Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Türkiyədə kitab çapına başlanması və Osmanbəy mətbəəsi



Yüklə 143,99 Kb.
səhifə29/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   25   26   27   28   29   30   31   32   33
Movzu-12-Turkiyə

Türkiyədə kitab çapına başlanması və Osmanbəy mətbəəsi
Türk xalqlarmın mədəniyyət tarixinin mühüm bir hissəsi kitab və kitabxana mədəniyyəti ilə iladə olunur. Zəngin əlyazma kitabı mədəniyyəti yaratmış türk xalqlarının, kitab çapına keçməsi yeni bir dövrü səciyyələndirirdi. Tiirk xalqları içərisində bu işi ilk dəfə həyata kcçirən Osmanlı imperiyası oldu. Türkiyədə mətbəəçiliyin, xüsusilə XIX əsr üçün çox diqqətə layiq bir hekayəsi mövcuddur. Lakin bu hekayənin hələ kifayət qədər araşdırılmadığı və yazılmadığı da məlumdur. Bunun üçün lazımlı mənbələr az deyilməyəcək mıqdarda, lakin olduqca dağınıq bir formada idi.
Tədqiqatçı alim, Əli Birinci “Osmanbey ve matbaası” adlı araşdırmalarında çox mühüm bir boşluğu doldurmuş, XIX əsrin kitabçılıq mədəniyyətinin bitkin bir mənzərəsini üzə çıxarmışdır. Bu məqsədlə qeyd olunan dağınıq materiallar toplanmış, böyük bir zəhmətin müqabilində Türkiyənin Osmanlı dövründə mədəniyyətin vacib bir istiqaməti tarixi mənbələrin şərhinə məruz qalmışdır. Tədqiqatçı A.Birinci araşdırmaların konsepsiyasını aşağıdakı kimi müəyyənləşdirən işdir: ‘Bu diqqətə dəyər irəliləmənin bir bütün olaraq deyilsə də parça-parça hekayəsi hər mətbəə və xüsusilə böyük mətbəələr ətrafında yazılmalıdır. Bu formada daha başqa yazılmış kiçik hekayalərdən Türk mətbəəçiliyinin böyük hekayəsi formalaşdığında bunun çox diqqətə layiq bir nəticə verəcəyini və eyni zamanda mədəniyyət baxımından da bir qınama nöqtəsində necə həyata keçiriləcəyini başa düşməyin mümkün olduğunu vurğulamaq lazımdır. Bu kimi mətbəələrin içərisində Osmanlı dövründə yaradılmış ən böyük mətbəə olan Matbaayi Osmaniye başda gəlməkdədir və mətbəələrin hekayasinə onunki ilə başlamaq daha doğru olar”. İnkişaf edən bir qurum olaraq mətbəəçiliyin Türkiyəyə niyə gec gəldiyi və ya Qərb dünyasındakı kimi niyə başlamadığı haqqındakı fıkirlərin və şikayətlərin doğru bir tərəfini tapmaq çox da asan deyıl. Osmanlı Dövlətində mətbəəyə qarşı çıxmaq kimi bir mövqe olmamışdır. Başlıca səbəb isə mətbəəyə bir qurum olaraq ehtiyac olmaması idi. Kifayət qədər oturuşmuş islam mədəniyyoti zəngin ənənələr formalaşdırmış bir sistem yaratmışdı. Bir sistemin dağılması və digər sistemin yaranması zaman almalı idi.
Dövlətin bu quruma qarşı olmaq kimi bir davranışından bəhs etmək mümkün deyil və ilk mətbəənin Osmanh ölkəsində görünməsi Qərb dünyasından çox uzaq bir zaman arahğınada sahıb deyıl. İspaniyadan İnkvizisiya zülmündən qaçıb Osmanlı ölkəsinə sığınan Yəhudilərın gətirdiyi mətbəə ilk olaraq 1494-cii ildə İstanbulda açıldığı zaman dövlətin bu mətbəəyə qarşı çıxması kimi bir mövqeyi olmamışdır. Osmanlı Türkiyəsində ilk mətbəələr, eləcə də İbrahim Mütəfərrikə mətbəəsinin fəaliyyəti barədə B.Allahverdiyev “Ümumi kitab tarixi” dərsliyində geniş və məzmunlu məlumat verir.
İstanbulda Türklərin əliylə açılan ilk mətbəə Mütəfərriki mətbəəsi olaraq tanınan mətbəədir. Mehmed Said Efendi və İbrahim Mütəfərrikinin birgə ləaliyyəti 1726-cı ildə yaradılan mətbəədə ilk olaraq Lüğət çap olunması lüğətə olan böyük ehtiyacın bir sübutu hesab öluna bibr. Ümumiyyətlə, həm islam mədəniyyəti kontekstində, həm də türk xalqlarının digər qonşu mədəniyyətlər əlaqəsini təmin edən və dünyaya həmişə açıq olmasının mühüm ifadəsi kimi çox sayda lüğətlərin tərtibi və yayılması olmuşdur.
III Səlim zamanında başlayan Nizam-i Cədid hərakatı içində ilk dəfə mətbəənin islahat hərakatında bir ehtiyac olaraq özünü hiss etdirdiyi və hərbi islahatın bir hissəsi kimi qəbul edilmişdi. İlk dəfə mətbəəçiliyin əsas güc olaraq rəsmi bir təbb və hətta zərurət özünü ifadə edir və qurulan Mühəndishanə Mətbəəsi (1797-ci il) artıq tələb olunan kitablar çap etdirməyə başkıyırdı. Bunların sadəcə hərbi işlərlə əlaqəli kitablar deyil, lüğətlər və məktəblərdə oxunan kitablar olduğu məlumdur.
İstanbulda 1803-cü ildə qurulan Üsküdar mətbəəsi üçüncü Türk mətbəəsı olaraq Türk mətbəəçiliyi tarixində artıq mətbəənin ayrılmaz bir qurum olduğunu da təsdiqləmişdi. XIX əsrın I yarısında artıq dövlətin demək olar ki, bütün orqanlarında apanlan islahatların bu və ya digər bir formada ayrılmaz tərkib hissəsinə çevrilən mətbəətliyin tədricən inkişaf etdirildiyini və mətbəələrin sayının çoxaldığını görmək heç də təəccüblü deyil. Maarifin və mətbuat sənədlərinə ehtiyacı olan bütün dövlət orqanlarının və gün keçdikcə sürətlə artan xalqın tələbi nəticəsində mətbəəçilik böyük bir əhəmiyyət kəsb etməyə başladı. Mətbəətçiliyin cəmiyyətin yaşadığı, ictimai zaman içində inkişaf etdiyi aydın şəkildə görülürdü.
İstanbulda ilk dəfə mətbəələrin nizama salınması 15 fevral 1857-ci il tarixli Mətbəə Nizamnaməsi ilə həyata keçdi. 9 maddə və əlavə olaraq bir xüsusi maddədən ibarət olan bu nizamnamənin inkişaf edən mətbəəçiliyə cavab verməkdən çox uzaq idi və 28 yanvar 1885-ci il tarixində 41 maddədən ibarət olan yeni bir Mətbəə Nizamnaməsi nəşr edildi. Bu nizamnaməyə görə mətbəə açmaq istəyən Osmanlı və əcnəbi vətəndaşları miiraciətində ad, soyad və tərcümeyi-halları, yaşayış yeri ilə mətbəənin açıq ünvanını və hansı dillərdə kitab nəşr edəcəklərini vilayət valilərinə bildirməlidirdilər.
Mətbəə çap etdiyi kitablara mətbəənin adını və açıq ünvanını yazmaq məcburiyyətində idi. Mətbəə hansı dillərdə kitap çap etmək lisenziyası almışsa bu dillərdən əlavə Osmanlı dilində olan bir lövhəni qapısının üstünə asmalı idi. Mətbəənin qapısının üzərində bir lövhə olmah və mətbəənin başqa binalara qapı və ya pəncərə formasmda bir keçidi olmamalıydı. Əsl mühüm maddələrdən biri də Maarif Nəzarəti və Mətbuat İdarəsi lazım olduğu vaxt Zabitiye göndərilərək məmurların mətbəələri təftiş edilə biləcəklərinə dair bir hökm idi. Nizamnamə əleyhindəkı vəziyyətlər Ədliyyə İdarəsinə bir bildiriş şəklində göndərib bilərdi.
Bu yolla dövbt, mətbəələrin açılışını sövq etməyə çalışarkən özünü də bu həssas vəziyyətin siyasi zərbəsindən qorumağa çalışırdı. Ancaq burada qeyd edilməsi zəruri olan başqa bir cəhət isə dövlətin bir tərəfdən bu kimı çətin yollara baş vurmaqla bərabər digər tərəfdən mətbəəçiliyin inkışaf etməsi üçün tədbirlər alması və gömrük muafıyyəti kimi imkanlar tanımasıdır. Bu baxımdan mətbəəçiliyin siyasi mübarizəsinin bir vasitəsi olmasına və eyni zamanda kitab çapında səhvlərə yol verilməsinə mane olmaq cəhdi əsas göstərilirdi.
XIX əsr Türkiyə coğrafıyasında kitabçılıq işinin inkışafında mühüm rol oynayan Osman bəy mətbəəsi haqqında tədqiqatçı Əli Birinci yazır: “Matbaa-i Osmaniyənin qurucusu Ser-kurena Osman Bəy tam adı ılə Osman Zeki Bəy, XIX əsrin məşhur xəttatlarından Hakkakzadə Mustafa Hilmi Efendinin oğludur. Doğum tarixi məlum deyil. Osman Bəy atası sayəsində yetkinlik yaşında II Abdülhəmidin xidmətinə verilərək saraya daxil oldu. Bir ara söz-söhbətbrə görə saraydan çıxarılmış və həmin vaxtı öz mətbəəsini yaratmışdır. Nəvəsi Nezhin xanımm ifadəsınə gorə mətbəəsini qurmadan əvvəl (1869) Həcc ziyarətinə getmiş və Anadolu məsciddindəkı Qurani-Kərimin əlyazma nüsxəblərinin zəncirli və asma kilid altındakı vəziyyətini gördüyü zaman özündə kitab çap etmə fıkri əmələ gəlmişdi. Osman Bəydən bəhs edənlər qurduğu mətbəəyə çox diqqıt etməmiş və bu möhtəşəm əsərə çox da əhəmiyyət verməmişdilər. Mətbəədən heyranlıqla bəhs edən və İstanbulda belə bir mətbəəni görməyinə təəcciübləndiyi bildiriən bir yunan jurnalisti olmuş və bu haqda Afina qəzetində genis bir yazı nəşr etmişdir”.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə