Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması



Yüklə 143,99 Kb.
səhifə19/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
Movzu-12-Turkiyə

1856-cı il Paris sülh müqaviləsi
1856-cı il martın 30-da bir tərəfdən Rusiya, digər tərəfdən də Avstriya, Fransa, Böyük Britaniya, Prussiya, Sardiniya və Türkiyə arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən Rusiya Cənubi Bessarabiyanı itirmiş oldu. Bununla yanaşı Rusiya Dunay mənsəbini öz nəzarəti altında saxlamaq imkanından məhrum edildi. Müqavilə Qara dənizdə Rusiyanın hərbi-dəniz donanmasını ton su tutumu hesabı ilə məhdudlaşdırır, Qara dəniz sahillərində cəbbəxana, tərsanə və gəmi-təmir edən müəssisələr tikməyi qadağan edirdi. Bu haqda rus klassikləri haqlı olaraq yazırdılar ki, Krım müharibəsində Rusiyanın məğlubiyyəti "Çarizmin çürüklüyünü göstərdi". Maraqlı burasıdır ki, "qalib gəlmiş" Türkiyə də öz üzərinə bu cür öhdəliklər götürdü. Həmçinin Serbiya, Moldaviya və Valaxiya üzərində Türkiyənin suverenliyi saxlanılırdı. Müqaviləyə əlavə olaraq boğazlar haqqında müqaviləyə ayrıca bənd qəbul edildi və bu da bütün ölkələrin hərbi gəmilərinin boğazlardan keçməsinin qadağan olunduğunu təsdiq etdi. İngiltərə, Fransa və Avstriya 1856-cı il aprelin 15-də imzaladıqları sazişlə "Paris müqaviləsi məzmunu daxilində Osmanlı imperiyasının istiqlaliyyəti və bütövlüyünə təminat verməyi" və bu müqavilənin hər hansı bir şəkildə pozulmasına müharibəyə səbəb kimi baxmağı öhdələrinə götürdülər.
Bu müharibədə Avropa dövlətlərinin yardımı ilə Türkiyənin qalib gəlməsinə baxmayaraq Krım müharibəsi Türkiyə üçün də olduqca ağır nəticələr verdi. İngilis-fransız kapitalı tərəfindən Türkiyənin maliyyə əsarətinə alınması məhz müharibə illərində başlandı. Böyük hərbi xərclər Türkiyəni 1854-1855-ci illərdə olduqca ağır şərtlərlə ingilis və fransız banklarından ilk borclar almağa məcbur etdi. İngilis kapitalistləri Türkiyəni təsir altında saxlamaq üçün 1856-cı ildə Osmanlı bankının əsasını qoydular. Bu bank Türkiyədə xarici kapitalın əsas dayağı oldu. Elə həmin il yenə də ingilis kapitalistləri İzmir rayonunda dəmir yolu çəkmək üçün Türkiyəyə qətiyyən xeyirli olmayan şərtlərlə ilk konsessiya aldılar. Türkiyə hərbi cəhətdən tamamilə zəifləşmiş, onun ordusu ruhdan düşmüşdü. Türkiyə demək olar bütün donanmasını itirmişdi. Heç bir dövlətə nüfuz gətirməyən süni şəkildə törədilmiş müharibə Türkiyəni İngiltərə və Fransanın kollektiv protektoratı altına düşməyə məcbur etdi.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə