-müəyyən şəkildə qalmasına yol vermir.

2. Boşanma qərarı kişinindir.

3. Boşanmada ciddi məqsəd olmalıdır.

4. Azğın nəfs istəklərindən və qadını sıxıntıya salacaq qərarlardan çəkinin.


228. ﴿وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوَءٍ وَلاَ يَحِلُّ لَهُنَّ أَن يَكْتُمْنَ مَا خَلَقَ اللّهُ فِي أَرْحَامِهِنَّ إِن كُنَّ يُؤْمِنَّ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَلِكَ إِنْ أَرَادُواْ إِصْلاَحًا وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ وَاللّهُ عَزِيزٌ حَكُيمٌ

Boşanmış qadınlar üç dəfə paklanıncaya qədər gözləməlidirlər. (Bu paklıqdan biri talaq baş verdiyi haldır, digər ikisi üçüncü heyzi görüncəyədəkdir.) Əgər Allaha və qiyamət gününə inanırlarsa, Allahın onlar üçün bətnlərində qərar verdiyini gizlətmələri rəva deyil. Əgər ərləri onlarla barışmaq istəsə, bu müddətdə onları geri döndərsə, bu daha yaxşıdır. Qadınların da onların öhdəsində haqları var. Kişilərin isə qadınlardan bir mərtəbə üstünlüyü mövcuddur. Allah qadir və həkimdir.”


Nöqtələr


◘“Qur” sözü həm pak olmaq, həm də heyz mənasındadır. Bu söz “quru” formasında işləndikdə paklanma mənasını, “Əqra” formasında işləndikdə isə heyz mənasını bildirir.

◘Boşanmadan qabaq təyin olunmuş iddə möhləti ailə hüquqlarını qorumaq məqsədi daşıyır. Çünki bu müddətdə həm ailə həyatını qorumaq istəyi yarana bilər, həm də bilinər ki, qadın hamilədir, yoxsa yox. Qadının hamilə olub-olmamasının təyini onun üçündür ki, qadın növbəti dəfə ərə getdikdə onun əvvəlki ərinin nəsli ilə sonrakı ərinin nəsli qarışıq düşməsin.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Heyz, pak olma, hamiləlik məsələlərində qadının öz şahidliyi kifayətdir. Digər bir şəhadətə, anda və dəlilə ehtiyac yoxdur. Qadınlar üçün isə bu məsələlərdə yalan danışmaq haramdır. Qadın öz vəziyyətini olduğu kimi çatdırmalı, heç nəyi gizlətməməlidir. Bu məsələlərdə nəyisə gizlədən qadının Allaha və qiyamətə imanı yoxdur.

◘İddə dövründə (üç dəfə pak olma) ərin öz fikrindən daşınıb, bir daha arvadı ilə evlənməsi üçün heç bir yeni mərasimə ehtiyac yoxdur. Talaq isə bunun əksinə olaraq, müəyyən qanun çərçivəsində həyata keçirilir. Verilən iddə müddəti o qrup qadınlara aiddir ki, hamilə və ya “yaisə” və yaxud əsla yaxınlıq edilməmiş qadınlardan olmasın. Çünki onların talaq hökmü fərqlidir.


Bildirişlər


1. Qadın boşanıb deyə başqasına ərə gedə bilməz (iddə gözlənilməlidir).

2. Boşanma səbəbinə görə övladlar öz hüquqlarından məhrum edilməməlidir.

3. Qanunların icrası üçün ən üstün zamin Allaha imandır.

4. Ailə həyatını əvvəlki ərlə davam etdirmə öndə gəlir.

5. Xoşniyyətlilik geri qayıtmaq üçün bir əsasdır. Məbada ər yalnız cinsi məsələlərə xatir geri qayıda və təkrarən biganələşə.

6. Məsuliyyət insan üçün hüquqlar yaradır. Çiyninə vəzifə götürmüş insan hansısa hüquqlar da əldə edir. Məsələn, valideyn övlad qarşısında vəzifəli olduğundan, övladın öhdəsində də haqları var.

7. Qadınla rəftarda ədalətə riayət olunmalıdır.

8. İslam cahiliyyət dövründə qadınların zərərinə tənzimlənmiş qanunları aradan qaldırdı.

9. Eyni bir şəraitdə fərqləndirmə qadağandır. Amma vəzifə, istedad və ehtiyac baxımından haqq qoymağın eybi yoxdur.

10. Kişilər öz güclərindən sui-istifadə etməməlidirlər. Əsl qüdrət sahibi Allahdır.

11. İddə müddəti gözləmək Allahın hikmətli proqramlarındandır.
229. ﴿الطَّلاَقُ مَرَّتَانِ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ وَلاَ يَحِلُّ لَكُمْ أَن تَأْخُذُواْ مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلاَّ أَن يَخَافَا أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ فَإِنْ خِفْتُمْ أَلاَّ يُقِيمَا حُدُودَ اللّهِ فَلاَ جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ تِلْكَ حُدُودُ اللّهِ فَلاَ تَعْتَدُوهَا وَمَن يَتَعَدَّ حُدُودَ اللّهِ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ

Talaq iki dəfədir. Sonra da bəyənilmiş şəkildə zövcəni saxlamaq, ya da xoşluqla ayrılmaq gəlir. Siz kişilər üçün rəva deyil ki, arvadlarınıza verdiyinizi geri alasınız. Yalnız ərlə arvad ilahi hədləri pozmağa qorxduqları zaman belə olar. Onların ilahi hədlərə riayət edə bilməyəcəyindən qorxduğunuz vaxt, qadının fidyə və əvəz verməsinin eybi yoxdur. Onlar Allahın hədləridir. Bu həddə təcavüz etməyin. Hər kəs Allahın hədlərinə təcavüz etsə, zalımlardandır.”



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə