Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması



Yüklə 143,99 Kb.
səhifə24/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   20   21   22   23   24   25   26   27   ...   33
Movzu-12-Turkiyə

Dövlət quruluşu
Türkiyə unitar parlament respublikasıdır. 1982-ci il Konstitusiyasına görə dövlət başçısı parlament tərəfindən 7 il müddətinə bir dəfə seçilən prezidentdir. Prezidentin fəaliyyət qabiliyyəti olmadıqda və ya vəfat etdikdə onun səlahiyyətlərini TBMM-nin sədri icra edir. Qanunverici orqan birpalatalı parlament – Türkiyə Böyük Millət Məclisidir. TBMM-nın deputatları partiya səlahiyyətləri üzrə proporsional sistem ilə 5 il müddətinə seçilir. 2007-ci ilin oktyabr ayında Türkiyə Respublikasının Böyük Millət Məclisi ölkə konstitusiyasına (Ana yazı) dəyişiklik edir. Keçirilmiş referenduma görə ölkə prezidenti bundan sonra parlament tərəfindən deyil, xalq tərəfindən 5 il müddətinə seçiləcək. Bir şəxs iki dəfə dövlət başçısı seçilə bilər. İcraedici hakimiyyət Baş nazir başda olmaqla Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Baş nazir prezidentin təklifilə parlament tərəfindən 4 turdan ibarət səsvermə yolu ilə seçilir. İnzibati cəhətdən ölkə 80 ilə (vilayətə) bölünür.
Mühüm partiyaları: Ədalət və İnkişaf partiyası, Cumhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyasıdır. Ana Vətən və Do ğru Yol Partiyaları Demokratik Partiya adı altında birləşmişdir. Demokratik Sol Partiyası sosial-demokratik təmayüllüdür. 2007-ci il avqust ayında prezident seçkilərində 3 partiyadan namizəd iştirak etmişdir: Ədalət və İnkişaf Partiyası, Demokratik Sol Partiyası, Milliyətçi Hərəkat Partiyası. Seçkidə Ədalət və İnkişaf Partiyası qələbə qazanmış v Abdulla Gül Türkiyə Respublikasının 11-ci prezidenti seçilmişdir.
Beynəlxalq və regional təşkilatlarla əlaqələri
1949-cu ildən Türkiyə Avropa Şurasının, 152-ci ildə NATO-nun, 1960-cı ildə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Qara Dəniz Əməkdaşlıq Şurasının Üzvüdür. 1963-cü ildən Avropa İttifaqı ilə əlaqə statusu almış, 1964-cü ildə İran və Pakistan birgə iqtisadi inkişaf təşkilatına (inkişaf naminə regional əməkdaşlıq) daxil olur. Avropa İttifaqı ilə inteqrasiyasının genişlənməsini 1995-ci il martda imzalanmış gömrük ittifaqı 237 müqaviləsi səbəb olmuşdur. 1980-ci ildən Amerika–Türkiyə arasında «birgə müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlıq haqda müqavilə» mövcuddur.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə