Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Ölkədə daxili zidiyyətlərin artması, Krım müharibəsindən sonra müstəmləkə ərazilərində milli azadlıq hərəkat



Yüklə 143,99 Kb.
səhifə21/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   17   18   19   20   21   22   23   24   ...   33
Movzu-12-Turkiyə

Ölkədə daxili zidiyyətlərin artması, Krım müharibəsindən sonra müstəmləkə ərazilərində milli azadlıq hərəkat
Krım müharibəsindən sonra ölkədə narazılıq qüvvətlənirdi. Xalq kütlələri öz vəziyyətinin pisləşməsindən narazı idilər. 50-60-cı illərin yarımçıq, həm də çox pis həyata keçirilən islahatları hətta mülkədar-burjua təbəqələrini də qane etmirdi. Bir sıra yerlərdə ağır vergilərə qarşı pərakəndə kəndli üsyanları baş verirdi. Türkiyənin tarixindən bəhs edən tarixi ədəbiyyatlarda məzlum xalqlar ifadəsi tez-tez işlədilir. Ən başlıcası isə sultan hakimiyyətinə müxalif olan qüvvələr "məzlum xalqlar" adlandırılan xalqların adlarından istifadə edirdilər. Rusiyada nəşr olunan kitablar da məhz belə mənbələrdən bəhrələnirdilər. Türk tarixçisi Bilge Ç. məzlum xalqlar ifadəsinə münasibət bildirərək deyirdi ki, bu diyarda məzlum xalq deyəndə qeyri müsəımanlar nəzərdə tutulur. Daha başa düşmürlər ki, Sultanın ailəsindən və qohumlarından başqa hamı məzlumdur.
Əlbəttə, hakimiyyətin təbəqələr arasında fərq qoyması, imtiyazlı şəxslərin hədsiz səlahiyyətlərə malik olmaları, əhalinin yoxsul təbəqələrinin hüquqsuzluğu və daha da yoxsullaşması məzlum xalqların və təbəqələrin mübarizəsini xüsusilə genişləndirirdi. Xüsusilə xristianların azad cəmiyyət mübarizəsi hərəkata çevrilməkdə idi. Bu hərəkat Türkiyənin əsarətindən tamamilə azad olmaq və öz milli hökumətlərini yaratmaq uğrunda ümummilli mübarizə səviyyəsinə yüksəldi. Bu mübarizənin hegemonu milli, başlıca olaraq ticarət burjuaziyası, ideoloji rəhbəri milli ziyalılar, əsas hərəkətverici qüvvəsi kəndlilər, habelə şəhər zəhmətkeşləri və başlıca olaraq sənətkarlar idi. "Məzlum" xalqların mübarizəsində iki cərəyan, Türkiyə əsarətinə qarşı milli-azadlıq uğrunda mübarizə və türk mülkədarlarının - feodal və yarımfeodalların zülmündən azad olmaq uğrunda kəndlilərin ictimai mübarizəsi birləşirdi ki, bu da gələcəkdə ümumölkə miqyasına çevrilə bilərdi.
Türkiyədə milli-azadlıq hərəkatının və istismara qarşı mübarizənin bir səbəbi də, Krım müharibəsindən sonra Balkan xalqları ilə Avropa ölkələrinin iqtisadi və ideoloji əlaqələrinin artması idi. Balkan xalqları içərisində Avropanın qabaqcıl ideyalarının, o cümlədən Gertsen və Çernışevski ideyalarının böyük təsiri var idi və bu təsir sultan hökumətini narahat edirdi. Balkanlarda türk ağalarının vəziyyəti getdikcə çətinləşirdi. Balkan ölkələrinin ümumi əhalisi içərisində türklərin sayı dönmədən azalmaq istiqamətində dəyişirdi, yəni türklər bu yerləri məcburən tərk edirdilər.
XIX əsrin 60-cı illərində bolqar xalqının milli azadlıq hərəkatı yeni yüksəliş dövrü keçirirdi. Bu hərəkat gedişində Xristo Botev, Qriqori Rakovski, Vasil Levski kimi görkəmli rəhbərlər formalaşdılar. Dunay vilayətinin (Dunay vilayəti "Bolqarıstan" adının özünü yer üzərindən silmək məqsədilə quraşdırılmışdı) valisi (qubernatoru) Midhət paşa bolqar milli-azadlıq hərəkatına qarşı şiddətli mübarizə aparırdı. Bununla bərabər o başa düşürdü ki, köhnə, açıq zorakılıq vasitəsilə türklərin hakimiyyətini burada möhkəmləndirmək mümkün deyil. Buna görə də o, əhalinin rəğbətini qazanmağa çalışırdı. O, yollar çəkdirir, sənayeyə, ticarətə, təhsil işinə himayəçilik edir, bolqar varlılarını inzibati idarə işinə cəlb edir, kənd təsərrüfatı kredit xəzinələri yaradırdı. Lakin Midhət paşanın ikili siyasəti milli-azadlıq hərəkatının qanunauyğun inkişafını dayandıra bilmədi. Türkiyə əsarətinə qarşı mübarizə imperiyanın şərqindəki bir çox məzlum xalqları da bürüdü. 1858-ci ildə Livanda üsyan baş verdi və xarici müdaxilə ilə nəticələndi (1861-ci il). Nəticə etibarilə Livanın idarə olunmasına dair xüsusi qaydalar qəbul edildi ki, qaydalara əsasən Livana qismən muxtariyyət verirdi. 1862-ci ildə Zeytun şəhəri rayonunda ermənilər üsyan etdi. Ermənilərin bu üsyanı imperiyanın erməni əhalisi içərisində və imperiyadan xaricdə özünə dayaq tapmadı. Ermənilər isitisna olmaq şərtilə "Məzlum" xalqlar içərisində azadlıq hərəkatının və türk xalqının öz içərisində narazılığın artması Osmanlı imperiyasının yeni siyasi böhran mərhələsinə daxil olduğunu göstərirdi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə