///
FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI
muxtar respublikaların, ölkə, vilayət və muxtar vilayət məhkəmələrinin
tərkibində rəyasət heyətlərinin təşkili haqqında SSRİ Ali Soveti Rəyasət
Heyətinin 1954-cü il 14 avqust tarixli Fərmanı məhkəmə nəzarətini
həyata keçirməkdə müttəfiq respublika məhkəmə orqanlarının rolunu
artırdı. Adı çəkilən fərmana əsasən nəzarət qaydasında protest vermək
hüququ ölkə, vilayət prokurorlarına, muxtar respublika və muxtar
vilayət prokurorlanna, habelə muxtar respublika Ali Məhkəməsinin,
vilayət və ölkə məhkəməsinin və muxtar vilayət məhkəməsinin
sədrlərinə həvalə edilirdi. Nəzarət qaydasında protestlərə baxılması
üçün göstərilən məhkəmələrin, habelə müttəfiq respublika Ali
Məhkəməsinin tərkibində rəyasət heyətləri təşkil edildi.
1955-ci il mayın 24-də SSRİ-də prokuror nəzarəti haqqında
Əsasnamənin
(147. S.20)
qəbulu prokurorluğun inkişafında mühüm
mərhələ oldu. Yeni Əsasnamə prokurorluq orqanlarının səlahiyyətini
genişləndirməklə ölkədə dövlət və ictimai həyatın bütün sahələrində
qanun- çuluğun möhkəmləndirilməsi üçün möhkəm zəmin yaratdı. Bu
aktla prokuror nəzarətinin əsas təyinatı qanunçuluğun dönmədən təmini
kimi təsbit edilirdi. Əsasnamədə prokurorların vəzifələri, səlahiyyətləri,
cinayət və mülki mühakimə icraatında aşkar edilmiş qanun
pozuntularına qarşı prokuror təsiri vasitələri müəyyən edilirdi.
SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamənin 3-cü maddəsinə
müvafiq olaraq, prokurorluq orqanlan qanunlara dürüst əməl edilməsi
üzərində ali nəzarəti aşağıdakı yollarla həyata keçirirdilər: a) bütün
idarələrin, müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və
vətəndaşların qanunlara düzgün əməl etmələrinə nəzarət etməklə; b)
cinayət törətmiş müqəssirləri cinayət məsuliyyətinə cəlb etməklə; c)
təhqiqat və ibtidai istintaq orqanlarının fəaliyyətində qanunçuluğa əməl
olunmasına nəzarət etməklə; ç) məhkəmə orqanlarının hökm, qətnamə,
qərar və qərardadlannın qanuni və əsaslı olmasına nəzarət etməklə; d)
hökmlərin yerinə yetirilməsinin qanuniliyinə nəzarət etməklə; e)
azadlıqdan məhrumetmə yerlərində məhbuslann saxlanılmasının
qanuniliyinə əməl olunmasına nəzarət etməklə.
Prokuror nəzarəti haqqında Əsasnamənin 5-ci maddəsində deyilirdi
ki, SSRİ-də prokurorluq orqanları vahid mərkəzləşdirilmiş sistemdir və
bu sistemə aşağı prokurorların yuxan prokurorlara tabeçiliyi ilə SSRİ
Baş prokuroru başçılıq edir. Azərbaycan SSR-in prokurorluq or
Mirağa Cəfərquliyev
qanları da vahid sovet prokurorluq orqanları sisteminin tərkib hissəsi
hesab edilirdi və SSRİ Baş prokuroruna tabe idi.
SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamənin 51-ci maddəsinə
müvafiq olaraq, Azərbaycan SSR Prokurorluğunun quruluşunu SSRİ
Baş prokuroru müəyyən edirdi. SSRİ Baş prokuroru 10 aprel 1956-cı il
tarixli 54 №-li əmri ilə ittifaq və respublika prokurorluqlarının mərkəzi
aparatının strukturunu təsdiq edir. Həmin əmrə müvafiq olaraq, təşkil
edilmiş Azərbaycan SSR Prokurorluğu mərkəzi aparatdan, ərazi
prokurorluqlarından,
rayon
(şəhər),
hərbi,
nəqliyyat
və
ixtisaslaşdırılmış prokurorluqlardan ibarət idi.
Şübhəsiz ki, yeni Cinayət-Prosessual Məcəllənin qəbul edilməsi
respublikamızın həyatında müsbət rol oynayaraq, cinayət-prosessual
qanunvericiliyin inkişafında mühüm əhəmiyyət kəsb etdi. Adı çəkilən
məcəllə cinayət-prosessual hüquq sahəsində qanunçuluğun daha da
möhkəmləndirilməsinə, vətəndaşlann hüquqlannın və qanuni
mənafelərinin ciddi surətdə qorunmasına, cinayət prosesini həyata
keçirən dövlət orqanla- nnın fəaliyyətinin məqsədyönlü həyata
keçirilməsinə təminat yaratdı.
