Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


XIX əsrin 50-60-cı illərində Türkiyədə iqtisadi vəziyyət, Yeni islahatlar



Yüklə 143,99 Kb.
səhifə20/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   16   17   18   19   20   21   22   23   ...   33
Movzu-12-Turkiyə

XIX əsrin 50-60-cı illərində Türkiyədə iqtisadi vəziyyət, Yeni islahatlar
1853-1856-cı illərdə baş vermiş Krım müharibəsi Türkiyənin iqtisadi qüdrətini xeyli zəiflətdi. Müharibə kəndlilərin vəziyyətinə xüsususilə ağır təsir göstərdi. Lakin müharibədən sonra da hakim dairələr kəndlilərin vəziyyətini yüngülləşdirmək üçün nəinki tədbir görmədilər, hətta onların üzərindəki vergi yükünü daha da ağırlaşdırdılar və 1850-ciildə illik yığım 2,5 milyona çatdığı halda, 1856-cı ildə vergi yığımı təxminən 7 dəfə artırılmışdı. Amma müharibənin baç verməsinin bəzi təbəqələrə çox xeyri olmuşdu. Belə ki, müharibə ordu üçün ərzaq satan iri torpaq sahiblərinin varlanmasında əsas mənbə olmuşdu.
XIX əsrin 30-40-cı illərində len sistemi ləğv edildikdən sonra torpaq sahibliyində yaranmaqda olan yeni münasibtlər aqrar sahədə yeni qanunlar verilməsini tələb edirdi. 1858-ci ildə qəbul olunan torpaq qanunu mövcud aqrar münasibətləri təsbit etdi. Yeni qanuna görə torpaqların böyük bir hissəsini dövlət və vəqf torpaqları təşkil edirdi. Bu torpaqlar icarəyə verilirdi. Bunları satmaq, girov qoymaq, bağışlamaq olmazdı. Bu torpaqların çox cüzi hissəsi nəsli prinsiplərə əsasən nəslin davamçılarına keçə bilərdi. Təəssüf ki, yeni torpaq qanunu aqrar hüquq sahəsində bir çox feodal istismarı xüsusiyyətlərini yenə də saxladı. Dövlət və məscid torpaqlarından istifadə edən icarədarların tələbini yerinə yetirərək hökumət 1867-ci ildə verdiyi qanunla bu iki qrup torpaqların nəsli surətdə keçməsi imkanını xeyli artırdı. Yenə də həmin ildə xaricilərə Türkiyədə daşınmaz əmlak satın almaq hüququ verildi. Xaricilər başlıca olaraq yeraltı sərvət yataqlarını ələ keçirmək, müəssisə və ev tikmək üçün sahə almaq imkanı əldə etmək məqsədi ilə buna nail olmağa çalışırdılar. Türkiyədə nəsli prinsiplərə əsasən keçən torpaqların varislərə çatması narazılıq yaradırdı. Məsələn, 50 il əvvəl birinin babası hansı yollasa xeyli torpaq əldə edib. Həmin varis heç bir əziyyət çəkmədən torpaq sahibi olur, başqalarını da istismar edirdi. Nəticədə narazılıq artırdı.
Amma, hələlik sənayedə durğunluq hökm sürürdü. Sənət sənayesi, yəni kustar sənətkarlıq və xırda əmtəə istehsalı üstün yer tuturdu. Doğrudur, 1861-ci ildə sex reqlamenti (sənətkarların müstəqil fəaliyyətini məhdudlaşdıran qaydalar) ləğv edilmişdi. Lakin bazarda xarici malların hökmranlığı şəraitində bu tədbir sənayenin inkişaf etdirilməsi üçün daha ciddi müsbət nəticələr verə bilməzdi.
Xarici ticarət on illərdən bəri müəyyənləşmiş istiqamətdə, yəni köhnə qayda ilə inkişaf edirdi. Bu isə xarici kapitaldan Türkiyənin asılılığını artırırdı. Xarici kapitalistlər yeni dəmiryol konsessiyaları alırdılar. Hökumət, çəkilən hər bir kilometr yol üçün onlara gəlir təminatı verirdi və beləliklə, nəticədə kəndlilərdən alınan bir sıra vergi gəlirləri konsessiya sahiblərinin ixtiyarına keçirdi.
Ölkənin maliyyə vəziyyəti getdikcə pisləşirdi. Dövlətin məxarici mədaxilindən çox idi. Büdcə gəlirlərinin böyük bir hissəsi ordu saxlanılmasına və saray xərclərinə sərf olunur, borcların ödənilməsinə sərf edilirdi. Odur ki, daxili xərcləri ödəmək üçün hökumət xaricdən tez-tez borc almağa başladı. 1854- cü ildən 1869-cu ilədək olan qısa müddətdə Türkiyənin borcu böyük məbləğə - 2 milyard 391 milyon franka çatmışdı. Bu məbləğdən yalnız 1.533 milyon frank Türkiyə dövlətinin ehtiyat fonduna daxil olmuşdu. Türk tarixçilərinin dediyi kimi "Xalqın soyulması hesabına müəmmalı maliyyə fırıldaqları var idi".
Türkiyənin maliyyə çətinliklərindən istifadə edən xarici kapitalistlər onu getdikcə daha çox özlərinə tabe edir və Türkiyədən yeni-yeni imtiyazlar qoparırdılar. Bu imtiyazlardan biri xüsusi Osmanlı bankının 1863-cü ildə dövlət bankı hüququna malik olan maliyyə orqanına çevrilməsi idi. Osmanlı bankına kağız pul buraxmaq, dövlət adından borclar almaq və s. hüquqlar verilmişdi. Bununla yanaşı 1864-1868-ci illərdə Türkiyədə yeni xarici banklar açıldı ki, bu da ölkənin daha da böhrana sürüklənməsinə xidmət edirdi. Nəticədə bank oliqarxiyası ilə maliyyə oliqarxiyasının birləşməsi prosesi yaxınlaşmaqda idi ki, bu da təhlükəli iş idi. Əlbəttə, yeni təfəkkürlü burjua və mülkədar təbəqələri, həmçinin xarici kapitalistlər Türkiyədə inzibati idarə işlərinin qaydaya salınmasına, özbaşınalığın aradan qaldırılmasına, ticarət və digər kapitalist fəaliyyəti üçün əlverişli şərait yaradılmasına ehtiyacı bəyan etsələr də, hakimiyyət irəli sürülən təklifləri sanki eşitmirdi. Bu da ölkəni gələcək fəlakətlərə sürükləyirdi. Bu səbəbdən sultan hökuməti özünü yeni şəraitə uyğunlaşdıraraq 1860-cı ildə ticarət məhkəmələri yaradılması haqqında fərman verdi və bu işləri ruhanilərin səlahiyyətindən kənarlaşdırdı. Eyni zamanda 1864, 1867 və 1871-ci illərdə Fransa inzibati idarəçiliyinə oxşar inzibati islahatlar keçirildi. Əslində bütün bu islahatların olduqca az əhəmiyyəti var idi. Yalnız adı dəyişmiş satraplar (hakimlər və valilər) əvvəlki kimi özbaşınalıq edirdilər, müsəlmanlarla müsəlman olmayanlar arasında məzlumlarla dilənçilər arasında heç bir bərabərlik yox idi. İslahatlardan isə xarici kapitalistlər və yerli burjuaziya ən çox xeyir görür və daha geniş imtiyazlara sahib olurdular.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə