Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması



Yüklə 143,99 Kb.
səhifə26/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
Movzu-12-Turkiyə

Dağlıq Qarabağ münaqişəsi
Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun haqlı tələblərini ardıcıl müdafiə etmiş, respublikamızın ərazi bütövlüyünün və suveren hüquqlarının təmin olunması üçün böyük səylər göstərmişdir. Münaqişənin həlli yolunu yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə münaqişə nizama salınana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və iqtisadi əlaqələr yaratmayacağı barədə öz qətiyyətli mövqeyindən dönmyəcəyini dəfələrlə bəyan edib.4
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi içərisində, sülh yolu ilə həllinə səy edir. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü içində sülh yollarıyla həll edilməsi Türkiyənin Azərbaycana dəstəyilə davam edir.5


Enerji sahəsində əməkdaşlıq
Azərbaycanla Türkiyə arasında 25 illik iqtisadi əməkdaşlıqda enerji sahəsi xüsusi yer tuturə1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”ni imzalamış xarici neft şirkətlərinin konsersiumunda “Türk petrolları” şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın real təzahürü idi.
Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi Ərzurum neft-qaz ixrac kəmərlərində Türkiyə həm tranzit, həm də layihə iştirakçısı kimi çıxış edir. BTC-də TPAO-nun payı 6.53%, “Azəri-Çıraq-Günəşli” layihəsində 6.75%, “Şahdəniz” layihəsində 9%-dir23. 2006-cı il iyunun 4-də ilk neft partiyası BTC ilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən 1.768 km məsafə qət edib, Ceyhan limanına çatdı. Bakı-Tbilisi-Ərzurum qaz kəməri “Şahdəniz” yatağından hasil edilən qazın bir hissəsini (7,7 mlrd. m3 ) Bakıdan Türkiyənin Ərzurum şəhərinə nəql etmək üçün tikilib. Uzunluğu 970 km olan, məhsuldarlığı ildə 30 mlrd. m3 olan kəmər BTC-yə paralel çəkilib. Kəmərin tikintisi 2004-cü ildə başlayıb və 2006-cı ilin sonunda başa çatıb. Bağlanmış müqaviləyə müvafiq olaraq Türkiyə 15 il ərzində 91,0 milyard m3 qaz alacaq24. Ərzurum şəhərindən kəmər Türkiyənin daxili qaz kəmərləri şəbəkəsinə qoşulacaq ki, bu da Azərbaycan qazının Türkiyənin qərbinə nəql olunaraq Cənubi Avropa ölkələrinə çıxmasına imkan yaradacaq. Beləliklə, Azərbaycan qazını nəinki Türkiyəyə, həm də Türkiyə üzərindən Yunanıstana, İtaliyaya, Balkan yarımadasına və başqa Avropa ölkələrinə ixrac etmək mümkün olacaq.6
Enerji mövzusu da iki ölkə arasında əhəmiyyət daşıyan məsələlərdən biridir. Qlobal bir layihə olan TANAP, yəni Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin addımları sürətlənib. TANAP-ın yola düşməsiylə, Bakı-Tbilisi-Qars dəmir yolu və bu kimi layihələrlə Azərbaycan və Türkiyənin mövqeyi və bölgədəki strateji əhəmiyyəti daha da artacaq. Bu istiqamətdə əzm, qətiyyət və siyasi iradə hər iki ölkədə də vardır.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə