150
Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi
Haşiyə 10.6. Artıq Silah Sistemlərinin Utilizasiya ilə bağlı Korrupsiya
İttihamları
Finlandiya Dövlət Prokuroru Jorma Aijala beş nəfərə qarşı cinayət işi
qaldırır. İttiham olunanlardan ikisi Müdafi ə Nazirliyində direktorluq vəzifəsi
tuturdu. Qalan üçü isə utilizasiya şirkətində çalışırdı.Bu cinayət hadisəsi
tender yarışı ilə əlaqədər idi. Müdafi ə Nazirliyi 2007-2009-cu illər ərzində
360 dənə köhnəlmiş, piyadaların zirehli texnikasını utilizasiya etmək üçün
alıcı axtarırdı. Prokurorun verdiyi məlumatlara görə,tenderin qalibi tender
yarışında qeyri-qanuni vasitələrdən istifadə etmiş və rəqabətdə olan tender
iştirakçısı 350 000 Euro həcmində zərər çəkmişdir.
Müdafi ə Nazirliyi tərəfi ndən ən ciddi ittiham o vaxtkı satış müdürünə qarşı
sürülmüşdür və hal- hazırda o ordudan xaric edilmişdir. İttihama görə,o
qalib şirkətin nümayəndələrindən rüşvət almış və tender yarışında qərar
verən şəxsləri inandırmışdır ki, o şirkətin irəli sürdüyü təklifl ər tenderdə
rəqabətdə olan digər təklifdən üstündür. Dövlət prokuroru, rüşvət aldığına
görə geniş miqyaslı dələdüzlük, öz vəzifəsindən sui istifadə etmək və
həmçinin dövlət sirrini pozmaq ittihamı ilə satış müdürüni cəzalandırmağa
çağırmışdır. Aijala-ya görə rüşvətlə əylənmə və qonaqlıqlar həyata
keçirilmişdir. Müstəndiqlər, satış müdürünün 6 min Euro alması haqda
da şübhələnirdirlər. Qalib sirkətin rəhbərlik səviyəsindəki bir işçisi, öz
rəhbərliyindən bir şəxsin xahişi ilə boz zərfdə həmən adama 6000Euro pul
verdiyini boynuna aldı. Buna baxmayaraq, prokuror 6000 Euro rüşvətlə
bağlı ifadənin yetərli olmadığını hesab etdi.
Hərbi Qüvvələr növünün digər direktoru işdə yarıtmazlığa görə,praktiki
olaraq diqqətsizliyə görə ittiham olundu. Həmən direktor satış müdürü
tərəfi ndən təqdim edilən qiymət analizinə inanmış və onun əsasında, o
sonra tender qalibi ilə bağlı təklif hazırlamışdır. Hazırlanan təklif Müdafi ə
Nazirliyi ierarxiyası üzrə yuxarı getmiş və heç kim satış müdürünün
rəqəmlərini yoxlamamışdır. Hazırlanan təklif əsasında, utilizasiya haqda
son qərar, o zamankı Müdafi ə Naziri tərəfi ndən verilmişdir.
Podratçı fi rmanın nümayəndələrinə qarşı geniş miqyaslı dələduzluq,
kommersiya sirlərini pozma və rüşvət vermə ittihamlarına görə cinayət
işi qaldırılmışdır.Müstəndiqlər,həmən fi rmanın müdürü və müdür müavini
haqda sui-istifadə ittihamları irəli sürmüş, lakin prokuror bu ittihamları
əsassiz saymışdır.
Mənbə: “Deal to Scrap Army Tanks Leads to Bribery Trial,” Helsingin Sanomat,
International Edition (26 November 2009), http://www.hs.fi /english/article/Deal+to+scr
ap+army+tanks+leads+to+bribery+trial/ 1135251039606.
Avstraliya Müdafi ə Nazirliyinin artıq mülkiyyətlə bağlı gördüyü işlər
151
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
müsbət praktika kimi sayıla bilər. Müdafi ə Nazirliyi artıq,lazımsız hərbi
mülkiyyətin utilizasiyasına ayrıca mərhələ kimi baxır, yəni mövcud inf-
rastruktur obyektlərinin həyat-dövrünün idarə edilməsi prosesinin bir
mərhələsi kimi baxırlar
76
. Utilizasiya prosesi bütün maraqlananar üçün
sadə,anlaşıla bilən(Bax Şəkil10.1) formada İnternet-də yerləşdirilmişdir.
77
Kim maraqlanırsa,qısa zaman ərzində bu prosesin əsas mərhələləri, qərar
qəbul etmə kriteriyaları, konkret fəaliyyətin gözlənilən nəticələri, tətbiq edilə
bilən təlimatlar və hətta təlimatların mətnləri haqda məlumat əldə edə bilər.
Beləliklə, hökümət adamının məhdud səlahiyyəti, rəqabətli prosedurlarla
bərabər hərəkət etdikdə utilizasiya zamanı ortaya çıxan korrupsiya imkanla-
rını ciddi surətdə azaldır.
Dördüncü və sonuncu növ risklər barter üsullarını əhatə edir. Bu ən
yüksək korrupsiya risklərini özündə ehtiva edən utilizasiya formasıdır.
Məsələn, bir çox ölkələrdə ordu ən çox mülkiyyət “sahib”lərindən biridir
və bu mülkiyyətin bir çoxu, hətta ehtiyac duyulmayan hissəsi,ən cəlb edi-
ci yerlərdə, məsələn,şəhərin mərkəzində yerləşir. Bir çox hallarda hərbi
rəhbərlik, “əsgərlərə qayğı” adı altında bu cür cəlbedici yerləri evlərlə
mübadilə edib satırlar və bu zaman sadəcə evləri satan şirkəti də özləri ta-
pırlar.Yəqin ki, bu cür hallarda korrupsiyanın qarşısını almağın təsirli yolu,
qanunla bu cür mübadilələri qadağan etməkdir.
Tövsiyələr
Əvəlki bölmədə müqavilə bağlama prosesi ilə bağlı tövsiyələrə əlavə ola-
raq, bu fəslin son bölməsi də idarəçilik mexanizmlərinn möhkəmləndirilməsi
və utilizasiya-xarakterli korrupsiyanın azaldılması ilə bağlı tövsiyələri ye-
kunlaşdırır.
Xəbərdar Etmə
Müdafi ə Nazirliyi, parlamentlər və vətəndaş cəmiyyətləri artıq silah
sistemləri, avadanlıqları, sursatları və infrastrukturları haqda və onların bütün
xarakteristikaları ilə bağlı, o cümlədən onların utilizasiyası zamanı ortaya çı-
xan korrupsiya imkanları haqqında ictimaiyyəti xəbərdar etməlidirlər.
76
Avstraliya Höküməti, Müdafi ə Nazirliyi, İnfrastruktur İdarəetməsi, www.defence.gov.
au/IM.
77
Avstraliya Höküməti, Müdafi ə Nazirliyi, Artıq Hərbi Mülkiyyətin Məhv edilməsi
Yolları,Version 4.9 (September 2009), http://www.defence.gov.au/im/disposal/ main.htm.
152
Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi
Hərbi planlaşdırma və Planlar
Sağlam hərbi planlaşdırma,utilizasiya məmulatlarının səmərəli
idarəetməsi üçün əsas şərtdir.Bu cür planlaşdırma problemə uzun-müddətli
perspektiv kimi baxır. Birincisi, sağlam hərbi planlaşdırma elə silah siste-
mi və/və ya infrastruktur qurmağa maliyyə ayırır ki, bir müddət sonra güc
strukturu dəyişikliyi planları ortaya çıxanda həmən sistem və ya infrastruktur
lazımsız elan edilməsin.
İkinci, yaxşı düşünülmüş hərbi planlar, lazımsız sayılacaq avadanlıq və
infrastruktur növləri və sayları ilə bağlı,həmçinin,məhv ediləcək sursat eh-
tiyatları haqda da etibarlı,həqiqi məlumatlarla təmin edir. Üçüncü, biznes
dairələri və əsasən da hərbi sənaye həmən məlumatlardan yararlanıb uyğun
hərbi imkanları yaratmaq üçün istifadə edə bilər və həm ölkədaxili, həm də
mümkün olduqca beynəlxalq səhnədə rəqabətliliyi artırar.
Yerli Hökümətlərin Utilizasiya İşlərinə Sahib Çıxması
Xarici dövlət və təşkilatların atıcı silah cəbbəxanalarının və artıq hərbi
ehtiyatların məhv edilməsi prosesinin ilkin mərhələsindəki rolları, prosesin
başlaması üçün həllledici xarakter daşıyır.Çox vaxt, ölkələr artıq hərbi ava-
danlıq və silahların heç olmasa bir hissəsini ləğv etmək istəyir,ancaq maliyyə
və ya texnoloji səbəblərə görə, ya da özləri bu işə çox pul ayırmaqda həvəssiz
olduqlarına görə bu işi görə bilmirlər. Buna baxmayaraq, əgər bu ölkələr
bu problemi özününküləşdirərsə, o zaman bu işdən faydalanar və donor
ölkələrlə münasibətləri daha aktiv olar. Donor ölkələri də, öz növbəsində yerli
hökümətləri bu işə sahib çıxmalarına həvəsləndirməlidirlər
78
. Eyni zamanda,
utilizasiya prosesi zamanı, yerli hökümətlərdən geniş şəffafl ıq və standartların
artırilması və iştirakçıların cavabdehlik və məsuliyyətinin təkmilləşdirilməsi
tələb olunur.
Utilizasiya Prosesini İdarəetmək üçün Proqramlaşdırılmış
Yanaşma Qəbul Etməli
Qısa müddətli perspektivdə, silah və sursatları anbarda saxlamaq və qoru-
maq onu məhv etməkdən ucuz başa gəlir.Ancaq bu qısa müddətli perspektiv
uzun müddətli perspektivə zərər vurur. Ona görə də, utilizasiya prosesi üçün
də, başqa miras qalmış məsələləri həll etmək üçün qəbul edilən yanaşmalar
kimi, proqramlaşdırılmış yanaşmanın qəbul edilməsi tövsiyə olunur.Bu cür
proqramlı yanaşma aşağıdakıları nəzərdə tutur:
78
Sami Faltas, “Bulgaria and Romania:Quick Start, Ambiguous Progress”, Contemporary
Security Policy 29:1(April2008):78-102
Dostları ilə paylaş: |