Qeyd etmək lazımdır ki, yeni məcəllə tərtib edilərkən keçən dövr
ərzində ölkənin iqtisadi, siyasi və mədəni həyatında baş verən
dəyişikliklər, habelə bu dövr ərzində respublikanın istintaq-prokurorluq
və məhkəmə orqanlannm zəngin təcrübəsi nəzərə alınmışdır. Məcəllə
əvvəlkindən fərqli olaraq 8 bölmə, 34 fəsil və 419 maddədən ibarət idi.
Haqqında söhbət apardığımız məcəllədə cinayət prosesinin demokratik
prinsipləri daha geniş və ardıcıllıqla şərh edilmişdir. Bundan başqa,
məcəllədə əsaslann müddəalan inkişaf etdirilmiş, prosesin bütün
sübyekt- lərinin prosessual vəziyyəti, onlann hüquq və vəzifələri, bu
hüquqlann təminatlan, habelə prosesin hər bir mərhələsinin həyata
keçirilməsinin prosessual qaydalan nizama salınmışdır. Əvvəlki CPM-ə
nisbətdə götürdükdə görürük ki, yeni Məcəllə cinayət mühakimə
icraatının vəzifələrini daha dəqiq və aydın şəkildə müəyyən etməklə
yanaşı, cinayət - prosessual qanunvericilik tarixində ilk dəfə olaraq
cinayətlərin qarşısının alınması, cinayətin törədilməsinə kömək edən
səbəb və şəraitin aradan qaldınimasını mühüm bir vəzifə kimi təsbit
etmişdir.
Bütün bunlara baxmayaraq, respublikamızın CPM-in qəbulundan
sonra keçən dövr ərzində ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında
baş verən dəyişikliklər və məcəllənin tətbiq olunması təcrübəsi
///
FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN
İNKİŞAFI
cinayət-prosessual
qanunvericiliyin
bir
sıra
normalarının
təkmilləşdirilməsi, onlara əlavələr və dəyişikliklər edilməsi zərurəti
yarandı. Cinayət-prosessual qanunvericiliyə edilən dəyişikliklər öz
məzmunu etibarilə, birinci növbədə, cinayət mühakimə icraatında
qanunçuluğun möhkəmləndirilməsinə, hüquq-mühafizə orqanlarının
fəaliyyətinin təkmilləşdirilməsinə, mühakimə icraatında iştirak edən
vətəndaşların və ictimai təşkilatların hüquqları və qanuni marağının
təminatlarının gücləndirilməsinə yönəldilmişdir.
Belə ki, SSRİ Ali Soveti Rəyasət Heyəti 1963-cü il 6 iyul tarixli
“İctimai asayişi mühafizə orqanlanna ibtidai istintaq aparmaq hüququ
verilməsi haqqında”
(148. s.l8l)
Fərmanı ilə istintaq aparmaq hüququ
prokurorluq və dövlət təhlükəsizliyi orqanları ilə yanaşı, ictimai asayişi
mühafizə orqanlannm (indiki DİN-in) müstəntiqlərinə də həvalə edildi.
Başqa bir normativ aktla 1966-cı il 26 yanvar tarixli fərmanla məcəlləyə
istintaq şöbəsi rəisinin səlahiyyətini müəyyən edən maddə
(CPM-in
45-1-ci mad.) daxil edildi
(133.
mad.
12).
Cinayət-prosessual qanunvericiliyin inkişafında 1966-cı ildə daha
bir maraqlı hadisənin şahidi olduq. O da ondan ibarət idi ki, alkoqo-
lizm və sərxoşluqla mübarizənin gücləndirilməsinə ölkənin bütün
hüquq-mühafizə orqanları və ictimai təşkilatlar səfərbər edildi. Bununla
əlaqədar olaraq 1966-cı il 31 yanvar tarixdə CPM-yə bir sıra mühüm
əlavələr edildi. Buna zərurət olduqda şübhə edilən və ya təqsirləndirilən
şəxsin alkoqolik, yaxud narkoman olub-olmadığını müəyyən etmək
məqsədi ilə ekspertizanın məcburi təyin edilməsi səbəblərindən biri
kimi Məcəllənin 73-cü maddəsinin 3-cü bəndində öz şərhini tapdı
(134.
mad. 18).
Eyni zamanda, 1966-cı il 11 noyabr tarixli Ümumitti- faq
qanununa müvafiq olaraq, “Xuliqanlığa dair işlərin icraatı” başlığı
altında Cinayət-Prosessual Məcəlləyə hətta yeni bir müstəqil bölmə
(9-cu bölmə) əlavə edildi
(135. mad. 202).
Bu bölmədə (420-426-cı
maddələr) xuliqanlığa dair işlərin icraatı üzrə ümumi qaydalardan başqa
bir sıra müstəsnalıq müəyyən edildi.
1969-1971-ci illər cinayət-prosessual qanunvericiliyin inkişafında
çox məhsuldar olmuşdur. Belə ki, “SSRİ və müttəfiq respublikaların
islah-əmək qanunvericiliyinin təsdiqi haqqında”, “İbtidai həbs haqqında
Əsasnamənin təsdiqi haqqında”, “SSRİ və müttəfiq respublikaların
cinayət qanunvericiliyi əsaslarına əlavələr və dəyişikliklər edil
Dostları ilə paylaş: |