Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


-1856-cı illər Şərq (Krım) müharibəsi



Yüklə 143,99 Kb.
səhifə17/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   13   14   15   16   17   18   19   20   ...   33
Movzu-12-Turkiyə

1853-1856-cı illər Şərq (Krım) müharibəsi
Şərq və ya Krım müharibəsi adlanan müharibə Türkiyəni müharibə meydanına çəkmək məqsədilə hələ XIX əsrin əvvəllərində Avropa dövlətləri tərəfindən hazırlanmışdı. Bu müharibə İngiltərə ilə Rusiyanın birinci növbədə "Şərq məsələsində" mövqelərinin tamamilə əksliyindən irəli gələn ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş verdi. Osmanlı imperiyasını bütünlüklə özünə tabe etməyə çalışan İngiltərə, imperiyanın vəziyyətini olduğu kimi ("status kvo") saxlamağa tərəfdar idisə, Rusiya Osmanlı imperiyasının Balkanlarda və Yaxın Şərqdəki torpaqlarının dövlətlər arasında bölüşdürülməsi siyasətini yeridirdi. Bu dövrdə Türkiyəyə qarşı iddialı olan Rusiya əsasən boğazları və İstanbulu tutmaq istəyirdi. Fransa və Avstriya, habelə Avropanın başqa dövlətləri, hər biri öz mənafeyi nöqteyi-nəzərindən İngiltərənin tərəfində dururdu. Aydındır ki, Balkan torpaqlarını öz hakimiyyəti altında saxlamağa çalışan Türkiyə İngiltərəyə və Rusiyanın digər düşmənlərinə arxalanırdı.
"Şərq məsələsində" Rusiyanın rəqibi olan dövlətlərlə Rusiya arasında münasibətlər o dərəcədə kəskinləşmişdi ki, kiçicik bir bəhanə müharibəyə səbə ola bilərdi. Belə bir bəhanə, Qüds və Vifleyemdə xristianların "müqəddəs yerləri" üstündə pravoslav və katolik kilsələri arasındakı mübahisə oldu. Pravoslav kilsəsinin arxasında Rusiya, katolik kilsəsinin arxasında isə Fransa və onun müttəfiqləri dururdu. I Nikolay ultimatum şəklində sultandan tələb etdi ki, "müqəddəs yerlərin" ixtiyarı pravoslav kilsəsinə, sultanın bütün pravoslav təbəələri üzərində himayəçilik hüququ isə onun özünə verilsin. Belə bir müqavilə pravoslav əhali olan yerlərdə sultanın suveren hakimiyyətini sarsıda bilərdi. Eyni zamanda bu müqaviləni Türkiyənin bölüşdürülməsinin başlanğıcı hesab etmək olardı. İngiltərə və Fransaya arxalanan sultan I Nikolayın tələbini rədd etdi. Buna cavab olaraq müharibə elan edilmədən əvvəl rus qoşunları 1853-cü il iyunun 21-də Moldaviyaya girdilər. Bundan sonra həmin il oktyabrın 4-də Türkiyə Rusiyaya müharibə elan etdi.
1853-cü il noyabrın 30-da admiral Naximov Sinop limanında türk donanmasını məğlubiyyətə uğratdı. Buna cavab olaraq İngiltərə və Fransa öz donanmalarını Qara dənizə gətirdilər. 1854-cü il martın 12-də onlar Rusiyaya qarşı Türkiyə ilə ittifaq haqqında müqavilə bağladılar və martın 27-28-də isə Rusiyaya müharibə elan etdilər. Beləliklə, Rusiya təklənmiş şəraitdə müharibəni davam etdirdi. Rusiyanın məğlubiyyəti ilə qurtaran "Şərq müharibəsi", eyni zamanda Rusiyada hakim feodal idarə üsulunun çürüklüyünü və dağılması ehtimalı özünü doğrultdu. Rusiya Avropanın qabaqcıl dövlətlərinin ittifaqı ilə nə iqtisadi, nə də hərbi cəhətdən müharibə aparmağa hazır deyildi.
Əslində Türkiyə də bu müharibəyə hazır deyildi. Rusiyanın məğlub olması aydınlaşdıqda Qara dənizdə heç də İngiltərənin mövqeyini möhkəmlətmək istəməyən Fransa və Avstriya sülh söhbətini ortaya atdılar. Müharibəni davam etdirmək istəyən İngiltərə güzəştə getməyə məcbur oldu. Avstriya 1855-ci ilin axırlarında İngiltərə və Fransa ilə birlikdə hazırlanmış sülh şərtlərini Rusiyaya təqdim etdi. Rusiya hökuməti bu şərtlərə özünün ilkin razılığını verdi və 1856-cı il fevralın 25-də Parisdə sülh konfransı açıldı. Lakin hələ konfrans açılmamışdan əvvəl Türkiyə Rusiyanın mövqeyini zəiflətmək üçün İngiltərə və Fransanın məsləhəti ilə daxili bir tədbir keçirdi. Bu tədbir Balkanlara, Qara dəniz regionuna və digər ərazilərə aid idi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə