Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Türkiyədə 1856-cı ildəki xətt-humayunun mahiyyəti



Yüklə 143,99 Kb.
səhifə18/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
Movzu-12-Turkiyə

Türkiyədə 1856-cı ildəki xətt-humayunun mahiyyəti
1856-cı il fevralın 25-də açılan Paris sülh konfransının gündəliyindən bir daha məlum olurdu ki, bu konfransda imperialist dövlətlər Türkiyəyə qarşı heç də səmimi deyillər. O da məlum idi ki, sülh konfransında Rusiya Türkiyənin fakt qarşısında qoymağa cəhd göstəriləcəkdir. Odur ki, Rusiyaya özünü Türkiyədəki "məzlum" milliyyətlərin müdafiəçisi kimi çıxış etmək imkanı verməmək üçün İngiltərə və Fransa hələ müharibə illərində sultanı bəzi fərmanlar verməyə məcbur etmişdilər ki, bunlar da müsəlman olmayan əhalinin vəziyyətinin yaxşılaşdırılmasını və bərabərhüquqlu vətəndaş olmalarını sübut etməli idi. Odur ki, misal üçün, müsəlmanların cinayət işlərinə müsəlman olmayanların şəhadət verməyə buraxılması haqqında 1854-cü ildə fərman nəşr edildi. Əsrlərdən bəri müsəlman olmayanlardan alınan xüsusi şəxsi vergi "xəracın" ləğv edilməsi haqqında hələ 1855-ci il mayın 10-da fərman verilmişdi. Lakin, əslində "xərac" ləğv edilməmiş, müsəlman olmayanların hərbi mükəlləfiyyətdən azad edilməsi üçün alınan vergi ilə əvəz edilmişdi. Bütün bu fərmanlar az səmərəli tədbirlər idi. Qeyri müsəlman əhalinin ziyalıları Paris sülh konfransına göndərdikləri müraciətlərdə göstərirdilər ki, “Müharibə zamanı Osmanlı imperiyasının xristian əhalisinə qarşı Türkiyə hökumət idarələrinin özbaşınalığı misli görünməmiş bir şəkil alıb”. Belə ki, xristianlar iddia edirdilər ki, “guya milli ayrı seçkiliklə yanaşı Rusiyaya rəğbət bəsləyən xristianlardan qisas alırlar”, bu da Avropa ictimaiyyatının qınağına çevrilirdi.
Sultanın 1856-cı il fevralın 18-də nəşr etdiyi ali fərmanının (xətt-humayunun) əsas prinsipləri həmin memorandumdan götürülmüşdü. Fərman, Gülxanə xətt-şərifinin elan etdiyi hüquq bərabərliyinin müsəlmanlarla müsəlman olmayanların hüquq bərabərliyini, dini etiqadından asılı olmayaraq bütüntəbəələrin şəxsiyyət, şərəf və mülkiyyət təhlükəsizliyinin təmin olunmasını təsdiq edirdi. Yəni fərman müsəlman olmayanların müsəlmanlarla bərabər əsasda dövlət qulluğuna və hərbi məktəblərə buraxılmasını bəyan edirdi. Fərman dinindən asılı olmayaraq bütün təbəələr üzərinə bərabər vergi qoyulmasını, vergi toplanışında iltizam sisteminin tədriclə ləğv olunacağını vəd edirdi. Dövlət büdcəsi tərtib olunacağı, yollar çəkiləcəyi, banklar açılması, xaricilərə mülk sahibliyi hüququ verilməsi, Avropa dövlətlərinin kapitalından, həmçinin elm və incəsənət nailiyyətlərindən istifadə edilməsi də fərmanda nəzərdə tutulmuşdu ki, bu da Türkiyədə xristianlara çox böyük hüquq və imtiyazlar verirdi.
Rusiyanın rəqibləri sülh şərtlərinin müzakirəsi zamanı bu fərmandan istifadə edərək, “Osmanlı imperiyasında xristian əhalinin vəziyyəti kimi” kəskin bir məsələ ətrafında uzun-uzadı müzakirə və mübahisələrə yol verməməyə müvəffəq oldular. Həmin fərman eyni zamanda Türkiyənin avropalaşması dəlili kimi qələmə verilirdi və buna əsasən Türkiyə sırasında olan dövlət kimi tə qdim edildiyinə görə sənədləşmədə Avropa dövlətləri tərkibinə qəbul edildi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə