Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Türkiyədə mədəniyyət və incəsənət



Yüklə 143,99 Kb.
səhifə28/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   25   26   27   28   29   30   31   32   33
Movzu-12-Turkiyə

Türkiyədə mədəniyyət və incəsənət
Ədəbiyyat
Hüseyn Nihal Atsız XX əsrin böyük türkçülərindən biridir. Yazdığı roman, şeir və məqalələri ilə düşüncə axını yaratmış və gəncləri arxası ilə aparmağı bacarmışdır. Türkçülük Rusiya türklərinin çar imperiyasının assimlasiya siyasətinə qarşı yaranmış ideologiya olub. Daha sonra Avropa dövlətlərinin “xəstə adam” dedikləri Osmanlını, başqa sözlə türkləri məhv etmək siyasətinə cavab olaraq daha da güclənmişdir. Atsız Türkiyənin digər millətlərlə mü-barizə dövründə yaşamış və bu onun türk millətçiliyinin daha da qabarmasına səbəb olmuşdur. Atsızsın fikrincə türklər yalnız özünə dönməklə var ola bilərdi. Türkçülüyü türk-islam birliyi kimi deyil, sadəcə türkçülük olaraq dəyərləndirirdi. O bəzən türkçülüyü irqçilik səviyyəsinə qaldırmışdır. Onun irqçiliyi türklərin maddi və manəvi xislətlərinin pozulmaması üçün türk qanının digər millətin qanı ilə qarışmaması idi. Bunun ardı kimi dövlət idarəçiliyində əsas nöqtələrdə türklərin olması idi. Uşaqların millətçi kimi böyüməsində onların gələcəkdə milli qəhrəman olmaq istəməsində mühüm yeri təhsil tutur. Buna görə də müəllim vəzifəsinə təyin olunanların milli kimliyi mütləq nəzərə alınmalıdır. Türk uşaqlarına yalnız türk müəllimlər dərs verməlidir. Atatürkün də dediyi kimi, türklərin başına keçəcək insanın qanındakı soylu cövhərə diqqət edilməlidir. Türk qanı əlbəttə müəyyən millətlərlə qarışmışdır. Lakin 3-cü göbəkdən türk olanlar isə artıq türk hesab edilir. Bu qarışma davamlı olaraq baş versə türk qanı pozula bilər bunun qarşısını isə tezliklə almaq lazımdır. Digər millətlərin türklərə qarışmasını istəməyən Atsız bu misalları verir: Balkan savaşında serblərlə olan Kumanova döyüşündə albanlar türk ordusuna xəyanət etdi; I dünya müharibəsində ərəblər ingilislərlə, ermənilər ruslarla birləşərək türklərə arxadan zərbə vurdu; Serv müqaviləsini erməni əsilli Damat Fərid, ərəb Hadi və alban Rza Tevfik imzalamışdır. Rza Tevfik imzaladığı qələmini Amerika Kollecinə hədiyyə etmişdir. Türklərin idarəçiliyi altında yaşayan digər millətlər öz milli varlıqlarını qorumağa çalışır. Öz dilində nəşrlər etməyə milli varlığını davam etdirməyə çalışaraq uşaqlarına milli kimliyini aşılayır. Bu irqçilik hesab edilmir. Lakin türk öz türklüyü qorumağa çalışdıqda irqçilik hesab edilir. Millət olaraq yaşamaq istəyiriksə milli kimliyimizi qorumalıyıq. Atsıza görə şəxsiyyət vəsiqələrdə türk xalqı deyil türk milləti ifadəsi işlənməli, türk ideyası hakim olmalıdır.
N.Atsız qeyd edir ki, Türkiyə digər dövlətlərdən fərqli olaraq yarandığı torpaqlarda deyil fəth etdiyi ərazilərdə möhkəmlənmişdir. Bu günkü Türkiyə sadəcə dövlətin ərazisindəki türkləri düşünməməli başqa ərazilərdə olan türkləri də düşünməlidir. Digər məqsəd olan turançılıq ideyasını həyata keçirilməli, türklər vahid dövlətdə birləşməlidir. Bu dövlət isə Türkiyənin rəhbərliyi ilə yaranaraq Türkeli adlandırılmalıdır. Vahid dövlətin qanunları Avropadan tərcümə edilmiş qanunlara dayanmamalı, qədim türk dövlətçiliyi dirçəlməli, türk qanunlarına əsasən konstitusiya işlənib hazırlanmalıdır. Orhan Seyfi qeyd edir ki, Turan böyük türk millətinin yaşadığı ərazidir. Ziya Göyalpın dediyi qədim türk torpaqları işğalla əldə edilməyəcək, bu türk imperyalizmi deyil. Lakin Atsız burada Z.Göyalp türkçülüyünü köhnəlmiş hesab edir. Gələcədəki dövləti imperiya kimi qiymətləndirməsədə, türk torpaqlarında işğalçılıq aparılmaması fikrini ilə razı deyil. O, qədim türk torpaqları hərb yolu ilə birləşməli, bu günkü Çin ərazisində türk yaşamasa belə qədimdə buranın türk ərazisi olması rəhbər tutularaq bura da Turanın bir hissəsi olmalıdır deyir. Atsıza görə turançılıq ideyası Z.Göyalpla başlamayıb e.ə.III əsrdən türklərdə Turan ideyası vardır. Lakin islamın birliyi qorumaq Turançılığı bir qədər geri plana atdı. Bu gün isə Turançılıq ideyası yenidən ön plana keçməlidir. Fikrimcə, Atsızın qeyd etdiyi vahid türk dövlətinin yaranmasını düşünərkən dövrün siyasi mənzərəsini nəzərə almaq vacibdir. Bütün türklər ortaq fikrə gəlmədən Turanı qurmaq, onun təməllərini zəif etdiyi kimi gələcəkdəki gücünü də şübhə altına alır. Edəcəyimiz ilk iş türk dövlətləri arasında bütün sahələrdə inteqrasiyanı gücləndirmək, mübahisəli məsələləri həll etməkdir. Turançılıq üçün ilk addım olaraq isə türk dövlətlərinin konfederasiyası yarana bilər. Atsızın türkçülüyü islamdan ayrı qiymətləndirməsi ilə razıyam. Dindən əlavə ərəb mədəniyyətini də mənimsəmək türkçülüyümüzü arxa plana atır və məzhəb ayrılığı türkü türkə düşmən edir. Həmçinin bu gün türklərin yaşamadığı ərazini turana aid etmək fikri doğru deyil. Turan türklərlə var olmalıdır.
Atsız milli idealın ilk maddəsini bütün türklər birləşəcəkdir deyə ifadə edir. Türkçülüyün iki mübarizə obyekti var. Bu daxildə türklərin hakim mövqeyə keçməsi, xaricdə isə türklərin birləşməsidir. Milli mənfəətlərin toqquşduğu problemləri həll etmək üçün savaşdan başqa yol tapılmamışdır. Millətləri savaşa hazır tutan 2 vasitə vardır: maddi və mənəvi. Mənəvi idealımız milli üstünlük inancı və böyümək istəyidir. Bu gün kosmopolitzm kimi nəzəriyyələrlə milli birliyimiz qırılmağa çalışılır. Bu işdə milli liderlərin rolu var. Milli şüur və qürura malik liderlərin ən böyük faydası milləti alçaq duyğulara düşməkdən qorumasıdır. Bir millət böyük işlər görə bilmək üçün böyük millət olduğuna inanmalıdır. Milli idealın həyata keçirilməsinin 3 mərhələsi var. İlk mərhələ istiqlaldır. Bütün millətlər müstəqil olmağa, müstəqil olanlar isə bunu qorumağa və möhkəmləndirməyə çalışırlar. İkinci mərhələ birlikdir. Müstəqillik qazananlar bütün milli fərdləri tək bayraq altında birləşdirməyə çalışır. Üçüncü mərhələdə soyunu bütün dünyaya yayıb hakim olmaq üçün işğallar və fəthlər həyata keçirilir.
Çanaqqala savaşı
Çanaqqala cəbhəsi Birinci Dünya müharibəsində əsas cəbhələrdən biri olaraq, müharibənin gedişinə mühüm təsir etmişdir. Ça-naqqala döyüşünün qələbə ilə nəticələnməsi, müharibənin uzanmasına və Rusiyada çarlıq rejiminin devrilməsi və yerinə bolşevik rejiminin qurulmasına səbəb olmuşdur. Böyük ümidlərlə Çanaqqalaya hücum edən və qətiyyətlə qələbə qazanacağına inanan ingilislərin məğlub olması, onların hərbi-siyasi nüfuzuna böyük zərbə vurmuşdur. İngiltərənin məşhur dövlət xadimi, Gelibolunun tərk edilməsi haqqında qərar vermiş Uinston Çörçill Gelibolu döyüşü barəsində “yeganə məğlub olduğum döyüş” ifadəsini işlətmişdi.
Antanta dövlətlər tərəfindən döyüşən Yeni Zellandiya və Avstraliyalı əsgərlərin burada nümayiş etdirdikləri qəhrəmanlıq mübarizəsi həmin ölkələrdə milli şüurun oyanmasına və milli mənliyin inkişafına səbəb olmuşdur. Çanaqqalada qazanılan zəfər eyni zamanda Türk millətinin özünə olan inamını yüksəldərək Qurtuluş hərəkatına nümunə təşkil etmiş, Çanaqqalada qazandığı uğur Mustafa Kamal Atatürkün ilk öncə “Anafartalar Qəhrəmanı”, sonra Milli Mücadilə lideri və Cümhuriyyət qurucusu olaraq Türk cəmiyyətinin sevgi və hörmət qazanmasının da başlanğıc nöqtəsini meydana gətirmişdir.
Döyüşlərdə Azərbaycanlı könüllülərdən ibarət 3000 gənc də Osmanlı türkləri ilə birgə işğalçılara qarşı mübarizə aparmışlar. Çanaqqala döyüşündə türk birliyinin şücaəti dünyaya insanlıq dərsi vermışdir. Bu səbəbdən Çanaqqala döyüşləri hərbi və siyasi nəticələrinin yanında müharibəyə qoşulan ölkələlərin fərqliliyi döyüşə tətbiq edilən strategiya və hərbi elm baxımından olduğu qədər yol açdığı böyük insan itkiləri və tarixin milli kimliyi inşası baxımından milli və beynəlxalq sahədə maraq doğuran bir çalışma sahəsi olma özəlliyini daşıyır.
Türk və dünya tarixində mühüm səhifə olan Çanaqqala döyüşləri, elm və ictimaiyyət sahələrində çox geniş tədqiqat mövzusu olmuşdur. Döyüşə qatılan ölkələrdən İngiltərə, Fransa, Yeni Zellandiya və Avstraliya da bu döyüşlər haqqında çox ciddi tədqiqatlar aparılmış, döyüşdə iştirak edənlər müəyyən edilmiş, onlarla görüşülərək yazılı, səsli, görüntülü qeyidlər əldə edilmişdir. Türkiyə tədqiqatçılığında Çanaqqala döyüşləri istər memuar fəaliyyətləri, istərsə döyüşün olduşu ərazilərə ziyarət etmək mövzusunda getdikcə artan bir maraq olmaqla yanaşı döyüş haqqında Baş qərargahın başçılığının nəşr etdiyi bir neçə işlər istisna olmaqla sənədlərə əsaslanan, elmi, ciddi və əhatəli bir kitabın yazılmamış olması ciddi çatışmazlıqdır. Bu çatışmazlığı aradan qaldırmaq üçün Dövlət Arxivlər ümumi müdirliyi Çanaqqala zəfərinin 90-ci il dönümündə “Osmanlı Belgelerinde Çanakkale Muharibeleri” adlı iki cildlik kitab nəşr edilmişdir. Kitabın ilk cildində xronoloji olaraq 10 avqust 1914 - 31 avqust 1915-ci il tarixi arasındakı hadisələri izah edən sənədlərdən meydana gəlməkdə olub, təxminən bir illik bir dövrə aid olmasına baxmayaraq, məzmun baxımından müxtəliflik kəsb edir. Kitabda ayrıca sənəd fotokopileri, fotoşəkil və xəritələrə da yer verilmişdir. Kitabın ikinci cildi xronoloji baxımdan 1915-ci il sentyabr - 1920-ci il dekabr tarixləri arasındakı hadisələri əhatə edir. İkinci cildə yer alan sənədlər mövzu baxımından iki əsas bölməyə ayrılır. Birinci bölmədə 4 sentyabr 1915-ci ildən Seddülbahirin təxliyə edilib Çanaqqala müharibələrinin sona çatdığı 9 yanvar 1916-cı il tarixində qədərki hadisələri izah edən sənədlər mövcuddur. Ikinci bölmədə isə Çanaqqaladan düşmənlərin çıxarıldığı 9 dekabır 1916- ci ildən 14 yanvar 1920-ci ilədək baş verən hadisələr və Çanaqqala döyüşlərinin sonrakı illərdə müşahidə təsir və nəticələriylə əlaqədar sənədlər yer almaqdadır.
Türk və bir çox xarici tədqiqatçılar Çanaqqala mövzusunu tədqiq etmişlər, ancaq müxtəlif istiqamətlərdən Çanaqqala döyüşlərinin icimaiyətdəki qəbulu üzərinə ətraflı bir iş tapılmamışdır. Bu boşluğu Cahidə Sınmaz Sönməz “Çanaqqale Savaşları Anma və Kurtulma Etkinlikləri (1916-1938)” adlı tədqiqa-tında doldurmuşdur. Tədqiqqatın məqsədi Çanaqqala zəfərinin Osmanlı ictimaiyyətinə təsirini və Cümhuriyyət dövründə cəmiyyətdəki Çanaqqala qəbulunu ortaya qoymaqdır. Bu çərçivədə Çanaqqala Şəhidlərinin anma tədbirləri, arxiv sənədləri və dövrün mətbutı vasitəsilə tədqiq etməyə çalışmışdır.
Semet Atacanlının yazdığı “Atatürk və Çanaqqalanın komandirləri” adlı kitabı Çanaqqala Döyüşünün fərqli bir baxımdan şərhidir. Atatürkün müharibələr zamanı Türk ali komanda heyətiylə əlaqələri, mübahisələri, şəxsi qarşıdurmaları, müharibələr ortasında yaşanan çətin dövrlər, Atatürk və komandirlər arasında gərginliklər, rolların dəyişib Atatürkün tək lider olduğu Respublika dövründə eyni komandirlər ilə əlaqələri təsvir olunmuşdur. Halil Ersin Avcı “Dünya Medyasında Çanakkale Savaşları 1915” kitabında “Türk tarixinin ən əhəmiyyətli cəbhələrindən biri olan Çanaqqala cəbhəsindəki döyüş hələ televiziya, radio və internetin olmadığı bir dünyada necə əks-səda tapmışdı?” başlığı ilə dünya mətbuatında Çanaqqalanın necə təsvir olunduğunu yazmışdır. Türkün zəfəri olan Çanaqqala döyüşü təbii ki, yalnız quruda, havada və dənizdə olmaqla qalmamış, yazılı mətbuatın sətirlərində və vizual mətbuatın xəttlərində də dərin qarşıdurmalar yaşanmışdı. Halil Ersin Avcının uzun illərini verdiyi bu qiymətli iş - xronoloji ardıcıllıqla və Türkçə-İngilisçə şərhləriylə Çanaqqala döyüşünün tam fərqli təsvirini təqdim edir.
Cemalettin Yıldız “1914-1915-1916 Çanakkale Seddülbahir Kahramanları” adlı tədqiqatında qeyd edir: “Birinci Dünya Hərbi Çanaqqala Cephesinde üç bölgədən ibarətdir. Bunlar Seddülbahir, Arıburnu, Anafartalar bölgələridir”. Bu kitabda Çanaqqala Cəbhəsi Seddülbahir Bölgəsi qəhrəman və qəhrəmanlıqlarını, bunların ən böyüyü Ezineli Yahya çavuşun əhvalatı qeyd edilmişdir. Həmçinin kitabda ilk dəfə Çanaqqala cəbhəsində şəhid düşən yüzlərlə zabit və Komandirlərin fotoşəkil albomun verilir.
Alman tədqiqatçısı Klaus Volfun “Gelibolu 1915 - Birinci Dünya Harbinde Alman Türk Askeri İttifakı” adlı əsərində Çanaqqala zəfəri, sayı və atəş gücü üstünlüyünə sahib düşmənə qarşı dastanlıq bir müqavimət göstərən Osmanlı əsgərinin və başda Mustafa Kamal olmaq üzrə fərdi təşəbbüsləri ilə müqavimət ruhunu qavrayan zabitlər təsvir olunmuşdur. Alman arxivlərindən faydalanaraq Birinci Dünya müharibəsində alman-türk hərbi əlaqələrini ətraflı bir şəkildə araşdıran Klaus Volf kitabında Çanaqqala savaşını almanların dünyagörüşü baxımından təqdim edir. Kitabda 1918-ci ilə qədər Çanaqqala ilə əlaqəli vəzifə yerinə yetirən və bu vəzifə səbəbiylə həyatını itirən alman əsgərlərinin siyahısı da verilmişdir. Çanaqqala savaşının digər tədqiqatçısı isə Stephan Çambersdir. Çambersin Çanaqqala döyüşünün vacib bölmələrini gerçəkliyiəraziylə birlikdə dəyərləndirən bir neçə kitabı mövcuddur. İki kitabında (“Çanakkale Zığındere”, “Arıburnu-Çıkarma”) Çambers daha çox Çanaqqala döyüş meydanlarından bəhs edir. Çambers Çanaqqala döyüşünə münasibətini belə izah edir: “Bu gün Peter Hart və Les Carlyon kimi yazarın yazdıqları çox yaxşı tək cildlik Gelibolu kitabları var, ona görə də mən çox yaxşı kitablar varkən təkrar yazmaq istəmədim. Mənim yanaşmamdakı fərqlilik; Gelibolu yarımadası kimi balaca bir qaya parçasına diqqət edərək, rəsmi qaynaqlar və iki tərəfdən də əsas qaynaqlarını istifadə edərək, ərazini gəzmək istəyən bir çox insana bir döyüş sahəsi rəhbəri təmin edərək onun hekayəsini izah etmək”. Çambers Çanaqqalanın əhəmiyyətli bir cəbhə olmaqla birlikdə, Qərb cəbhəsində almanlara qarşı verilən mübarizə ana cəbhədə meydana gətirdiyindən ingilislər üçün ikinci dərəcə əhəmiyyəti olduğunu vurğulayan Çambers, 100 il üçün "Biz Gelibolu üçün atalarımıza borcluyuq və bu borcu nəsillərə Gelibolunun gerçək hekayəsini anladaraq ödəyə bilərik ki, Gelibolunun həqiqəti fantastikadan daha çox dramatikdir!" deyir.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə